Nargis Fondundan xeyirxah addım - FOTO

İyunun 7-də Qubanın "Rixos" otelində Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə qolf turniri keçirilib. Tədbirin proqramına Nargis Fund və Olive Project tərəfindən təşkil olunmuş xeyriyyə hərracı daxil olub.

Hərracdan öncə qonaqları Nargis nəşriyyat evinin direktoru Könül Nağıyeva salamlayıb. O, tədbir iştirakçılarını 8 yaşlı Şəhriyar Kərimovun taleyinə laqeyd qalmamağa səsləyib və bildirib ki, hərracdan əldə edilmiş vəsait Şəhriyarın müalicəsinə yönəldiləcək. Ona Niman-Pik xəstəliyinin diaqnozu qoyulub. Bu, ömürlük müalicə və nəzarət tələb edən nadir genetik xəstəlikdir. Şəhriyar Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən ilk şəxsdir və ölkəmizdə onun müalicəsi üçün şərait yoxdur. O, xəstəliyin ilk daşıyıcısı kimi rəsmi olaraq, Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilib.

Hərrac üçün "YAY" Gallery müasir incəsənət kommersiya təşkilatı və "Vault Prive" lyuks klass centlemen klub butiki öz əşyalarını təqdim edib. Rəsm, heykəltəraşlıq əsərləri, eləcə də kişi aksesuarlarından ibarət lotlar sırasında ən bahalısı "NAR" nərdi olub. Lövhənin dizaynının əsasında Azərbaycan ənənələri və mədəniyyəti, bolluq və bərəkətin simvolu olan nar dayanır. Nərdin hər bir detalı əl işi ilə peşəkar Britaniya ustaları tərəfindən hazırlanıb. "NAR" nərdləri limitli kolleksiyadır və onları yalnız Bakıdakı "Vault Prive" butikindən əldə etmək mümkündür. Könül Nağıyeva hərracda Ramal Kazımın müəllifi olduğu "Billiard" rəsmini əldə edib.

Hərracdan sonra izləyicilər Mikayıl Rəfiyevin ifasında Lounge Project konsertindən zövq alıblar. Sonda təşkilatçılar tədbirdə iştirakına görə Eleven Project, Venera Model&Cast Management agentliyinə və xeyriyyə tədbirinə laqeyd qalmayan hər kəsə təşəkkürlərini bildiriblər.

Nargis Fondundan xeyirxah addım - FOTONargis Fondundan xeyirxah addım - FOTONargis Fondundan xeyirxah addım - FOTONargis Fondundan xeyirxah addım - FOTONargis Fondundan xeyirxah addım - FOTONargis Fondundan xeyirxah addım - FOTONargis Fondundan xeyirxah addım - FOTONargis Fondundan xeyirxah addım - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 11 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 96
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

17:19 186
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 377
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

12:45 123
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

22:00 0
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 353
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

21:45 48
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 940
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 1121