Orucu nələr batil edir?

Orucu nələr batil edir?Müsəlman dünyası mübarək Ramazan ayını qeyd edir. Azərbaycan müsəlman ölkəsi sayıldığından, ölkəmizdə də oruc tutanların sayı kifayət qədərdir. Çoxları İslam dinində 5 vacib əməldən biri sayılan orucun şərtləri barədə məlumatlı olsalarda, hər il Ramazan ayı başlayanda oruc, orucu batil edən səbəblər və sair barədə müxtəlif suallar yaranır. Movqe.az hər zaman mübahisələrə səbəb olan bəzi məqamlara aydınlıq gətirmək üçün ilahiyyatçılarla söhbətləşib. Dini ekspert Elşad Miri bizimlə söhbətində bildirdi ki, Ramazan Allahın insanlara bəxş etdiyi nemət ayı sayılır. Ona görə də Ramazan ayında oruc tutmaq hər bir müsəlmana vacib buyrulur. Amma bununla belə "orucu kimlər tuta bilər, kimlər tuta bilməz" sualları yaranır. E. Miri deyir ki, oruc tutmaq tibbi baxımdan sağlam insanlara vacibdir: "Əgər hər hansı bir insanın həkim gün çıxandan, gün batana qədər ac qalmasını məsləhət görmürsə, belə insanlar oruc tutmaya bilərlər. Belə insanların oruc tutması dində günah sayılır. Çünki Allah təala orucu sağlam insanlara vacib sayır. Əgər hamilə və uşağına süd verən qadınlara da həkim ac qalmağı tövsiyyə etmirsə onlar oruc tutmamalıdırlar".
E. Mirinin sözlərinə görə, hər zaman mübahisələrə səbəb olan digər məqam orucu batil edən amillərlə bağlıdır. İcma sədri deyir ki, əsas amillər yemək, içmək sayılır. Amma cinsi əlaqə, bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər, özünü qusdurmaq, heyz və nifas qanı, şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək orucu batil edir: "Qalın tozu udmaq da orucu pozmur. İmalə də orucu batil edir. Bəzən oruc tutan insanlar siqaret çəkirlər. Bu düzgün deyil. Çünki siqaret çəkmək orucu batil edir. Əgər kimsə müalicə olunduğu səbəbindən iynə vurdurursa bu orucu pozmur. İynənin tərkibində vitamin varsa bu zaman oruc pozulur. Ətir vurmaq orucu batil etmir. Amma oruc insanın ətir vurması məkruh (yəni xoşagəlməyən) əməl sayılır".
E. Mirinin sözlərinə görə, ümumiyyətlə oruc tutan qadının kosmetik vasitələrdən istifadə etməsi orucu pozmur. Amma gərək dodaq boyası çəkən qadının boya boğazına getməsin. Oruc tutan insanın qeybət edib onun-bunun arxasınca danışması da düzgün deyil. E. Mirinin dediyinə görə, oruc tutan insanlar yanaq-yanağa öpüşərlərsə oruc pozulmaz. Hətta diş fırçalamaq belə orucu pozmur. Yalnız bu halda su boğaza getməməlidir. İcma sədri bilməyərəkdən yemək yeməyin və yaxud su içməyin də orucu pozmadığını söyləyir: "Əgər insan bilməyərəkdən orucu pozursa, belə halda oruc batil olmur. Oruc olduğu yadına düşən halda son tikəsini boğazından geri qaytarırsa, belə halda oruc pozulmur. Oruc insan hamamda çimə də bilər. Yalnız başını yüksəklikdən suya vurmaq orucu batil edən əməl sayılır".
Bəzi əməllər var ki, əksər insanlar o əməlləri Ramazan ayı boyunca etmirlər. Bu əməllərə Ramazan ayında toy etmək, kəbin kəsdirmək, saça boya qoydurmaq və sair aiddir. Amma E. Miri bu əməllərin heç birinin Ramazanda günah sayılmadığını söyləyir. Onun sözlərinə görə, Ramazan ayında toy etmək, kəbin kəsdirmək olar: "Bu ay bərəkət ayıdır. Ramazan matəm ayı deyil. Ona görə də xoş niyyətli hər bir şey etmək olar. Yalnız bir halda ki, ramazan orucuna təsir etməsin. Əksinə, toyda yemək iftar vaxtına düşərsə bu savabdır. Ramazan ayında oruc tutan adam saçına boya da qoya bilər".
E. Miri Ramazanda imsaq və iftar vaxtına düzgün riyayət edilmənin də vacib olduğunu söyləyir. Onun sözlərinə görə, imkan daxilində həmin vaxta riayət edilməlidir. E. Miri orucu açmağın bir ədəd xurma və yaxud su ilə buyrulduğunu da söyləyir. Onun sözlərinə görə, iftarı açmaq üçün xurmadan istifadə edilməsi heç də təsadüfi deyil: "Hətta vaxtıilə təbiblər də ac mədəyə birinci xurmanın düşməsini xeyirli hesab ediblər. Su isə yüngül olduğundan mədəni ağırlaşdırmır. Bu səbəbdən də saatlarla ac qalmış mədəyə su zərər vermir".
E. Miri bu müqəddəs ay boyunca Allahın vacib buyurduğu oruc tutmaq əməlinə bütün müsəlmanların imkan daxilində əməl etməsini məsləhət görür. E. Miri deyir ki, insanların bəziləri namaz qılmırlar. Amma Ramazan ayında oruc tuturlar. Bu bəzən mübahisələrə səbəb olsa da, E. Miri namaz qılmayanın oruc tutmasında heç bir qəbahət olmadığını söyləyir: "Namaz qılmayan insan oruc da tutmamalıdır demək düzgün deyil. Əlbəttə, Alllahın hər iki əmrini yerinə yetirmək daha yaxşıdır. Amma birini edə bilməyib, digərini yerinə yetirmək də olar. Axund sağlamlığı yerində olan qızlara oruc tutmağın 9, oğlanlara isə 14 yaşından etibarən məsləhət görüldüyünü söyləyir.
Onun özlərinə görə, Ramazan başlayandan oruc tutmaq istəyən insan niyyət etməlidir: "Əgər kimsə bir aylıq oruc tutmağı nəzərdə tutursa bir ayın niyyətini bu başdan etməlidir. Müəyyən günlər oruc tutacaqsa, hər axşam Ramazan niyyətini etməlidir".
E. Miri səfərə çıxan insanlara da orucun vacib buyrulduğunu söyləyir. Onun sözlərinə görə, əgər insan xəstələnibsə, Ramazan ayından sonra yaxşılaşarsa, orucunu həmin vaxt tuta bilər. O ki qaldı oruc tutmaq istəyində olsalar belə oruc tuta bilməyənlərə, E. Miri deyir ki, belələri imkan daxilində üç oruc tutanın bir ay müddətində iftarını verməlidirlər. Yaxudda üç nəfərin iftar süfrəsi üçün çəkiləcək xərcin məbləğində pul ayırıb, həmin məbləği imkanı olmayanlara verməlidir. E. Miri deyir ki, Ramazan ayı bərabərlik ayıdır. Bu ayda varlılar da oruc tutmalıdırlar ki, ac insanların halını, durumunu anlayıb onlara hər zaman rəhm, xeyirhahlıq etsinlər.

Allah orucunuzu qəbul etsin!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2870   Tarix: 30 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

TOP MP3