Ramin Hacılı Aysel Əlizadənin evlilik şərtlərini açıqladı – MÜSAHİBƏ

Ramin Hacılı Aysel Əlizadənin evlilik şərtlərini açıqladı – MÜSAHİBƏ"Toyun sentyabr ayında olmasını təklif etmişəm"

Son günlərin maraqlı hadisələrindən biri də gənc publisist-şairə Aysel Əlizadənin aldığı qeyri-adi evlilik təklifi idi. Ölkədə tanınan gənclərdən olan Ramin Hacılı Bakıda keçirilən tədbirlərdən birində gözlənilmədən Aysel Əlizadəyə evlilik təklif etmişdi. Ardınca mətbuata açıqlama verən şairə isə bu təklifə "hə" cavabı verməsi üçün bir sıra şərtlərinin olduğunu açıqlamışdı.

BiG.AZ Ailem.az-a istinadən bu maraqlı hadisənin tərəflərindən olan Ramin Hacılı ilə söhbət edərək, Aysel xanımın şərtlərinin nədən ibarət olduğunu öyrənməyə çalışıb.

- Ramin bəy, həmin tədbirdə Aysel xanıma evlənmə təklifi etməyi əvvəlcədən planlaşdırmışdınız, yoxsa sponton idi? Evlilik təklifi üçün niyə məhz o tədbiri seçdiniz?

- Bəli, TEDxBakı-da çıxış edəcəyimi biləndən sonra planlaşdırdım. Sürpriz idi deyə yalnız mənə yardımçı olan dizayner dostum və təşkilatçılardan biri bilirdi. Onları da sürpriz olduğu barədə xəbərdar etdim və biz bunu başqa heç kimlə bölüşmədik.
Əslində bu təklifin TEDxBakı səhnəsindən edilməsi TED fəlsəfəsinə uyğun idi. Çünki TEDx spikeri öz həyatında önə çıxan nüansları bölüşür və bunu təqdim etdiyi özünəxas ideyaya bağlayır.
Mənim ideyam xoşbəxtlik hormonlarını artırmaq üçün fərdin uğurunu istinad seçməyinin vacibliyi ilə bağlı idi. Öz həyatımdan danışdım və bu əsnada araşdırmamı təqdim etdim.
Aysel xanıma evlilik təklifi etməzdən öncə də onunla bağlı kiçik bir hekayəmi danışdım. Məhz bu hekayə ona TEDx səhnəsindən evlilik təklifimə zəmin yaratdı.

- Tədbirdə Aysel xanımından cavab gözləmədən səhnədən endiniz. Bəs, Aysel xanımın cavabı nə oldu?

- Şərtlərini yazdı mənə (gülür).

- Mümkünsə həmin şərtləri ictimaiyyətlə də bölüşə bilərsinizmi?

- Olduğu kimi deyirəm:
"Ramin, indiki obrazını sonadək qorumağını istəyirəm.
1. İkili həyat yaşamayacaqsan. Həyatın boyu dürüst və ədalətli olacaqsan.
2. Zəhmətdən qorxmayacaqsan, heç vaxt çirkli pullara bulaşmayacaqsan.
3. Nə uğurun olsa da, insanları sevəcəksən, onlara yuxarıdan aşağı baxmayacaqsan.
4. Heç bir halda evə içkili, yıxıla-yıxıla gəlməyəcək, evdə aqressiv ortam yaratmayacaqsan. Sən gələndə bayram olacaq.
5. "Qadınlar gülləri sevər" deyimini unutmayacaqsan.
6. Məişət qayğılarını boynundan atmayacaqsan. Məsələn, gündə ən azı bir dəfə çayı özün dəmləyəcəksən, köməkçi yoxdursa, evi yığışdırmağa kömək edəcəksən.
7. Heç bir xanıma, heç kimin qızına, qadınına artıq-əskik təkliflər etməyəcəksən.
8. Xanımınla karyera rəqabətinə girib onu əzməyə çalışmayacaqsan.
9. Rəfiqəmin həyat və yaradıcılığı diqqətdən kənarda qalmayacaq.
10. Mən sənin ananı sevəcəyim kimi sən də ailəmi - anamı və qızımı özündən ayırmayacaqsan.
Bir sözlə, heç vaxt dəyişmə, Ramin Hacılı!".
Bu şərtlərin hamısın qəbul etdim.
Mənim arzum odur ki, hər bir Azərbaycan kişisi qadın deyiləndə ilk olaraq anasını xatırlasın. O halda zorakılıq azalar, bərabər hüquqluluq artar. Bu qədər boşanma halları olmaz, ailə münaqişələri yaşanmaz. Beləcə, övladlarımız xoşbəxt böyüyər, qorxaq olmaz, azad olar və ən əsası gözəl gələcəklərini qurma potensialları formalaşar. Bu baxımdan, övladlarımızın xoşbəxtliyi naminə gərək xanımlarımızı xatun edə bilək, şərtləşməyi bacaraq.
Diqqət etmisinizsə, güclü kişilər xanımlarını əzmir, xoş münasibət göstərir. Əzilən kişilər hər zaman qadınlarından qisas alır.

- Azərbaycan cəmiyyəti üçün çətin qəbul olunan tendesiya olduğundan soruşmaq istərdim, ailəniz bu qərarınızı necə qarşılayıb?

- Mənim ailəm də, qohumlarım da, dostlarım da, bir sözlə, ətrafımda olan hər kəs Ramin Hacılı məsuliyyətini dərk edir. Bu səbəbdən ailəm normal qarşıladı. Mənə ağıl vermək və ya öyüd-nəsihət atəşinə tutmaq heç kimin ağlından belə keçmir.
Məsələnin cəmiyyət tərəfinə gəlincə, hər bir ana övladının xoşbəxtliyini istəyir. Qızı xoşbəxt olmayan, evdə qalmağa məcbur edən analar bununla övladlarının yalnız bir seçim şansının olması fikrindən daşınmalıdırlar. Bu dinimizdə də, dəyərlərimizdə də, qanunlarımızda da belə təsbit olunub: "insan xoşbəxtliyi üçün azad seçimə malik olmalıdır".
Bütün mübarizələr, savaşlar, dəyərlər insan xoşbəxtliyi üçün olur.
Hər bir ananın, atanın, qardaşın, bacının, babanın övladı xoşbəxt olmadığı evdən geri qayıda bilər. Heç kəs bu cür hallardan sığortalanmayıb. Bu halda qadınlarımız növbəti həyatını çox rahat qura bilməlidir. Onlardan bu şansı almaq vicdansızlıqdır.
Məsələnin əsas üzü sevgidir. Xoşbəxtliyin təminatçısı sevgidir. Əgər iki insan bağlı qapı arxasında xoşbəxt ola bilirsə, buna sarılmalıdır.

- Şərtləri qəbul etdiniz, ailəniz razı, toyu nə zamana planlaşdırırsınız?

-Bəli, şərtləri qəbul etdim, ailələr razı, dostlar həsrətlə gözləyir. Toyun sentyabr ayında olmasını təklif etmişəm. Əminəm ki, ümumi razılıqla bu payız dostlarımızla sevincimizi bölüşəcəyimiz məclis quracağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2056   Tarix: 01 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817