Ekzoskeletlər satılacaq

Ekzoskeletlər satılacaqYaponiyanın Panasonic şirkəti insana ağır yükləri asanlıqla qaldırmağa imkan verən ekzoskelet qurğularının kommersiya satışına başlamağı planlaşdırır. Bu barədə Yaponiya KİV-i yazıb.

Power Loader ekzoskeleti möhkəm kənar karkasla təmin olunan kostyumdur. Mərkəzi kompüter insanın əl-ayağına bərkidilərək elastik plankaları dəstəkləyən elementləri, eləcə də xüsusi manipulyator əlləri idarə edir. Bütün bunlar kompleks şəkildə dayaq-hərəkət aparatı funksiyasını yerinə yetirir, əzələdə ağırlığı azaldır və insanın gücünü artırır. Ekzoskelet istifadəçisi çəkisi 100 kiloqramadək olan yükü asanlıqla qaldıra və onu 8 km/saat sürətində apara bilər. Bundan başqa, şirkət skeletin yükqaldırma qabiliyyətini 40 kiloqramla məhdudlaşdıran sadələşdirilmiş modelini hazırlayıb.

BiG.AZ movqe.az-a əsasən istinadən bildirir ki, ondan tibbi klinika işçilərinin yataq xəstəsi olan xəstələrin çarpayıdan xərəklə aparılması prosesini sadələşdirmək üçün istifadə edəcəkləri nəzərdə tutulur. Ekzoskeletlərin qiyməti 5-7 min dollar təşkil edəcək.

Panasonic nümayəndələri güman edirlər ki, bir müddət sonra onların icad etdikləri qurğuya sənaye və tikinti sahələrində böyük tələbat olacaq. Həmçinin qeyd olunur ki, ekzoskeletdən hətta radiasiya mühafizə kostyumunda istifadə etmək olar və bu səbəbdən ondan Fukusima-1 AES-də baş vermiş qəzanın nəticələrini aradan qaldıran mütəxəssislər istifadə edə bilər.

Hazırda isə Power Loaderin əsasında kosmik skafandrın yaradılmasının mümkünlüyü tədqiq edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1262   Tarix: 12 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040