Araz Ağalarov Bakıda brend siqaret buraxacaq

Araz Ağalarov Bakıda brend siqaret buraxacaq"Crocus ltd" şirkəti öz siqaret markalarını yaratmaq üzərində işləyir.

"Rentabelli istehsal, peşəkar kadrlar və keyfiyyətli məhsul tərəfdarıyıq", - deyə şirkətin Bakı ofisində "Turan"-a bildiriblər.Yanvarda təcrübə istehsalı təşkil edilib. Bundan sonra Keşlədəki müəssisə fəaliyyətini dayandırıb. Kənd Təsərrüfatı Nazirliyi 2013-cü ilin mayında ildə 300 mln ədəd filtrli siqaret istehsalı üçün "Crocus ltd"yə lisenziya verib. Müəssisə "European Tobacco-Baku ASC-nin ərazisində yerləşir.

"Crocus ltd" MMC Azərbaycana siqaret idxal edən 3 şirkətdən biridir. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir. Şirkət Araz Ağalarova məxsus "Crocus International" (Rusiya) qrupunun törəmə strukturudur. Dövlətstatkoma görə, bu ilin 5 ayında Azərbaycanda 9 953,3 min manatlıq tütün məmulatı istehsal edilib. Bu, ötən ilinn eyni dövründəkindən 36,8% çoxdur. Cəmi 811 mln ədəd siqaret buraxılıb ( 37,4%). Məhsulun hamısı satılıb. Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin 5 ayında ölkəyə $149,3 mln məbləğində tütün və tütün məmulatı idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 19,5% çoxdur.

İllik hesablamada siqaretin pərakəndə qiymətləri ilin 5 ayında 14,5% bahalaşıb. Xatırladaq ki, 2013-cü ilin yanvar-mayında siqaret 12,1% bahalaşmışdı. Onu da qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Xidməti bazardakı proseslərə reaksiya vermir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1021   Tarix: 20 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477