Nizami Gəncəvi

Nizami GəncəviHəyatı:
Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffər in kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami GəncəviYaradıcılığı:
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvinin lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.

Nizami GəncəviƏsərləri:
1.Sirlər xəzinəsi
2.Xosrov və Şirin
3.Leyli və Məcnun
4.Yeddi gözəl
5.İskəndərnamə (Şərəfnamə və İqbalnamə adlı iki hissədən ibarətdir)
6.Divanı (dövrümüzə 6 qəsidə, 120 qəzəl, 30 rübai gəlib çatıb)

Haqqında olan ədəbiyyat:
Babayeva T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi.- B., 2000.- 200 s.
Kərimli T. Nizami və tarix.- B.: Elm, 2002.- 241s.
Əlibəyzadə E. Nizami və tariximiz.- B., 2004.- 186 s.
Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti.- B.: Ağrıdağ, 2003.- 212 s.
Arzumanlı V. Nizami Gəncəvinin dünya şöhrəti -.B.: Qartal, 1997.
Əhmədov Ə. Nizami-Elmşünaslıq.-B., 2001.- 254 s.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10628   Tarix: 11 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lotereyada bəxti gətirəcək bürclər açıqlandı — MÜSAHİBƏ

Bəzi insanlar lotereyada qalib gəlməyi tamamilə təsadüf hesab etsə də, astroloqlar bunun ulduzlarla əlaqəli ola biləcəyini düşünürlər. Aprel və may aylarında bəzi bürclərin bəxti, xüsusilə də şans oyunlarında digərlərinə nisbətən daha çox gətirə bilər. - Bəs hansı bürclər bu aylarda daha şanslıdır?

21.04.2025 9947
.

Elşad Xose xanımı ilə belə görüntüləndi - Video

Reper Elşad Xose tədbirlərin birində "İncə səhər" verilişinin kamerasına yaxalanıb. OLAY yazır ki, sənətçi mərasimə tək deyil həyat yoldaşı Lətifə ilə qatılıb. Proqramın müxbiri Xoseyə xanımı ilə bağlı sual ünvanlayıb. Elşad isə cavab verməkdən imtina edib. Cütlük kameraların obyektivinə sadəc

10:40 203
.

Maştağada dayıqızı-bibiqızı itkin düşdü - Fotolar+Yenilənib

Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb. BİG.AZ xəbər verir ki, bu barədə -a onların valideynləri məlumat verib. Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb v

21.04.2025 507
.

"Uğur 777" Klinikasında: Saxta diplomlar, qüsurlu əməliyyatlar…

Bugünkü Azərbaycan reallığında, bir tərəfdə savadlı, vicdanlı həkimlər gecə-gündüz çalışaraq cəmiyyətə fayda verməyə çalışır, digər tərəfdə isə heç bir peşə etikası olmayan, saxta diplomların arxasında gizlənənlər insanların həyatını alt-üst edirlər. Bu acı reallığın bariz nümunəsi "Uğur 77"

21.04.2025 402
.

Madlen West yeddinci övladını dünyaya gətirdi

Hollivudun məşhur aktrisası Madlen West yeddinci övladını dünyaya gətirib. xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı Avstraliyalı aktrisa İnstaqram səhifəsində paylaşım edərək yeni doğulan körpəsinin səhhətinin yaxşı olduğunu bildirib. West hələ ki, körpənin cinsini və adını açıqlamayıb. [hh4-unikal

21.04.2025 286
.

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Ehtiyatda olan polkovnik-leytenant Mehman Dadaşov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Mehman Dadaşov Milli Qvardiyanın ilk zabitlərindən biri olub

21.04.2025 487
.

Yarım milyon manatlıq dələduzluq ittihamı: "İlin ən uğurlu iş xanımı"nın məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda fəaliyyət göstərmiş "Moon Kids" uşaq bağçasının direktoru Həvvaxanım Rüstəmovanın məhkəməsi davam edir. Qaynarinfo xəbər verir ki, bu prosesə hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik edir. Həvvaxanım Rüstəmovaya qarşı irəli sürülmüş ittihama görə o

21.04.2025 731
.

Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə siyasətçi "Truth Social"da paylaşım edib. "Melaniya və mən Papa Fransiskin dəfn mərasiminə Romaya gedəcəyik"

10:11 138
.

Abbas Bağırov getdiyi toylardan müğənniləri uzaqlaşdırır?

Əməkdar artist Abbas Bağırov getdiyi toylarda ev sahibinə qadağa qoyur. Axşam.az xəbər verir ki, bu haqda müğənni "İncə səhər"də sualları cavablandırıb. O bildirib ki, bütöv idarə etdiyi məclisdə çox müğənninin olmasını xoşlamır: . "Əgər bir məclisdə Abbas Bağırovun "Qaytağı"

21.04.2025 303
.

TOP MP3