Azərbaycan gözəli qrup yoldaşını xəstəxanalıq edib

"Miss Azerbaijan 2014" gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovanın xuliqanlıq maddəsi ilə 4 il icbari iş alması və bu səbəbdən ölkə xaricinə çıxışına qadağa qoyulması haqda məlumat vermişdik.

Azərbaycan gözəlinin törətdiyi cinayətin təfərrüatları haqda AzVision.az saytına ilginc məlumat daxil olub.

C.Qurbanova ilə eyni qrupda təhsil alan Fərid Mansurov özü saytımızla əlaqə saxlayaraq Azərbaycan gözəli ilə bağlı bəzi məlumatları diqqətə çatdırıb.

F.Mansurov bildirib ki, o, Bakı Dövlət Universitetinin Fizikia fakültəsində C.Qurbanova ilə bir qrupda təhsil alıb. Onun sözlərinə görə, C.Qurbanova ilə tələbə yoldaşı kimi münasibətləri normal olub. Ta 2011-ci ilin may ayının 31-nə kimi..

Həmin gün F.Mansurovla C.Qurbanova arasında mübahisə düşür. Mübahisə zamanı C.Qurbanova əlindəki qələmlə F.Mansurovun gözünə zərbə endirir.

Azərbaycan gözəli qrup yoldaşını xəstəxanalıq edib"Cavidanla həmin gün aramızda kiçik mübahisə olmuşdu. Ondan yarım saat keçməmiş qələmlə şahidlərin yanında gözümə vurdu və qan töküldü. Bundan sonra mən 15 gün xəstəxanada yatdım. Ailəm məsələ ilə bağlı Yasama rayon Polis İdarəsinə müraciət etdi. Lakin məsələ araşdırılmadı. Bununla bağlı biz daxili işlər naziri Ramil Usubova və Heydər Əliyev Fonduna müraciət etdik. Bundan sonra iş Yasamal rayon Məhkəməsinə göndərildi. 2011-ci ildən 2013-cü ilə qədər məhkəmədə cinayətlə bağlı qərar qəbul edildi və ona 4 il icbari iş verildi".

F.Mansurov bildirib ki, o və ailəsi bu qərardan razı deyillər və Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.

Məlumat üçün qeyd edək ki, Fərid Mansurov məhkəmə sənədlərini təqdim edəcəyini bildirib.

C.Qurbanova barəsində hadisə ilə bağlı Cinayət Məcəllləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) cinayət işi açılıb.

Qeyd edək ki, "Miss Azerbaijan 2014" gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub. C.Qurbanovanın icbari iş almasından "Miss Azerbaijan 2014" müsabiqənin təşkilatçıları da xəbərsiz olub. Hazırda Azərbaycanı "Bəşəriyyət gözəli 2014" (Miss Universe 2014) müsabiqəsində kimin təmsil edəcəyi sual altındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4882   Tarix: 21 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 593
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 491
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 218
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 220
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 412
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 872
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 1
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 733
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 430