Şeyx Əbdül Mahmudbəyovdan Aygün Kazımovanın qızına "TƏRS SİLLƏ"

"O yerdə ki, sənət olmur, bədənlə gündəmdə olmağa çalışırlar".

ATV-nin "Gündəlik" verilişində qonaq olan xalq artisti, müğənni Aygün Kazımovanın qızı İlqarə səhnəyə gəlişi və imicindən danışıb. Geyimlərini bəzən anasının məsləhəti ilə seçdiyini söyləyən İlqarə səhnədə abır-həyanın elə də böyük rol oynamadığını bildirib.

Verilişin aparıcısı Mətanət Əliverdiyevanın "sən bir az qapalı geyinirsən, abır-həyalı geyinməyə çalışırsan" sözlərinə gənc müğənni belə cavab verib: "Səhnədə abır-həya bir o qədər də önəmli deyil. Səhnədə hər şey etmək mümkündür. Bu, səhnədir".

BiG.AZ Yeni Müsavat-a istinadla xəbər verir ki, tanınmış kinorejissor Əbdül Mahmudbəyov hər zaman abır-həya davası etdiyini dedi:

"Mən həmişə abır-həya, milli-mənəvi dəyər davası etmişəm. Çox vaxt düzgün anlaşılmamışam. Ona görə də həmişə məni elə qələmə verirlər ki, guya mən naftalin iyi verən köhnə kişilərdənəm. Hansı ki, elə deyil. Mənim üçün hər şeydən önəmlisi milli-mənəvi dəyərlərimizi, əxlaqımızı Avropanın murdar təsirindən qorumaqdır.

Təəssüflər olsun ki, bizim gül balalarımız, cavanlarımız buna çox böyük maraq göstərirlər. Məsələn, bir məhəllədə, kənddə bir narkoman olanda orada onlarla narkoman yetişir. Belə məhəllədə bir dənə olsun elmlər namizədi yetişmir. Qəribə də olsa, bu, belədir. Mənim Aygün xanıma çox böyük hörmətim var. Amma niyə Aygün xanımın qızı bu gün bu sözləri desin?! Heç bir halda ifaçıya, sənətə xidmət edənə ixtiyar verilmir ki, o, soyunub əzələ nümayiş etdirsin.

O yerdə ki sənət, böyük mədəniyyət olmur, onda, təbii ki, bədənlə gündəmdə olmağa çalışırlar. Təəssüflər olsun ki, bu, artıq Azərbaycanda ifrat dərəcədədir. Ən təhlükəlisi isə odur ki, mən bunları dilə gətirəndə qəbul etmirlər, məni qınamağa başlayırlar. Mənə elə gəlir ki, istər müxalifət olsun, istərsə də iqtidar, söhbət milli-mənəvi dəyərdən, tərbiyədən gedirsə, biz hamımız birik. Bu mənada elə düşünürəm ki, belə şeylərə qadağa qoymaq lazımdır. Mən küçəyə çıxa bilmirəm.

Məni tanıyan hər kəs yaxınlaşıb soruşur ki, bu, nə biabırçılıqdır. Sənətkarlarımızdan Şövkət Ələkbrova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova dünyanın, xalqın məhəbbətini sənətləri ilə qazanıblar, yoxsa soyunub əndamlarını göstərməklə?! Aygün xanım niyə icazə verir ki, onun qızı belə mövzuları gündəmə gətirsin?! Mən çox təəssüf edirəm, heç gözləməzdim. Biz heç vaxt avropalı ola bilmərik. Ona görə ki, biz şərqliyik. Bizim öz dəyərlərimiz var. Bizim avropalı olmaq kimi bir fikrimiz yoxdur və bu, bizə heç lazım da deyil".Şeyx Əbdül Mahmudbəyovdan Aygün Kazımovanın qızına "TƏRS SİLLƏ"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2019   Tarix: 24 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30.04.2024 3277
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 455
.

Nəzakət Teymurovanın qızı AİLƏ QURUR? – FOTO

Xalq artisti Nəzakət Teymurova qızı Nigarın ailə qurması mövzusuna münasibət bildirib. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. "Qızım Nigarın 24 yaşı var. O hazırda ali məktəbin magistratura pilləsində təhsil alır. Niga

30.04.2024 1046
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1128
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 551
.

Qəzzada ölənlərin sayı 34535-ə yüksəlib

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 34535-ə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 47 fələstinlinin həyatını itirdiyi, 61 fələstinlinin isə yaralandığı bildirilib. Açıqlamada

30.04.2024 556
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1842
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1248
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

28.04.2024 1419