Quran hidayət nurudur!

Quran hidayət nurudur!Mənbə: http://zikr.az

Uca Allah müqəddəs Quranı nazil etməklə insanlara böyük lütf və mərhəmət göstərmişdir. Quran yaradılmış məxluq deyildir. O, Allahın kəlamı, peyğəmbərliyin şəhadətnaməsi və sonuncu ilahi vəhydir. Quran özündən əvvəlki ilahi kitabları təsdiq etmiş, həmin ilahi kitablarda buyurulan qanunları ləğv etmiş, sonuncu və ən kamil ilahi qanunları bərqərar etmişdir. Uca Allah buyurur:
"Bu da mübarək (xeyir-bərəkətli) özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik" (əl-Ənam, 92).
Uca Allah onu Muhəmməd peyğəmbərə – ona və ailəsinə Allahın salavatı və salamı olsun – Cəbrail adlı mələyin vasitəsilə vəhy edərək göndərmişdir. Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur:
"Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: xəbərdar edən peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)" (əş-Şuəra, 192-194).
Peyğəmbərin səhabələri onu Peyğəmbərin mübarək dilindən eşitdilər, sonra da onu öz hafizələrinə həkk etdilər və onu nazil edildiyi kimi yazdılar. Uca Allah buyurur:
"Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" (ən-Nəhl, 89).
Quran - əbədi möcüzə, tükənməz hikmət mənbəyidir.
Quran – Allahın qırılmayan, möhkəm ipi və doğru yoludur.
Quran - nur, hidayət, keçmiş və gələcək haqqında xəbərdir.
Quran – mübahisələrin ən düzgün həlli və həlledici sözdür. Uca Allah buyurur:
"Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır! O, oyun-oyuncaq (əyləncə) deyildir!" (ət-Tariq, 13-14).
Kim Quranda olanı söyləyirsə, haqqı söyləyir. Kim Qurana əsasən hökm verirsə, ədalətli davranır. Kim Quranı təbliğ edirsə, doğru yola çağırır. Qurana iman gətirən yaradılmışlara qul olmaqdan azad olaraq öz Rəbbinin quluna çevrilir və yeni həyata qədəm qoyur. Onun qəlbi Allaha ibadət etmək və Onun rizasını qazanmaq üçün dirildilir. Uca Allah buyurur:
"Sənə də beləcə əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi doğru yola yönəltmək üçün bir nur etdik. Həqiqətən, Sən onları doğru yola yönəldirsən" (əş-Şura, 52).
Görkəmli İslam alimi Abdur-Rahmən əs-Sədi bu ayəni təfsir (şərh) edərkən belə demişdir: "Uca Allah bu kitabı ruh adlandırmışdır. Ruh bədənə həyat verdiyi kimi Quran da insanın qəlbinə və ruhuna həyat verir və onun önünə dünya və axirətin səadət qapılarını açır. Bu ona görə baş verir ki, Quran ayələri çoxlu xeyir-bərəkəti və bol elmi özündə cəm edir. Allahın Kitabı - Rəbbin öz elçisinə və möminlərə olan lütfü və Onun sonsuz mərhəmətinin təzahürüdür. İnsanlar öz əməlləri ilə bu lütfü qazana bilməzdilər, ona görə də Uca Allah öz peyğəmbərinə, onun bundan əvvəl nə bir ilahi kitab, nə də iman haqqında heç bir şey bilmədiyini, nə də ilahi qanunlara tabe olmadığını xatırladır. Bundan əlavə o, yazıb-oxumağı da bilməzdi. Lakin ona elə bir kitab verilmişdir ki, Allah onu nur etmişdir. Bu nur insanlara küfr, bidət (dində olmayan şeylərin dinə salınması) və nəfsi istəklərin zülmətindən çıxış yolu salır, onlara haqqı tapmağa və doğru yola yönəlməyə kömək edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2210   Tarix: 23 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822