Nobel prospektinə paralel 8 zolaqlı yol tikilir
Bakının mərkəzində Nobel prospektinə paralel çəkilən yeni 8 zolaqlı yolda tikinti işlərinin 80 faizi tamamlanıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib ki, Nobel prospektinə paralel olaraq, dənizin kənarı ilə yeni tikilən yolun layihələndirilməsinə 2013-cü ildən başlanılıb: "Keçən ilin may ayından yolun keçəcəyi ərazilərdə söküntüyə başlanılıb. Hazırda ərazidə söküntü, eləcə də torpaq və kommunikasiya işləri davam etdirilir. 1,75 km dənizə paralel yol gedəcək. Həmin hissənin sonunda da bir dairəvi qovşaq olacaq. Həmin istiqamətdən birbaşa Nobel prospektinə çıxacaq. Beləliklə də həmin istiqamətdə Neftçilər və Nobel prospektlərinin yükü azaldılacaq".
Ümumi uzunluğu 2, 26 km, eni isə 45 m olan yeni yol 8 hərəkət zolağından ibarət olacaq. Mütəxəssislər hesab edir ki, yeni yol tam istifadəyə verildikdən sonra Neftçilər prospektinin avtomobil yükünü tamamilə azaltmış olacaq.
Yol boyunca hər tərəfdə səki ilə yanaşı, hərəkət hissəsini ayıran ayrıca zolaq da nəzərdə tutulub. Yolboyu iki dairəvi qovşaq, üç piyada keçidi tikiləcək ki, onlardan biri üç, digərləri isə iki giriş-çıxışlı olacaq: "İki giriş-çıxışlı hissədə dörd, üç giriş-çıxışlı hissədə isə altı eskalator quraşdırılacaq. Piyada keçidinin birində işlərin böyük hissəsi icra olunub, digər ikisində isə 60%-i icra olunub. Ümumilikdə isə yolboyu torpaq işlərinin 80%-i icra olunub".
"Azəryolservis" rəsmisi deyir ki, yeni salınacaq 8 hərəkət zolağından 1 hərəkət zolağı avtomobillərin park edilməsi üçün yeni tikiləcək avtoparka giriş çıxış üçün nəzərdə tutulur.
Aparılan tikinti işlərində diqqət çəkən əsas məqamlardan biri də yeni yolun alt hissəsində avtoparkın salınmasıdır. Bu yeraltı parkinqdə gün ərzində 200-dən artıq avtomobil saxlanılması mümkün olacaq.
Eyni zamanda gələcəkdə sözü gedən yoldan tunel vasitəsi ilə Ağ Şəhər istiqamətində də daha bir yolun salınması nəzərdə tutulur.
Yeni yolun tikintisinə paralel olaraq Dəniz kənarı Milli Bulvar İdarəsi ərazisində də tikinti işləri aparılır. Burada müxtəlif iaşə obyektləri və insanların istirahəti üçün əyləncə mərkəzləri salınacaq.
Qeyd edək ki, yeni yol Neftçilər prospektindən başlamaqla Nobel prospektinədək uzanacaq. Yolun 2014-cü ilin sonu - 2015-ci ilin I rübündə tamamilə istismara verilməsi gözlənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 902 Tarix: 03 iyun 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat
İran Bəhreyn ərazisinə dronlarla hücum edib. -ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin
27.06.2026 142 ABŞ hökuməti "Anthropic"in süni intellekt modelinə qoyulan qadağanı qismən aradan qaldırdı
ABŞ hökuməti "Anthropic" şirkətinin "Claude Mythos 5" süni intellekt modelindən məhdud istifadəyə icazə verib. xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Semafor" nəşrinin yaydığı məlumata görə, rəsmi Vaşinqton "Anthropic"
27.06.2026 166 Bakıda və Abşeronda yağışlı hava BU TARİXƏDƏK DAVAM EDƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından etibarən tədricən dayanacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə saatlarında yarımadanın bəzi ərazilərində şimşək çaxma ehtimal
27.06.2026 342 Venesuela faciədən özünə gəlməmiş daha bir şok yaşadı
Venesuelanın Araqua ştatının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib. -ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Zəlzələnin episentri üç milyondan çox insanın yaşadığı Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Xəsarət alanla
27.06.2026 172 Avropada anomal istilər: Parisdə morqlar dolub
"Fransada hökm sürən anomal istilər ölüm hallarının fəlakətli şəkildə artmasına səbəb olub. Parisdə morqlar tam dolub, krematoriyalar isə gələn həftə böyük yüklənməyə hazırlaşır". xəbər verir ki, bu barədə BFMTV telekanalına müsahibəsində "Family Obsèques" dəfn bürosunun direktor
00:31 106 Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib
Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə Bakıdakı hotellərin birinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığ
27.06.2026 248 Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
Avropa ölkələrində, xüsusilə şimal regionlarında kondisionerlər uzun müddət zəruri hesab edilməsə də, son illərdə artan ekstremal istilər səbəbindən onlara tələbat sürətlə yüksəlir. xəbər verir ki, Almaniyada 2019-2024-cü illərdə kondisionerlərə tələbat 75% artsa da, mənzillərin cəmi 6%-i bu sistemlərl
27.06.2026 157 AZAL Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB
Azərbaycan Hava Yolları (AZAL) iyunun 27-nə planlaşdırılan Bakı-Naxçıvan reyslərini ləğv edib. BİG.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən bildirilib. Səbəb kimi Naxçıvan hava limanında müşahidə olunan ildırımlı hava şəraiti göstərilib. Bildirili
27.06.2026 274 Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdülər
Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətində Novoskelevatoye yaşayış məntəqəsini nəzarət
27.06.2026 179