Beşmərtəbəli metrodan - Reportaj - FOTO

Beşmərtəbəli metrodan - Reportaj - FOTOGirişi "M" hərfi formasında quraşdırılmış "Memar Əcəmi" metrostansiyasında xeyli vaxtdır davam edən təmir işləri yekunlaşmaq üzrədir. Amma təmirdən sonra daha həmin "M" hərfi gözə dəyməyəcək. Çünki bu metroda da girişin son illərin dəbinə uyğun şüşə piramida formasında qurulacağı deyilir.

1985-ci ildə açılmış "Memar Əcəmi"də aparılan təmirlə tanış olmaq, yeni tikilməkdə olan qonşu metrostansiyanın vəziyyətindən xəbər tutmaq üçün ora baş çəkdik.

İş icraçısı Qulu Həsənov bildirdi ki, "Memar Əcəmi" stansiyasının baş giriş-çıxışının bağlanması əsas stansiyanı yeni "Memar Əcəmi-2" stansiyası ilə birləşdirəcək yeraltı piyada keçidinin tikintisi ilə bağlıdır: "İşlərin başa çatması müddəti hələlik dəqiq bilinməsə də, prosesin ilin birinci yarısında yekunlaşacağı gözlənilir. Əslində işlər ötən il yekunlaşmalı idi, lakin kommunikasiya problemləri səbəbindən mümkün olmadı". Metrostansiyanın girişində şüşə piramidanın qurulub-qurulmayacağı barədə sualımıza cavabda Həsən Quliyev bunun yaxın günlərdə bilincəyini dedi.

Paytaxtın ən nəhəng metrosu

"Memar Əcəmi-2" stansiyası nəhəngliyinə görə, bu vaxta qədər tikilən metrolardan fərqlənəcək. Bakı Metropolitenindən aldığımız məlumata görə, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiya kompleksinin uzunluğu 166,7 metr, platformanın uzunluğu 144 metr, dərinliyi isə 30,5 metr təşkil edir.

"Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarət olacaq.

Hər bir mərtəbənin hündürlüyü isə 6 metrə qədərdir. Metrostansiyanın 3 çıxışı olacaq. "Memar Əcəmi-2" stansiyasında 16 eskalator, 4 lift işləyəcək. Metrostansiyanı digərlərindən fərqləndirən cəhətlərdən biri isə Azərbaycanda ilk dəfə "Memar Əcəmi-2" stansiyasında "divarda qrunt" üsulunun tətbiq olunmasıdır. Bu da tikinti zamanı ətrafa az ziyan vurmaq, daha az pul xərcləmək kimi imkanları yaradır.

Qışda soyuğa, yayda isə istiyə son

"Memar Əcəmi-2"də də "Avtovağzal" metrostansiyasında olduğu kimi təhlükəsizlik qapıları ilə platforma stansiya yolundan ayrılacaq. Yəni, stansiyada sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar quraşdırılacaq. Təhlükəsizlik tədbirlərindən digəri stansiyaların hər nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb. Metroda ventilyasiya sistemi ilə bərabər kondisioner də quraşdırılacaq. Bununla da sərnişinlər qışda soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. Eskalatorlardan əlavə liftlər və travilatorlar da işləyəcək.

Fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. Stansiyanın 9 giriş-çıxışı olacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.

Metropolitendən bildirdilər ki, eyni xətt üzrə "Memar Əcəmi 2" stansiyası tikilir. Böyük ehtimalla hər iki stansiyanın açılışı eyni vaxtda olacaq. "Avtovağzal" stansiyasının yanında depo da inşa olunmalıdır. İşlər qrafikə uyğun davam etdirilir. Heç bir ciddi problem yoxdur.

Müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş "Avtovağzal" stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub.

Stansiyaların sayı artırılacaq

Yeri gəlmişkən, "Böyük Bakının Regional İnkişaf Planı"nda Bakı metrosunun stansiyalarının artırılması təklif edilir. Bu təkliflə Bakı Dövlət Layihə İnstitutu çıxış edib.

İnstitutun direktoru İlqar İsbatovun sözlərinə görə, həm "Bakı Metropoliteni" QSC-nin, həm də institutun planlarında Xırdalana metro stansiyasının çəkilməsi təklif edilir.

Beşmərtəbəli metrodan - Reportaj - FOTOBeşmərtəbəli metrodan - Reportaj - FOTOBeşmərtəbəli metrodan - Reportaj - FOTOBeşmərtəbəli metrodan - Reportaj - FOTOBeşmərtəbəli metrodan - Reportaj - FOTOBeşmərtəbəli metrodan - Reportaj - FOTOBeşmərtəbəli metrodan - Reportaj - FOTOBeşmərtəbəli metrodan - Reportaj - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4569   Tarix: 20 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

08.05.2024 177
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

08.05.2024 429
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

08.05.2024 591
.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

08.05.2024 200
.

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri DANIŞDI

"Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur". Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib. O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:. "Toyuqla bağlı problem olub. Halbuki

08.05.2024 580
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 152
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

08.05.2024 656
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

08.05.2024 222
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 536