Tom Kruzun ən yaddaqalan filmləri - FOTO
Bu gün Hollivudun sevilən ulduzlarından biri Tom Kruzun 52 yaşı tamam olur. BiG.AZ aktyorun yaddaqalan filmlərinin toplusunu təqdim edir:
Kruz məşhurluğu 80-ci illərin əvvəlində əldə edib. O, 1984-cü ildə "Riskli biznes" filmindəki roluna görə "Qızıl qlobus" nominantı olub.
1988-ci ildə Tom Barri Levinsonun "Yağış adamı" filmində rol almaqla, özünü çox güclü dram aktyoru kimi sübut etdi. Kruz bu filmdə atasının ölümündən sonra heç nəyi olmayan gənc oğlan Çarlini oynayıb. Atasının vəfatının ardınca hər şey autizm xəstəliyindən əziyyət çəkən böyük qardaşı Raymonda qalır. Ancaq daha sonra Çarli Raymondla dostlaşır və bu dostluq qəhrəmanların dəyişməsinə səbəb olur. Film Berlin kinofestivalının Qızıl ayı və 4 "Oskar" mükafatına layiq görülüb.
Bir il sonra Oliver Ston Kruzu özünün "İyulun 4-ü anadan olmuş" layihəsinə dəvət edir. Film Ron Kovikin bioqrafiyasına əsaslanır. Ron Kovik Vyetnam müharibəsindən şikəst olaraq qayıdandan sonra bütün həyatını müharibə ilə mübarizəyə həsr edir. Ron roluna görə Tom "Oskar" və BAFTA nominantı olub, "Qızıl qlobus" qazanıb.
1992-ci ildə Tom Kruz Rob Raynerin Aaron Sorkinin ssenarisi üzrə çəkdiyi "Bir neçə yaxşı oğlan" filmində rol alır. Bu gənc istedadlı vəkilin çətin vəziyyətdən çıxması barədə hekayədir. Filmdəki roluna görə Kruz növbəti dəfə "Qızıl qlobus" nominantı olub.
Növbəti il Kruz Sidni Pollakın "Firma" filmində çəkildi. Tomun qəhrəmanı bu kriminal dramda kiçik ancaq ciddi hüquq firmasının çalışmağa dəvət etdiyi gənc vəkildir. Bir müddət sonra o başa düşür ki, şirkət mafiyaya xidmət göstərir, bu isə o deməkdir ki, firmanı asanlıqla tərk etmək mümkün deyil.
1994-cü ildə onilliyin ən parlaq "vampir" filmlərindən biri işıq üzü görür. "Vampirlə müsahibə" filmi təzadlı qiymətləndirmələr aldı, "Oskar" nominantı oldu, eyni zamanda "Ən pis ekran dueti" (Bred Pitt və Tom Kruz) olaraq "Qızıl moruq" mükafatı qazandı.
1996-cı ildə rejissor Kemeron Krou öz ssenarisi ilə "Cerri Maquayer" adlı film buraxdı. Baş qəhrəman - öz firmasını açmaq qərarı verən idman agentidir. Onun çoxlu sayda rəqibləri var və dəstək aldığı yalnız 2 nəfər və əlbəttə ki, hər şeyin alınacağına sonsuz ümid var. Bu roluna görə Tom Kruz yenidən "Qızıl qlobus"a layiq görülüb.
1999-cu ildə Kruzun iştirakı ilə ekranlara 2 möhtəşəm film çıxıb - Pol Tomas Andersonun "Maqnoliya" və əfsanəvi Stenli Kubrikiin "Geniş açılmış gözlər" filmi. Rejissorun özü filmin premyerasından bir neçə həftə əvvəl vəfat edib. Filmdə Tom Kruz o zaman həyat yoldaşə olan Nikol Kidmanla birlikdə oynayır.
İki il sonra isə o, ictimaiyyət qarşısına gələcək sevgilisi Penelopa Kruzla "Vanil səma" filmində çıxdı. Bu filmdəki roluna görə Tom "Saturn" mükafatı aldı.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2534 Tarix: 05 iyul 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801