"Təmizlənməyən gəlinliklər dəri xəstəlikləri törədir"

"Təmizlənməyən gəlinliklər dəri xəstəlikləri törədir"Toy mövsümü gəlinlik geyimi bazarında da canlanmaya səbəb olub.

BiG.AZ XezerXeber.com-a istinadən bildirir ki, Əvvəl əgər gəlinlik seçimi üçün kirayə dükanlarına baş çəkmək lazım gəlirdisə, hazırda internet imkanlarından faydalanmaq ən optimal üsul sayılır. Elə buna görə də internetdə gəlinliklərin satışı, kirayəsi, tikilişi ilə bağlı xeyli sayda elan və reklamlara rast gəlmək olar.

"Bir elanın izi"ndə bu mövzunu araşdırmaq qərarına gəldik. Bunun üçün internetdə yerləşdirilən bir neçə elanda göstərilən telefon nömrəsinə zəng vurduq.

"Gəlinliyə pul xərcləməyə xəsislik etmirlər"

Diqqətimizi çəkən ilk elan İtaliya istehsalı olan məşhur "Pronoviaz" gəlinlik donu ilə bağlı oldu. 2500 manata təklif olunan geyimin satlıq olduğunu, kirayəyə verilmədiyini bildirən Rauf adlı şəxs onlarda olan bütün malların yalnız satış üçün nəzərdə tutulduğunu dedi: "İl ərzində cəmi 3-4 gəlinlik gətiririk, o da ancaq sifarişlə... Bəzən sifarişçilər imtina edir və məcburən geyimi satışa çıxarmalı oluruq. Materialından tutmuş tikilişinə qədər geyimin hazırlanması İtaliyada başa gəlir. Burada yalnız xırda düzəlişlər edirik".

Geyimlərin 2500-5000 manata satıldığını söyləyən müsahibimiz eksklüziv gəlinlik üçün bunun elə də böyük rəqəm olmadığını düşünür: "Sifarişçilərimiz orta təbəqəyə məxsus ailələrdir. Ümumiyyətlə, əksər insanlar ömründə bir dəfə geyinəcəyi geyim üçün çox pul ödəməyə hazırdır. Bu geyimlər həm toyun, şənliyin gözəlliyini artırır, həm də şəkillərdə, videolentlərdə yadigar qalır. Birmənalı olaraq qəbul edilib ki, toyda hamının diqqəti gəlinin geyimində olur. Bu səbəbdən ailələr gəlinliyə pul xərcləməyə xəsislik etmirlər".

Almaq, yoxsa kirayə götürmək?

Puluna qənaət etmək istəyənlərsə kirayə bazarına üz tuta bilərlər. Paytaxtın bir çox ticarət mərkəzlərində gəlinliklərin həm satışı, həm də kirayəsi ilə məşğul olan iri ticarət mərkəzləri var. Paytaxtda gəlinliklərin satışı və kirayəsi həyata keçirilir.

Əhali isə seçimini cibinə uyğun edir, yəni bir qədər imkanı olanlar brend mağazalara, aztəminatlı ailələr isə yuxarıda adlarını sadaladığımız ticarət mərkəzlərinə baş çəkməklə gəlinlik seçirlər. Əksər vaxtlarda isə gəlinlikləri kirayələməklə birgünlük geyimdən yararlanırlar.

Baxmayaraq ki, kirayə gəlinliklər çox vaxt geyilmiş olur ki, bu da gigiyenik baxımdan məsləhət görülmür. Çünki ticarət mərkəzlərində geyilmiş paltarları dezinfeksiya edəcək nə kimyəvi məhlullar, nə də avadanlıqlar mövcuddur.

Gəlinliklər bədbəxtliyin də başlanğıcı ola bilər

Respublika Dəri-Zöhrəvi Dispanserinin həkim-dermatoloqu Laura Nağıyeva da təsdiq edir ki, kimyəvi təmizləməyə verilmədən təkrar kirayəyə verilən geyimlər, eləcə də gəlinliklər dəri xəstəliklərinə səbəb ola bilər: "Ona görə yox ki, onu geyinən şəxsdə hansısa xəstəlik var. Düzdür, bu da xəstəliyin yayılması üçün səbəbdir, amma kimyəvi təmizləmə bir qədər baha baş gəldiyi üçün mağaza rəhbərliyi adi qaydada paltarları yuyur, ya da heç yumur.

Bir müddət çirkli qalan paltarlar isə göbələk, dəmrov, dermosit kimi dəri xəstəliklərinin başlanğıcı ola bilər. Natəmiz, yəni geyildikdən sonra təmizlənməyən gəlinliklər qoturluq, göbələyin ağır forması kimi dəri xəstəlikləri törədə bilər".

Dermatoloq deyir ki, gəlinliklərin kirayəsi zamanı bu amilə diqqət yetirmək lazımdır. Gəlinlik heç bir halda kimyəvi təmizlənmə aparılmadan təkrar başqasına kirayə verilə bilməz. Gəlinlik seçərkən gənc qızlar dəbə, gəlinliyin modelinə necə diqqət yetirirlərsə, bu amilə də fikir verməlidirlər.

Kirayə gəlinliklər bazarının fırıldaqları

Kirayə gəlinliklər bazarının problemi bununla bitmir. Mağazaya daxil olan kimi paltar kirayə verənlərin dəstə ilə müştəriyə yaxınlaşması heç kəsə sirr deyil. Hər bir sahibkar özünün malının kirayələnməsi üçün dəridən-qabıqdan çıxır, paltarın üzərində aksessuarların pulsuz verildiyini desələr də, sonradan əlavə ödənişlər tələb edirlər. Bu isə tərəflər arasında narazılıq yaradır və beh verdiyi üçün müştəri çıxılmaz vəziyyətdə qalır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə bu cür şikayətlərlə onlara müraciət olunduğunu deyir: "Kirayə geyim bazarında istehlakçıların aldadılması hallarına tez-tez rast gəlinir. Külli miqdarda pulun müqabilində götürülən geyim əşyaları geri qaytarılarkən mübahisələr yaranır, müxtəlif bəhanələrlə yenidən pul tələb edilir. Bəzən isə müştəri verdiyi behi geri qaytara bilmir. Bəzən şəxsiyyət vəsiqəsi, hərbi bilet və digər sənədlər girov qoyulur, tərəflər arasında mübahisələr yarandığı halda isə sənədlər geri qaytarılmır".

AİB sədri deyir ki, kirayə geyim bazarında müştərilərlə müqavilələr bağlanılmır, göstərilən xidmətin müqabilində çek verilmir. Bu isə külli miqdarda vəsaitin vergidən gizlədilməsinə səbəb olur.

Köhnə, dəbdəbəli, zövqsüz...

Gəlinliklər bazarında vəziyyəti öyrənmək üçün gəlinliklər bölməsinə baş çəkdik. Qeyd edək ki, gəlinliklər bazarına ilk baxışdan nəzər yetirən kimi onu demək olar ki, indi hətta toy günündə belə gəlinlik kirayələmək və ya almaq o qədər çətin iş deyil, çünki hər cür zövqdə və imkanda olanlar üçün uyğun gəlinliklər var. Amma burada daha çox köhnə modellərin olduğu gözdən yayınmır. Satıcılar bunu tələblə izah edirlər. Zövqünə uyğun gəlinlik seçə bilməyənlər sifariş edə bilər, bu isə ən azı bir ay öncədən olmalıdır.

Birgünlük kirayə gəlinliklər 100-1000 manat arası dəyişir. 100 manata olanların tikilişi sadədir, üzərində bahalı daş-qaşlardan istifadə edilmir. Nisbətən bahalı donlarda isə bir qədər dəbdəbə hiss olunur. 1000 manata kirayələnən donların bəzəyi üçün svarovski kimi daş-qaşlardan istifadə edilir.

Satılan gəlinliklərin qiymətləri də fərqlidir. Burada 300 manatdan başlayan qiymətlər 10 minə qədər çatır. Daha bahalı gəlinliklər də var, amma bunlar sırf sifarişlə tikilir və ya xaricdən gətirilir.

Dəbdən geridə qalanlar

Şəhərin mərkəzində yerləşən mağazalardan birinə yaxınlaşdıq gəlinlik mağazasının satıcısı Dilarə ən ucuz kirayə gəlin paltarının 500, ən ucuz satlığın isə 2300 manat olduğunu deyir. Satıcının sözlərinə görə, bahalı paltarlar qiymətli daşlarla bəzədildiyi, bəziləri eksklüziv olduğu, bir qismi də sifarişlə Fransa və İtaliyadan gətirildiyi üçün bahadır.

Binəqədidə yerləşən başqa bir mağazada da satılıq geyimlərin qiyməti 500-2000 manat arasındadır. Bu geyimlərin kirayə qiymətləri 300-700 manat civarındadır. Satıcı Nərminə bu qiymətə ayaqqabı, aksessuarlar və qış ayları üçün nəzərdə tutulan xəzlərin də əlavə olunduğunu deyir. Baş çəkdiyimiz mağazalarda 2014-cü ilin gəlinlik modaları barədə də məlumat aldıq.

Öyrəndiklərimizdən belə nəticəyə gəldik ki, yeni ailə quranların heç də hamısı dəbə diqqət etmir. Belə ki, hər ilin, hər mövsümün yeni dəbi olsa da, bizim gəlinlər hələ də 2000-ci ilin dəbindən əl çəkə bilmirlər.

Satıcılar deyir ki, sifarişlərin əksəriyyəti yenə də gen ətəkli, dekolte paltarlardır. Halbuki bu üslubda geyim artıq on ildən çoxdur dünyada geridə qalmış sayılır.

Dekoltedən imtina

Modelyerlər isə 2014-cü ilin gəlinliklərinin dəbinə və rənginə görə yenilikləri sınaqdan keçirməyi sevənlərin seçmək şansının çox olduğunu deyirlər. Belə ki, ilin trendi açıq çəhrayı, mavi və solğun sarı rənglərdirsə, modeli də balıq formalıdır. İllərdir dünya ulduzlarının da müraciət etdiyi balıq modeli 2014-cü ildə də öz yerini qoruyub.

Bu mükəmməl bədən quruluşuna güvənən gəlin namizədləri üçün olduqca iddialı gəlinlik sayılır. İlin daha bir maraqlı dəbi qısa gəlinliklərdir və bu da ayaqlarına güvənən xanımlar üçün nəzərdə tutulub. Gəlinlik dünyasında illərdir liderliyini saxlayan dekolte formadan imtina isə əsl hadisə sayıla bilər. Elə moda özü də bunu diqtə edir. İlin və mövsümün dəbi uzunqollu gəlinliklərdir. Uzunqollu gəlinlik dedikdə isə incə və zərif krujeva yaxud, şəffaf parça növlərindən tikilən uzun qollu gəlinlik modelləri istənilən mövsüm üçün nəzərdə tutulub.

Əsas seçimi düzgün etməkdir

Toy təşkilatçıları hesab edirlər ki, gəlinlik seçərkən toy məkanı da nəzərə alınmalıdır. Toy açıq havada, oteldə və yaxud bağlı məkanda ola bilər. Açıq havada olan toylarda əsasən yüngül parçalardan olan, qapalı məkanlarda isə daş-qaşlarla bəzədilmiş gəlinliklərə daha çox üstünlük verilir.

Gəlinlərin özündən asılı olmayan səbəblərin - boyu və çəkisinin də gəlinlik seçərkən nəzərə almaları məsləhət görülür. Modelyerlər qısa boylu xanımların əsasən karsetli düz paltar seçmələrini məqsədəuyğun hesab edir. Düz paltarların da ən gözəl variantı sinənin altından kəsmə ilə olanıdır ki, bu formada geyimdə boy hündür görünür. Belə xanımlar balıq modellərdən uzaq olmalıdırlar. Çünki bu modeldə bədənin bütün ölçüləri qabarıq göründüyü üçün onların ayaqlarının qısa olmağı daha çox büruzə verir. Dəbin necə olmasından asılı olmayaraq hər kəs təkcə gəlinlik geyindiyi gün yox, bir ömür boyu xoşbəxt olmaq istəyir. Bunu isə nə geyim, nə də moda diqtə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3260   Tarix: 22 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 826
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 798
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1145
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1042
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1128
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 430
.

Xərçəngin ən çox yayıldığı ölkələr – SİYAHI

Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır. Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər. -ın xarici mediaya istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyy

31.12.2023 1442
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1097
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 419