Parkomatlarda da qiymətlər baha sayıldı

Parkomatlarda da qiymətlər baha sayıldıNatiq Ələkbərov: "Qiymətin uyğun olması hamını kütləvi şəkildə o xidmətdən istifadə etməyə istiqamətləndirəcək"

Şəhərdə mövcud qeyri-qanuni dayanacaqların ləğvi üçün parkomatlar quraşdırılmağa başlayıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq Bakının bir neçə yerində, konkret olaraq Xəqani, Tolstoy, Yusif Məmmədəliyev küçələrində və Qoşa Qala qapısının qarşısında parkomatlar quraşdırılıb.

Ümumilikdə şəhərin mərkəzi hissəsində müvəqqətı parketmə üçün 288 yer müəyyən edilib. İndi vətəndaş şəxsi avtomobilin bu parkomatların quraşdırıldıqı yerlərdə park etmək istəyirsə, o zaman 30 dəqiqə üçün 50 qəpik, 1 saat üçün 1 manat, 2 saat üçün isə 2 manat pul ödəyəcək. Əgər yaşadıqınız ünvanın yaxınlıqında bu cür parkomatlar quraşdırılıbsa, o zaman siz aylıq abunədə ola bilərsiniz. Quraşdırılan parkomatlar tam sistem şəkilində birləşdikdən sonra nəqliyyatı intelektual idarə etmə mərkəzi tərəfindən də izləniləcək. Hələlik isə narazılıq doğuran yeganə məqam qiymətlərdir.

Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov Movqe.az-a məsələ ilə bağlı fikirlərini bildirib. Ekspert qeyd edir ki, qiymətlər hamının cibinə uyğun şəkilə salınmalıdır: "Bu, hər şeydən əvvəl sosial məsələdir. Ona görə də qiymətlər tənzimlənməlidir. Hamının istifadə edə biləcəyi bir ölçüdə qiymətlər qoyulmalıdır. Bunlar hər hansı marağa xidmət etməkdən əlavə, insanların rahat dayanacaq yeri əldə etməsinə, eyni zamanda ondan istifadə edənlərin ödəmə qabiliyyətinə uyğun olmalıdır. Qiymətin uyğun olması hamını kütləvi şəkildə o xidmətdən istifadə etməyə istiqamətləndirəcək. Hesab edirik ki, ilkin vaxtda qiymətlər elə olmalıdır ki, hamını o xidmətə alışdırmağa kömək etsin. Yuxarı qiymətlər heç kimin diqqətini çəkmir. Ona görə də, hesab edirəm ki, aidiyyatı qurumlar mövcud qiymətlərə yenidən baxmalıdır".
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev parkomat qiymətləri ilə bağlı Trend-ə açıqlama verib. O deyib ki. Bakıda müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödənişlər üçün 3 zona müəyyən ediləcək. Şəhərin mərkəzindən kənara getdikcə qiymətlər aşağı olacaq. Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində avtomobilləri park etmək üçün ödənişli qarajlar çoxdur. Lakin kənarlarda belə qarajlar yoxdur. Təbii ki, əhalinin rahatlığı üçün orada da nizam-intizam yaratmaq lazımdır. Amma orada qiymətlər daha ucuz olacaq.

H.Abdullayev bildirib ki, parkomatların hamısı dövlət xətti ilə gətirilib quraşdırılacaq və yığılan pullar Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə köçürüləcək. Onun sözlərinə görə, müvəqqəti duracaqlar videomüşahidə altında olduğundan, sürücü avtomobili 30 dəqiqədən artıq saxlasa, əlavə olaraq 5 dəqiqə də gözləniləcək: "Əgər yenə də ödəmə edilməsə, avtomobilin sahibi avtomatik olaraq İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cərimə olunacaq və ona bu barədə yol polisi tərəfindən bildiriş göndəriləcək".

H.Abdullayev deyib ki, bundan əlavə, avtomobili müvəqqəti duracaqda 4 saatdan artıq saxlamaq mümkün olmayacaq: "Bu müddət maksimum 4 saat müəyyən edilib. Çünki artıq həmin parkomatda ödəmə etmək mümkün olmayacaq. Bundan sonra sürücü avtomobili həmin duracaqdan götürməlidir. Ən yaxşı halda o, avtomobili başqa müvəqqəti duracaqda və ya parkinqlərdə saxlaya bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3336   Tarix: 24 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817