"Ona xəyanətini də bağışlayaram"- FOTO

"Ona xəyanətini də bağışlayaram"- FOTOBiG.AZ publika.az-a əsasən bildirir ki, "Ulduzlu axşam"da həmsöhbətim əməkdar artist, həmişə təravətli və yaraşıqlı xanım, ən əsası, səmimiyyəti ilə heyran edən Ruhəngiz Allahverdiyevadır.

"Qadın həmişə gözəl qalmaq istəyir"

- Həmişə təravətli, cazibədarsınız, maşallah, bunun sirri nədədir?
- Elə bunu sirri saxlamaq lazımdır ki, belə olsun. Gözəllik yalnız zahiri görünüşdə deyil, yəni Avropada ölçüldüyü kimi, 90-60-90 göstəricilərdə deyil. Qətiyyən, gözəllik daxili aləmlə bağlıdır. Bir qadının daxili çirkabla doludursa, onun zahiri qətiyyən gözəl ola bilməz. Qadın var, daxilən o qədər gözəldir ki, üzündən sanki nur yağır. Xüsusən də, yaşa dolduqca bu özünü daha çox biruzə verir.

- Amma qadınlar qocalmaqdan çox qorxurlar…
- Təbii. Qadın həmişə gözəl qalmaq istəyir. Niyə də olmasın? Amma bizim Azərbaycan xanımları digər ölkələrin qadınları ilə müqayisədə nurludur. Yaşa dolduqca üzlərinə nur gəlir.

- Güzgüyə baxıb kədərləndiyiniz vaxtlar olur?
- Olur, amma Allah yaratdığı bəndənin rəsmini özü çəkir. Ona görə də, naşükürlük edəndə Allaha acıq gedir.

"Buna görə çox qorxuram"

- Kompleksləriniz varmı?
- Olur. Amma bu komplekslərim barədə danışmaq istəmirəm.

- Sizi bir qadın kimi ən çox qorxudan nədir?
- İlk növbədə, Tanrı qarşısında verəcəyim cavabdır. Tanrı nurdur, insanları belə gözəl yaradıbsa, görün onun özü necə gözəldir.

- Yəni, belə başa düşdüm ki, günahlarınıza görə Allah qarşısında qorxularınızı nəzərdə tutursunuz?
- Əlbəttə. Hələ mən bilə bilmərəm nəyi düz, nəyi səhv etmişəm. Ola bilər, mənim səhv bildiyim Allahımın yanında başqa cür yozulur. Yaxud da əksinə.

- Bir dəfə efirdə həmkarınız Zöhrə Abdullayeva da etiraf etdi ki, mən mələk deyiləm…
- Heç bir insandan mələk ola bilməz, hər bir insanın cüzi də olsa səhvi var. Həyatda tamah deyilən bir şey var. Hər bir insan nə vaxtsa çaşa bilər. Çalışıram ki, 99 faiz hallarda nəfsimə qalib gəlim.

"Elə bir güclü hiss ola bilər ki, məni çaşdırsın"

- Həmişə buna nail ola bilirsiniz?
- Yox, elə bir güclü hiss ola bilər ki, məni çaşdırsın.

- Məsələn?
- Sevgi. Bu hiss qadını da, kişini də qula çevirə bilər. Sevgi elə bir hissdir ki, gizli gəlir, aşkar gedir.

- Çox şairanə səsləndi. Bildiyimə görə, özünüz də şeir yazırsınız.
- Düzdür, yazıram. Amma bunu daha çox statuslar şəklində yazıb insanlara ötürürəm. İnsan sevmədən nəyisə qəbul edə bilməz. Adi bir paltarı sevmədən geyinə bilmirsən. Sevgi insanı yaşadır. Sevgisiz insan solur, qocalır, çökür – yaşamır. Sanki, bir gölün içinə kağızdan gəmi düzəldib atırsan, o, suyun üzündə gəzir. Sevgi də belədir, batmır, səni qoruyur.

- Amma bəzən batanlar da olur…
- Razıyam, bəzən sevgi insanı çökdürür. Həm kişini, həm də qadını. Amma sevginin əzabı olsa da, gözəldir. Onu da deyim ki, mən sevgidə çox sədaqətliyəm.

"Sevgimi itirmərəm, təki qarşımdakı məni itrməsin"

Sevgimi itirmərəm heç vaxt, təki qarşımdakı məni itirməsin. Çox etibarlı insanam, bunu tərif kimi qəbul etməyin. Amma sədaqətli insanlara qarşı nankorluq da çox olur. İstər kişi, istərsə də qadın olsun.

- O statuslarınızdan birini, bəlkə, bizə də söyləyəsiniz…
- Telefonumda var, qoy oxuyum: "Göz yaşından okean yaranıb, damla qədər əzizlə ki, okean qədər sevinc olsun". Statusları özüm yazıram. Çoxları elə bilir, bu kiməsə ünvanlanıb. Sadəcə, insanlar üçün yazıram ki, özləri üçün nəticə çıxarsınlar.

- Sevgi mesajlarınız da olar yəqin?
- Ailəli xanımam, amma ola bilər, məni sevsinlər, burada günahım yoxdur.

"Sevgidə yaş heç də önəm daşımır"

- Həyat yoldaşınız bildiyimə görə sizdən yaşca çox kiçikdir, hətta 15 yaş… Ümumiyyətlə, sevgidə yaş senzi varmı?
- Ailəm haqqında danışmağı sevmirəm. Çünki böyük-kiçik var, yaxşı deyil. Yaş söhbətinə gəlincə, o qədər də deyil, amma Məhəmməd Peyğəmbərimizin (s) də həyat yoldaşı Xədicə xanım ondan 15-17 yaş kiçik idi. Xədicə xanım imkanlı bir xanım olub və onun pulu ilə islam qurulub.

- Anlamadım, müqayisədən belə çıxır ki, ortada maddiyyat söhbəti var. Bu evliliyin əsasını maddiyyat təşkil edir?
- Xeyr, istək, hörmət olan yerdə maddiyyatın önəmi yoxdur. Yəni demək istəyirəm ki, Peyğəmbərimiz (s) xanım Xədicəni hədsiz dərəcədə çox sevib. Pul-para boş şeydir. Əsas insanların bir-birinə olan sevgisidir. Sevgidə yaş heç də önəm daşımır. Əsas odur ki, sədaqətli insana qarşı nankor olmasınlar. Mən həmişə belə insanlara demək istəyirəm ki, çaşırsansa, heç olmasa, bir gecə tək vicdanınla üz-üzə otur və onun səsini dinlə.

- Sizə nankorluq edən olub?
- Təbii…

"Sevdiyim kişiyə hər şeyi bağışlayaram, hətta xəyanəti də"

- Kinli qadınsınız?
- Olduqca bağışlayan qadınam.

- Görünür, bu xüsusiyyətinizdən sui-istifadə ediblər…
- Allah bağışlayandır, mən niyə bağışlamayım ki?..

- Bəs nəyi bağışlamazdınız qarşı tərəfə?
- Sevdiyim insana hər şeyi bağışlayaram, xəyanəti də. Nə böyük inciklik olsa da, bağışlayıram. Əsas da içdən bağışlayıb incikliyi içdən atmaq lazımdır.

- Hər dəfə güzəşt yeni bir səhifəyə yol açır axı?
- Çəkişməsən, bərkişməzsən. Bağışlayıram və səhvlərimizi müzakirə edirik. Sonra da deyirik, gəl bir-birimizi bağışlayaq. Bir statusumu da gəl sənə oxuyum: Bəxtimin aynası sınandan orda heç nəyi görə bilmirəm.

- Adətən, kədərli olanda yazırsınız bu statusları, yoxsa?..
- Bir hadisə olanda.

"Daha çox gecələr ağlayıram"

- Mənə çox maraqlıdır, göz yaşını göstərməyi xoşlayırsınız?
- Daha çox içimdə ağlayıram və göz yaşımı içimə axıdıram. Ən çox gecələr ağlayıram. Ağlamaq yaxşı şeydir, içindəki kədəri yuyub aparır. İnsan içində boğulub qalanda keçinə bilər. Kişilər ağlaya bilmir və bunu özlərinə sığışdırmırlar, buna görə də onlar ürək infarktını çox keçirirlər. Kişilərə demək istəyirəm ki, üzdə də olmasa, heç olmasa, kənara çəkilib ürəklərini boşaltsınlar, çünki xanımlarına lazımdırlar.

- Çoxmu ağladıblar sizi?
- Olub. Mən ümumiyyətlə duyğusal qadınam. Adi bir kədərli insanı görəndə hətta onu tanımasam da, içimdə dərd çəkirəm. İnsan tanıyıram ki, dərdli insanla ünsiyyət qurmur. Deyir ki, niyə onun dərdini özümə yükləməliyəm? Bəs, dost hansı gündə lazımdır? Necə olur həmin dostla yeyib-içib kef edirsən, amma kədərli günündə yanında olmursan? Dostlar kədərli və xoş gündə bir yerdə olmalıdırlar.

"Qadın var ki, əlindən iş gəlmir, amma kişi yanında bəxti güclüdür"

- Qadını sevimli edən nədir sizcə?
- Həyatda bilmək olmur, kişi qadından nə istəyir. Bir də görürsən, qadın gözəldir, əl qabiliyyəti var, əri üçün gecə-gündüz əlləşir, amma kişi onunla yola getmir, qədrini bilmir. Bəzən görürsən, qadın var ki, əlindən iş gəlmir, kişi yanında bəxti güclüdür. Kişilər deyingən qadını sevmirlər. Amma bir məsələ də var axı. Qadının yaralı yeri olmasa, deyinərmi? Yox. Bir insanın yaralı yerini tapdalamasan, o dönüb sənə heç nə deməz. Kişi evdə tapılmır ki, yazıq qadın problemlərini onunla paylaşsın. Bir dəfə əlinə düşür, sözünü, dərdini deyirsən, onda da sürüşüb balıq kimi əlindən çıxır.

"Azərbaycan kişilərinin 80 faizini göndərəsən Avropaya, qayıdanda şükür eləsin"

- Bu sarıdan bəxtəvər əcnəbi xanımların başına…
- Azərbaycan kişilərinin 80 faizini göndərəsən Avropaya, qayıdıb gələndə şükür eləsinlər ki, Allah o cəhənnəmdən cənnətə düşdük ki… Pisi görməsən yaxşının qədrini bilməzsən. Bir də, çəkişməsən, bərkişməzsən, bu da var. Adicə uşağının qabağına yemək qoyursan, deyir, bu yeməyi xoşlamıram. Amma gedib bir səhralığa düşsə, yeməyə heç nə tapmayıb qurd-quşla qidalansa, sənin bişirdiklərinin dadı üçün ürəyi gedəcək. İnsan da belədir, nəyinsə qədrini itirəndə bilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1051   Tarix: 23 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

TOP MP3