Nərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTO

Nərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTOM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva həyat yoldaşı, tanınmış rəssam Altay Sadıqzadə ilə birgə yeni art-layihə hazırlayıb.

BiG.AZ saytı buro247.az-ın art-kafedə Nərgiz Paşayeva və Altay Sadıqzadədən alınmış müsahibəsini təqdim edir:

Bakının tam mərkəzində öz sehrli energetikası ilə insanı valeh edən bir məkan var. Tarixi İçərişəhərdə yerləşən Mayak 13 art-kafesi müvafiq konsepsiyası olan qastronomik müəssisədir.

Mayak 13 muzey müəssisəsinə daxil olarkən, dərhal onun qeyri-adiliyini anlayırsınız. Art-kafedə hər şey eksklüzivdir, çünki peşəkar rəssam Altay Sadıqzadə tərəfindən yeganə bədii açarda hazırlanıb. Məkanın əsas mövzusu mayakların poetikası, dəniz ruhunun azadlığı və əhval-ruhiyyədir.

A.S.: Mayak mövzusu həmişə Naranın sevimli mövzusu olub. Kafenin ideyası da elə buradan yaranıb.

N.P.: Mənim üçün mayak xüsusi yerdir, heyranlıqla, demək olar, ehtirasla yanaşdığım bir məbəddir. Müsahibələrimin birində mən çəkinmədən etiraf etdim ki, məmnuniyyətlə mayakın nəzarətçisi ilə əməkdaşlıq edərdim. Belə iş mənim üçün yüksək vəzifədir. Mayakların möhtəşəmliyi ondadır ki, onlar bütün funksionallığı və rasionallığı ilə bərabər, həm də poetikdirlər. Onlar - insan əllərinin yaratdığı ən gözəl tikililərdirlər. Simvolika və forma üzrə gözəl olan bu tikililər yol göstərir, nişan verir, ümid yaradırlar. Mayaklar quru və suyun birləşdiyi, üç təbiət ünsürünün (su, yer və səma) qovuşduğu yerdə yerləşirlər. Kafeni də biz mayakların, təbiət sirlərinin və insan talelərinin qoruyucularının şərəfinə hazırlamışıq.

- Art-kafe adi kafedən nə ilə fərqlənir?

A.S.: Art-kafe incəsənətlə doludur. Yəni bu yer təkcə bədəni deyil, ruhu da qidalandırır. Məsələn, muzeylərə insanlar nadir hallarda gedirlər. Ancaq bu kafeyə gəlməklə, incəsənətdən zövq almaq və eyni zamanda dadlı təamlar yemək mümkündür.

- Bu konsepsiyanın reallaşdırılması nə dərəcədə çətin olub?

N.P.: İdeyanın müəllifi mənəm, ancaq obrazın bədii ifası və yaradılması peşəkar rəssam Altaya aiddir. Mövzunu əsas götürərək həyata keçirmək olar, ancaq bununla obrazı yaratmamaq da olar. Rəssamın istedadı ondadır ki, min illər ərzində insanlara tanış olan mövzunu özünəməxsus şəkildə təqdim edə bilsin. Onun mayakı tamamilə fərqli, təkrarolunmaz mayakdır. Çəkdiyi və etdiyi isə həqiqətin bədii əksinin nəticəsi olan incəsənət əsərinə çevrilir.

- Buranın mətbəxinin xüsusiyyətləri barədə danışardınız.

N.P.: Mətbəx kifayət qədər sadədir - kafe demokratik olmalıdır. Bizim hədəfimiz bədii məkanın yaradılmasından ibarət idi. Ancaq xidmət və qastronomiyada öz tələblərimizi də müəyyən etmişik: ilk növbədə, statuslarından asılı olmayaraq, bütün müştərilərə eyni münasibət göstərmək. Digər tələb - yeməklərin adları mümkün qədər az, lakin bununla belə hazırlanması üçün istifadə olunan məhsullar sağlam və yeri istehsal olmalıdır. Bundan əlavə, mən duzun qadağan olunması ideyasını irəli sürmüşəm. Onun əvəzinə limon şirəsi, müxtəlif ədviyyələr istifadə olunur. Hər şey maksimum təbii, sağlam, keyfiyyətlidir və mürəkkəb hazırlığa ehtiyac yoxdur.

A.S.: Mətbəxdə duzdan istifadə olunmasa da, masanın üzərində həmişə var. İstəyən şəxs öz zövqünə uyğun olaraq, istifadə edə bilər.

- Deməli, buranın mətbəxinin əsas xüsusiyyəti - duzun yoxluğudur?

N.P.: Art-kafedə əsas olan - hətta incəsənətə qarşı soyuqqanlı adamın belə buradakı şəraitə laqeyd qala bilməməsindədir. Onun daxilində özündən asılı olmadan, möcuzəvi notlar səslənəcək və o zaman yəqin ki, fiziki aclıqdan əlavə, mənəvi aclıq kanalı da işə düşəcək.

- Məkanın adında 13 rəqəminin nə mənaya gəldiyi barədə danışın

N.P.: 13 qədim, çox maraqlı və gözəl mövzudur. Mən, qızım və kürəkənim ayın 13-ü anadan olmuşuq. Hətta nəvəm belə ayın 13-ü dünyaya gəlib... Bu kafe isə Altayın ad günümə hədiyyəsidir. Məkan məhz 13 dekabr 2013-cü ildə yaradılıb.

- Köhnə rəsmlərdən olan qravyuraların üzərində köhnə Bakı təsvir olunub. Bu, çox gözəl görünür.

N.P.: Mən "Bakı gözəlləşib" kimi cümlələr eşitməyi xoşlamıram. Belə şeyləri keçmişdə aul və ya köçəri insanların şəhəri olan, komsomol tikinti dəstələrinin tikdiyi yerlər barədə demək olar, Bakı barədə yox. Paytaxtımızın köhnə fotoları bunu təsdiqləyir.

- Şəhərimiz və onun sakinlərinə nə arzulayardınız?

N.P.: İstəyərdim ki, şəhərimizin mədəniyyət, urbanizasiya qatları, köhnə ruhu, dar və asimmetrik küçələri, ikimərtəbəli gözəl ənənəvi daş binaları, köhnə qapıları, fənərləri dağıdılmasın... Şəhərin çoxəsrlik simasını, sadə ştrixlərini və orijinal qatlarını dağıtmaq olmaz. Çünki müxtəlif dövrlərin fərqli stilləri daşda daha uzun müddət və etibarlı şəkildə qorunur. Məhz şəhər artefaktları bizə özümüzü tarixi və formalaşmış zəngin mədəniyyəti olan xalq hesab etmək haqqı verir.

- Bakının gələcək obrazını necə görürsünüz?

N.P.: Bilirsiniz, Londonun ən prestijli və bahalı küçələrindən biri olan Uolton-strit sadə, köhnə ikimərtəbəli daş evlərdən ibarətdir. Bizim kiçik köhnə Bakı evlərimiz onlardan daha gözəl və maraqlıdır. Ancaq ingilislər özününküləri qoruyur və Londonun simasını yeniləmək məqsədilə heç nəyi dağıtmırlar. Bu özünə, öz vətəninə hörmətdir. Bakı bir zamanlar olduğu kimi tünd və çirkli deyil. Şəhər üçün yaxşı şeylər edən insanların əməyini də danmaq olmaz.
Məncə, dünyada iki növ şəhər var: Şanxay, Honkonq, Sinqapur kimi yırtıcı-şəhərlər və Afina, Roma, Paris, Barselona kimi romantik şəhərlər. İmkan vermək olmaz ki, bizim həmişə romantik olan şəhərimiz yırtıcı şəhərə və ya daha pis olan - yarıyırtıcı-yarıromantik şəhərə çevrilsin. Gələcək nəsillər bunu bizə bağışlamazlar. Qoy mayaklar həmişə işıq saçsın və bizə doğru yolu göstərsin!

Nərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTONərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTONərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTONərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTONərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTONərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTONərgiz Paşayeva həyat yoldaşı ilə birgə - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7955   Tarix: 18 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə

13.12.2025 186
.

ChatGPT psixiatriya riskini artıra bilər - Həkimlərdən xəbərdarlıq

Kaliforniyada çalışan psixiatrlar süni intellektlə intensiv ünsiyyətin ağır psixi pozuntulara yol aça biləcəyi barədə ciddi xəbərdarlıq ediblər. xəbər verir ki, mütəxəssislər 26 yaşlı bir qadınla bağlı narahatedici klinik hadisəni təsvir ediblər. Depressiya və DEHB (Diqqət Əskikliyi və Hiperaktivli

16:00 129
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 597
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 585
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

18:00 98
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 378
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

00:28 397
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 602
.

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə

02:09 314
.

TOP MP3