Cibə girən aparatlar

Cibə girən aparatlarAlıcılar mağazalarda kartlardan istifadədən niyə qaçırlar?

İndi Bakıda bəzi cavanlar arasında yeni dəb düşüb - mağazalarda yalnız plastik kartlardan istifadə edirlər. Buna görə də xeyli əziyyət çəkirlər - plastik kartlar hər yerdə keçərli deyil, məhəllə dükanlarında, bazarlarda mütləq nağd puldan istifadə etmək lazımdır.

Yasamal qəsəbəsində yaşayan belə bir gənc hər gün bazarlıq üçün bir neçə kilometr yol gedib supermarketlərdən alver edir. "Niyə hamı kimi maaşı bankomatdan çıxarıb, bala-bala dükan-bazarda xərcləmirsən?" - deyə soruşduqda cavab verir:

"Bilirsən, belə daha sərfəlidir. Supermarketlər malı məhəllə dükanlarından daha ucuz satır. Həm də bankomatlardan fərqli olaraq POS-terminallarla alış-veriş zamanı nağdlaşma faizi çıxılmır".

BiG.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, ölkədə plastik kart sahiblərinin yalnız cüzi hissəsi onlardan alış-verişdə istifadə edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2014-cü ilin may ayına ölkədə 5,967 milyon ədəd plastik kart olub. Və yanvar-may aylarında bu plastik kartlarla 988 milyon manatlıq əməliyyat gerçəkləşdirilib. Amma bunun yalnız 90 milyon manatı POS-terminalların vasitəsi ilə gerçəkləşdirilib. POS-terminallarla gerçəkləşdirilən əməliyyatların sayı xüsusilə az olub.

Beş ayda POS-terminallarla 846 min əməliyyat gerçəkləşdirilib ki, ölkədə iyunun 1-ə 48 min 582 ədəd POS-terminal olub. Yəni bir POS-terminalla 5 ay ərzində cəmi 17,41 ədəd əməliyyat gerçəkləşdirilib. Aya cəmi 3 əməliyyat, on günə isə 1 əməliyyat düşür. Böyük ehtimalla bu əməliyyatların əksəriyyəti iri supermarketlərdə gerçəkləşdirilib. Beləliklə, ölkənin ticarət obyektlərinin əksəriyyətində POS-terminallardan sadəcə istifadə etmirlər.

İqtisadçı ekspert Samir Əliyev alış-verişdə plastik kartlardan istifadə səviyyəsinin aşağı olmasının ilkin səbəbi kimi ölkədə normal POS-terminal infrastrukturunun olmamasını göstərir:

"Təsəvvür edin, ölkədə olan 48 min 582 ədəd POS-terminalın 35 min 110-u Bakının payına düşür. Yəni əsas əməliyyatlar yalnız Bakıda aparılır. Çox təzadlı səslənsə də, zəruri infrastruktur yoxdur. İnfrastruktur yalnız Bakıdadır. Rayonlarda, xüsusilə də kəndlilər POS-terminallardan istifadənin nə olduğundan xəbərsizdirlər. Kənddə plastik kart sahibi POS-terminal vastiəsi ilə nəsə almaq üçün mütləq rayon mərkəzinə getməlidir. Ona görə də insanlar pullarını bankomat vasitəsi ilə nağdlaşdırırlar. Təsadüfi deyil ki, plastik kartlarla aparılan əməliyyatların 90 faizi nağdlaşdırma əməliyyatlarıdır", - deyə iqtisadçı ekspert ANS PRESS-ə bildirib.

Samir Əliyevin fikrincə, insanların POS-terminallardan istifadəsinin bu qədər aşağı olmasının digər səbəbi məlumatsızlıqdır:

"İnsanlar kartlardan istifadə barədə tam məlumata malik deyillər. Əhalidə çox böyük maliyyə savadsızlığı var. Bunun nəticəsidir ki, insanları əməliyyatlarda, kreditlərdə aldadırlar. İnsanlar kartların əhəmiyyətindən xəbərsizdirlər. İnsanlara sistemli şəkildə bu barədə məlumatlar verilməlidir".

Amma ANS PRESS-in Bakıdakı ticarət obyektlərində apardığı araşdırmaya görə, ticarət obyektlərinin sahibləri də POS-terminallardan istifadəyə meylli deyillər. Əksər kiçik dükanlarda plastik kartla ödəniş etmək istəyən müştərini yola verirlər.

"Əşşi, gətirib qoyublar, amma bizdə onu işlətməyi bacaran mütəxəssis yoxdur" kimi sözlərlə müştərini nağd pullu ödəniş etməyə yönəldirlər. Bəzi ticarət obyektlərində doğrudan da POS-terminaldan istifadə etməyi bacaran işçi yoxdur.

"İş adamlarını POS-terminallardan istifadədən uzaqlaşdıran başqa səbəb də var. Normal dükan sahibi sadələşdirilmiş vergi üzrə dövriyyənin 4%-inə bərabər vergi ödəyir. POS-terminallardan istifadə etdikdə isə xərclər orta hesabla 1% artır. Həmin 1%-i ticarət obyekti POS-terminala xidmət göstərən təşkilata, yəni banka 1% əlavə vəsait ödəyir. Yəni POS-terminalla işləyən sahibkarın xərci 4% yox, 5% olur. O zaman iş adamının marağı nədir ki, POS-terminaldan istifadəyə meylli olsun?" - deyə Samir Əliyev sual verir.

İqtisadçı ekspertin fikrincə, iş adamlarını POS-terminallardan istifadəyə meylli etmək üçün stimullaşdırıcı addımlar atılmalıdır.

"Məsələn, POS-terminallarla aparılan əməliyyat zamanı sadələşdirilmiş vergi dərəcəsini 4%-dən 2%-ə endirmək olar. Bunun üzərinə POS-terminaldan istifadəyə görə faiz gəldikdə, toplam xərclər 3%-ə qalxar. Yəni iş adamının 1% qazancı olar. Belə olan halda iş adamları POS-terminallardan istifadəyə meylli olar", - deyə Samir Əliyev ANS PRESS-ə bildirir.

Onun fikrincə, müəyyən məbləğdən yuxarı əməliyyatlara limit qoyulması da əhalinin POS-terminallardan istifadəyə meylini artıra bilər. "Bəzi ölkələrdə bu, 5 min avro, bəzilərində 3 min avro səviyyəsindədir. Bizdə isə ilkin olaraq hədd kimi 3 min manat götürmək olar. Yəni 3 min manatdan yuxarı alış-verişlər mütləq nağdsız gerçəkləşdirilməlidir. Sonrakı mərhələlərdə bu məbləği daha da aşağı salmaq mümkündür",- deyə iqtisadçı ekspert vurğulayır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1051   Tarix: 09 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

TOP MP3