Ən üstün mələklər

Ən üstün mələklərMənbə: http://zikr.az

      Mələklərdən yağış yağdırıb bitkiləri yetişdirmək vəzifəsi tapşırılan mələk vardır. Bu, Mikail adlı mələkdir. Uca Allah buyurur:
"Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir" (əl-Bəqərə, 98).
      Mikail Rəbbi yanında yüksək məqama malikdir. Ona görə də Uca Allah bu ayədə Mikaili və Cəbraili mələklərdən olmalarına baxmayaraq şərəfli olduqlarına görə adlarını xüsusi olaraq qeyd edir. Onun adı Peyğəmbərin gecə namazında etdiyi duada da çəkilir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu cür dua edərdi: "Ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi Allahım!..."
Məhz bu hədisə istinad edərək İslam alimləri bu üç mələyin ən üstün mələklər olduğunu bildirmişlər. 
      Həmçinin, mələklərdən sur çalmaq vəzifəsi tapşırılan və üçüncü ən fəzilətli olan mələk vardır. Bu isə İsrafil adlı mələkdir. İsrafil Ərşi daşıyan mələklərdən biridir. Sur deyildikdə içərisinə üfürüləcək böyük bir buynuz nəzərdə tutulur. Abdullah ibn Amr ibn As demişdir: "Bir dəfə bir bədəvi gəlib Peyğəmbərdən soruşdu: "Sur nədir? O dedi: "İçərisinə üfürülən buynuz."
Həmçinin, Peyğəmbər demişdir: "Sur sahibi surunu əlinə alıb, başını qaldırıb qulaq verərək üfürməyə əmr olunacağını gözlədiyi halda, mən necə rahat ola bilərəm?" Müsəlmanlar dedilər: "Ey Allahın rəsulu, bəs biz nə deyək?" O dedi: "Deyin ki, Allah bizə yetər, O, nə gözəl qoruyandır. Allaha təvəkkül edirik."
İsrafil sura üç dəfə üfürəcək – dəhşət gətirəcək üfürmə, qulaqbatırıcı (öldürücü) üfürmə və yenidən dirilmə üfürməyi. Uca Allah buyurur:
"Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir" (ən-Nəml, 87).
Burada söhbət dəhşət gətirəcək üfürməyindən gedir. Digər iki üfürməyə aşağıdakı ayə dəlildir: "Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar" (əz-Zumər, 68).
Cəbrail haqqında isə ayrıca "Cəbrail kimdir?" adlı məqaləni oxuya bilərsiniz.


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 2836   Tarix: 26 may 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

TOP MP3