Ermənistanda nə qədər azərbaycanlı yaşayır?

Ermənistanda nə qədər azərbaycanlı yaşayır?Yalan danışmaq, özlərini "əzilən və biçarə millət" kimi qələmə vermək ermənilərin köhnə şakəri olduğundan, onların yeni yalanına bəlkə də fikir verməzdik.Amma bu dəfə ermənilər elə bir "yalan səviyyəsi"nə çatıblar ki, onların belə xəbərləri yayanda nəyə və ya hansı ünsürlərə istinad etdiyini düşünmək daşı göyə atıb onun orada qalacağını fərz etmək təki mənasız bir işdir.Erməni mətbuatı Ermənistanda 8 min azərbaycanlının yaşadığına dair məlumat yayıb.Daha doğrusu, Yerevanda çıxan "Haykakan Jamanak" qəzeti hazırda Ermənistanda 8 min azərbaycanlı yaşadığını bildirib.
Qəzet bunu qeyri-rəsmi mənbələrə istinadən qeyd etdiyini vurğulayıb. "Jamanak"dakı "erməni intellektual"ların hesablamalarına görə, Ermənistanda yaşayan azərbaycanlalıların hamısı adlarını və soyadlarını dəyişiblər.

Ermənilərin hesabı bir ayrı riyaziyyatmış:
"Jamanak"ın əsl erməni şövqünə düşərək yalanı yalanın üstünə dikəldib, sonra da kənardan baxıb az qala ekstaz vəziyyətinə düşməsi burada başa çatsaydı nə vardı ki...
Xeyr, qəzet bir qədər də irəli gedib və yazdıqlarını "dərin araşdırma" kimi göstərməyə çalışıb: "1989-cu ilin statistikasına istinad etsək, həmin vaxta qədər Ermənistanda guya, 84 860 azərbaycanlı yaşayıb".Əvvəla, 1988-ci il hadisələrindən sonra Qərbi Azərbaycanı tərk edən soydaşlarımızın sayı 250 min nəfərdən çox olub. Belə olan təqdirdə, həmin müddətə kimi, Ermənistanda 85 min azərbaycanlının yaşaması barədə hesablama necə aparılıb - bunu ermənilərin olmayan vicdanına buraxırıq.Və bu "möhtəşəm açıqlama"dan dərhal sonra ermənilər özləri də marazm həddinə çatan fikirlər "istehsal" etdiklərini anladıqlarından bir qədər həya edirlər: "Fəqət, rəsmi statistikaya görə, Ermənistanda yaşayan azərbaycanlıların sayı cəmi 29 nəfərdir".
Burada nəfəs alıb erməni şüurunun aqoniyasını seyr etmək olardı - ikinci cəhd olsa da, uğursuzluq gözləntisi az deyil.Di gəl, erməni şüuru yenə dayanmır və bəyan edir ki, bəs əslində Ermənistandakı azərbaycanlıların sayı rəsmi statistikadan ən azı 300 dəfə çoxdur.Belə çıxır ki, 1992-ci ildən sonra minlərlə azərbaycanlı məhvə məhkum edildikləri, insan sayılmadıqları, ev-eşiklərinin yağmalandığı, ailə üzvləri və qohumlarının işgəncələrlə öldürüldüyü Ermənistana qayıdıblar.Ermənistan Milli və Dini Azlıqlarla İş üzrə İdarəsinin sabiq rəhbəri Qranuş Xaçaturyan yayılan məlumata münasibət bildirərək deyib ki, İrəvan BMT-nin müvafiq konvensiyasına qoşulub. Həmin konvesiyaya qoşulan ölkələr isə bütün milli və dini azlıqların təhlükəsiz yaşamasını təmin etməyə borcludurlar. "Qafqaz" İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan isə bir qədər də irəli gedərək, Ermənistanda daha çox azərbaycanlının yaşadığını iddia etməyə çalışıb. "Təbii ki, bizim ölkəmizdə azərbaycanlılar yaşayır. Düzdür, onların sayı qeyd olunan rəqəmdən çox da, az da ola bilər. Lakin onlar özlərini artıq azərbaycanlı kimi nə hiss edirlər, nə də sayırlar".

Erməni şüuru və meymunun qumbarası:
Yalançılıq, xüsusilə də tarix və statistika ilə meymunun əl qumbarası ilə oynadığı təki əllaməlik etmək ermənilərin "milli idman növü"dür.Bunu bilirik.Fəqət, yalanın da bir həddi var.Doğrudur, 1988-ci ilədək ermənilərlə azərbaycanlılar arasında nikahlar az deyildi.Amma həmin nikahlarda həmişə ər azərbaycanlı, arvad isə erməni olurdu."Həmişə" kəlməsini "bütün hallarda" etməyə imkan verməyən isə fövqəladə hallarda, "eşq beyinə vuranda" azərbaycanlı xanımın erməniyə qoşulub qaçması idi ki, bu da tarix boyu bir-iki fakt ola, ya yox.
Belədirsə, Ermənistanda 8 min azərbaycanlının yaşadığı barədə açıqlama nəyə əsaslanır, həmin rəqəmin mənbəyi nədir? Nə üçün bu məlumatı oxuyanda "Armtoday" və ya "Jamanak"ın saytı aylarla təmizlənməmiş sanitar qovşağının kəsif qoxusunu verir?Və ən nəhayət, belə "riyaziyyat dühaları" nə yazdıqlarını bilirlərmi?
Ermənilər indi özlərini tolerant göstərməyə çalışırlar. Ki, buyurun, baxın - bizdə 8 min azərbaycanlı yaşayır.Özü də necə azərbaycanlı - "ad və soyadlarını erməniləşdirmiş adamlar".Xocalı soyqırımı, Şuşa və Laçının işğalından sonra Ermənistana daimi yaşayış üçün qayıdan azərabycanlıları təsəvvür edə bilirsinizmi?Üstəlik, müharibənin getdiyi dönəmdə, Azərbaycan-Ermənistan sərhədini keçərək.Tarix hansısa azərbaycanlının adv ə soyadını dəyişərək "erməniləşməsi" faktını bilmir.Əvəzində ermənilərin başqa millətlərin ad və soyadlarını götürmələri ilə bağlı faktları xatırlamaq üçün əsla zəhmət gərək deyil.

"Ermənilər dünya ictimaiyyətini aldatmağa çalışır":
BDU Erməni Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı erməni tərəfinin yaydığı məlumatla bağlı açıqlamasında bildirib ki, Ermənistanın 8 min azərbaycanlının bu ölkədə yaşaması ilə bağlı dedikləri reallığı əks etdirmir: "Orada azərbaycanlıların yaşaması mümkün olmayan haldır. Çünki ermənilər azərbaycanlıları düşmən gözündə görürlər və onların orada yaşaması mümkün olmayan işdir. Düzdür, Ermənistanda Cənubi Azərbaycandan gəlmiş şəxslər yaşayırlar. Amma onlar Ermənistanın yox, İranın vətəndaşlarıdır, orada da miqrant və ya iş adamı kimi yaşayırlar. Onlar düşmən ölkədə bir çox işlər görürlər. İranla Ermənistanın münasibətləri də yüksək səviyyədə olduğundan belə bir işbirliyinin olması realdır. Bunun nümunəsi kimi, İrəvandakı qədim Azərbaycan məscidi olan "Göy Məscid"in təmir edilməsini göstərə bilərik. Həmin məscidi İranın maliyyəsi ilə təmir ediblər. Ora gələnlər də İran əsilli azərbaycanlılar və ya İran vətəndaşlarıdır".Çaxmaqlı deyir ki, İrandan gəlmiş azərbaycanlı və ya bir başqalarını azərbaycanlı kimi təqdim etməklə Ermənistan dünya ictimaiyyətini aldatmağa çalışır. "Ermənilər bununla göstərmək istəyirlər ki, guya, onlar azəbaycanlılar arasında fərq qoymurlar. Yəni, onların göstərmək istədiyi budur ki, nə fərqi var Təbriz, yoxsa Bakı azərbaycanlısı, hər ikisi Ermənistanda yaşaya bilər. Halbuki bu reallığı əks etdirmir və orada Şimali Azərbaycandan olan bir nəfəri belə tapmaq mümkün deyil", - Çaxmaqlı bildirdi.

"Ermənistan monoetnik imicini dağıtmaq istəyir":
Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin təsisçilərindən biri, Almaniyada yerləşən İtkin düşmüş şəxslərin, əsir və girovların azad olunması üzrə beynəlxalq İşçi Qrupunun Azərbaycandakı nümayəndəsi Əvəz Həsənov açıqlamasında deyib ki, Ermənistanın bu rəqəmi haradan götürdüyü şübhəlidir. "Ermənilərin bu rəqəmi haradan götürdüklərini bilmirəm. Doğrusu, 8 min nəfər məsələsi mənim üçün də təəccüblüdür. Bu qədər azərbaycanlının hal-hazırda Ermənistanda yaşaması inandırıcı hesab oluna bilməz. Düzdür, mən Ermənistanda və Qarabağda səfərdə olan zaman özlərini azərbaycanlı kimi təqdim edən bir neçə ailəni görmüşəm. Amma bu heç də o demək deyil ki, Ermənistanda azərbaycanlılar rahatlıqla yaşaya bilirlər və sayları da həddindən artıq çoxdur. Əksinə, orada azərbaycanlılara olan münasibətin nə yerdə olduğunu hamı bilir", - Ə.Həsənov söylədi.Onun sözlərinə görə, Ermənistanın burada əsas marağı monoetnik imicini dağıtmaqdır: "Ermənistan gec də olsa başa düşüb ki, monoetnik bir dövlət olmaq heç də dünyada yaxşı qəbul edilmir. Əksinə, bunun zərərli olduğunun fərqinə varıb. İndi bu məlumatı yaymaqla dünyaya təqdim etmək istəyir ki, Ermənistanda başqa millətlər də yaşayır. Amma bu bir həqiqətdir ki, Ermənistanda nəinki azərbaycanlı, heç başqa millətlər də yaşamırlar. Həmin imici dağıtmaq üçün başqalarını tapa bilməyən ermənilər ən optimal yol kimi, azərbaycanlıları statistikaya salmaqda görüblər. Çünki orada bunun statistikasını aparmaq mümkün deyil".İşçi qrupunun üzvü onu da deyir ki, etnik tərkib məsələsində Azərbaycanın imici dünya ictimaiyyətində yaxşıdır. "Hətta biz açıq şəkildə Azərbaycanda 30 min erməninin yaşadığını bildirmişik. Bundan başqa, ermənilərin ayrı-ayrı sahələrdə çalışdığını nəinki deyirik, həm də göstərməkdən çəkinmirik. Bu da bizim tolerant bir dövlət olduğumuzu təsdiqləyir. Ermənilərin isə belə bir imkanı yoxdur. Onlar hətta bir neçə azərbaycanlını göstərə bilmirlər", - Ə.Həsənov söylədi».

"Emənistan İrandan gəlmiş iş adamlarını "azərbaycanlı" kimi sənədləşdirir" :
Beynəlxalq media təşkilatları və Qırmızı Xaç Komitəsinin (QXK) dəstəyi ilə İrəvanda keçirilmiş tədbirlərdə iştirak etmiş jurnalist Vəfa Fərəcova ermənilərin yaydığı məlumatın həqiqətə uyğun olmadığını deyir. Milli.Az-a açıqlamasında xanım Fərəcova deyib ki, onlar Ermənistanda azərbaycanlıların yaşaması ilə bağlı məsələni araşdırıblar. Amma bunun yalan olduğunu görüblər: "Mən üç dəfə müxtəlif beynəlxalq təşkilatların İrəvanda keçirdiyi tədbirlərdə olmuşam. Hər dəfə Ermənistanda azərbaycanlıların yaşaması ilə bağlı deyilənləri araşdırmışam. Hər üçündə də erməni tərəfi bizə bir nəfər belə olsun, azərbaycanlı göstərə bilməyiblər. Təqdim etdikləri şəxslər isə hamısı İrandan iş qurmaq üçün Ermənistana gəlmiş şəxslər olublar. Onları da tam azərbaycanlı olaraq qəbul etmək mümkün deyil. Çünki söhbət etdiyimiz şəxslərin əksəriyyəti farsla qarışıqlar idi".Vəfa Fərəcova deyir ki, İrəvanda 20-yə yaxın tarixi məscidlər olduğu halda, onlardan yalnız biri təmir edilib və bütün dünyaya da təkcə həmin məscid Azərbaycana məxsus olduğu göstərilir. "Həmin məsciddə bir neçə iranlı ilə rastlaşdıq. Ermənilər onları bizə azərbaycanlı olaraq təqdim edirdilər. Onlarla söhbət etdikdən sonra məlum oldu ki, əslində, onların heç biri azərbaycanlı deyil. Hətta içlərində bir qadın var idi ki, onun Tehranda yaşamış erməni olduğu məlum oldu. Həmin qadın bizimlə söhbəti zamanı dedi ki, Ermənistana gələn İran vətəndaşlarının böyük qismi iş qurmaq üçün buralara gəliblər və onların arasında təmiz azərbaycanlı tapmaq çox çətin məsələdir. Hamısının qanında fars qarışığı var. Ermənilər dünyada özlərini "tolerant" dövlət kimi göstərmək üçün məhz İrandan gəlmiş qarışıq azərbaycanlıları Ermənistanda yaşayan şəxslər olaraq təqdim etməyə çalışırlar. Bu da aşkar blefdir", - V.Fərəcova söylədi.Jurnalist onu da bildirir ki, Ermənistanda bir vaxtlar ailə qurmuş azərbaycanlılarla ermənilər və ya əksinə münasibət qurmuş şəxslər yaşayıb. "Amma bu məsələni də orada araşdırdıq. Məlum oldu ki, bu cür ailələr də Ermənstanda duruş gətirə bilməyiblər. Onların hamısı ölkədən qaçaraq, başqa dövlətlərdə məskunlaşıblar. Səbəb də bu olub ki, ermənilər onları müəyyənləşdirdikdən sonra öldürməyə cəhd ediblər. Və başqa yolları qalmadıqları üçün Ermənistanı tərk ediblər".

"Ermənilər yezidi kürdlər və assurları "azərbaycanlı" kimi təqdim edirlər":
"Unikal" qəzetinin şef-redaktoru, əslən Qərbi Azərbaycandan olan Eldəniz Elgün də Ermənistanda səfərdə olan jurnalistlərdəndir. Mövzu ilə bağlı söhbətində o, dedi ki, ermənilərin yaydığı məlumat əsassızdır: "Çünki mən İrəvanda olan zaman erməni tərəfindən heç olmasa, bir neçə azərbaycanlını bizə göstərməsini istəmişdim. İkigünlük axtarışlardan sonra nəhayət, bizə bir "azərbaycanlı" tapdılar. Onunla söhbət əsnasında məlum oldu ki, əslində, bu şəxsin özü də təmiz azərbaycanlı deyil. Onun sadəcə, babalarından birinin azərbaycanlı olduğu aşkarlandı və ermənilər pərt vəziyyətində qaldılar. Ermənistanda 8 min azərbaycanlının yaşadığını iddia etməyin heç bir əsası yoxdur. Ona görə ki, ermənilərin bizimkilərə olan münasibəti bütün dünyaya bəllidir. Onlar özlərini dünyada tolerant dövlət olaraq göstərmək üçün hiylə işlədirlər və Ermənistanda yaşayan yezidi kürdlər və assurları "azərbaycanlı" kimi dünyaya təqdim etməyə çalışırlar", - E.Elgün dedi.
Ermənilərin bundan sonra "yalan mətbəx"ində nədər istehsal edəcəkləri maraqlı olsa da, artıq illərdən bəri davam edən tendensiya var.O da bir yalanın daha böyük yalanla əvəzlənməsidir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6987   Tarix: 15 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

01.05.2024 121
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 169
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 175
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 1110
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 178
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 840
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 374
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672