Ermənilər azərbaycanlı əsirlərin Kəlbəcərdə telefona çəkdikləri görüntüləri yaydılar – VİDEO
Erməni mətbuatı bir neçə gün əvvəl girov götürdüyünü bəyan etdiyi azərbaycanlı əsirlərdən götürülmüş telefona çəkilən videogörüntüləri internetdə yerləşdirib.
BiG.AZ oxu.az-a istinadla xəbər verir ki, videogörüntülərdə azərbaycanca danışan şəxslər Qarabağda, Kəlbəcərdə, Qırxsuda olduqlarını deyir, ermənilərdən oğurladıqları dananı kəsib kabab çəkdiklərini söyləyirlər.
Qeyd edək ki, erməni tərəfi bu gün daha bir azərbaycanlı diversantın ələ keçirildiyini yazıb.
Xatırladaq ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycanın Müdafiə Nazirliyi həmin şəxslərin Azərbaycan ordusunun hərbçiləri olmadığını bəyan edib. Azərbaycan tərəfi bundan əvvəl ermənilərin əsir götürdükləri Quliyev Şahbazla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş