"Qızlar 9-cu sinfi bitirən kimi nişanlanır"

"Qızlar 9-cu sinfi bitirən kimi nişanlanır"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının paytaxt üzrə apardığı təhlillərin nəticələrinə görə, bu məktəblər 209, 184 və 197 saylı tam orta məktəblərdir ki, bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul olmayıb.

BiG.AZ xezerxeber.com saytına istinadən xəbər verir ki,həmin məktəblərin məzunlarının uğursuzluğunun nəticəsini araşdırarkən maraqlı faktlar üzə çıxıb. 197 saylı məktəbin direktoru Elmira Namazova açıqlamasında bildirib ki, ötən il məktəbin 11-ci sinfinin 7 məzunu olub: "Bizim məktəbin 395 şagirdi var. Qızlar 9-cu sinfi bitirən kimi nişanlanırlar. Yuxarı siniflərə barmaqla sayılacaq qədər şagird gəlir. 7 məzundan ötən il biri texnikuma qəbul oldu. Korgöz kəndində yaşayan sakinlərin çoxu xüsusilə qız uşaqlarını təhsildən yayındırırlar. 9-cu sinifi bitirər-bitirməz nişanlayırlar, iki il keçən kimi toy edirlər. Nə qədər maarifləndirmə işi aparsaq da fayda yoxdur".

Məktəbin direktoru bu kənddə oğlan uşaqlarının da əksəriyyətinin 9-cu sinfə qədər təhsil aldığını bildirdi: "Vəziyyətdən Qaradağ Rayon İcra hakimiyyətinin və Təhsil Nazirliyininin də xəbəri var".

Qaradağ rayon 184 saylı məktəbdən də bildiriblər ki, məktəbin məzunlarının ali məktəblərə qəbul zamanı uğursuz nəticəsi məktəbin günahı deyil: " Xahiş edirəm bizi düz başa düşün. Məktəbdə 350 uşaq təhsil alır. Ötən il 5 məzunumuz olub. Onlardan biri texnikuma sənəd verib. Gərək ali məktəbə sənəd verən çox olsun ki, 20-dən 5-i qəbul olsun. Bizim günahımız yoxdur. Uşaqları zorla təhsilə cəlb edirik. 3 qızı 9-cu sinif oxumağa güclə razı salmışıq. Burada oxuyan şagirdlərin çoxu Yardımlı və Ağcabədidən çoxu daş karxanasında işləməyə gələnlərin uşaqlarıdır. Onlar da qızlarını oxutmaq istəmədiklərini deyirlər. Açıq şəkildə deyirlər ki, qız nədi oxudu nədi. Biz nə edək? Məsələ ilə bağlı rayon İcra Hakimiyyətini Təhsil Nazirliyini məlumatlandırmışıq. Valideynlərlə söhbət səmərə vermir. Deyirlər biz tərəfdə qız 15 yaşına çatanda nişanlanıb evdə oturur".

209 saylı məktəbdən isə dəstəyi qaldıran olmadığından məktəb direktorundan münasibət öyrənmək mümkün olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 5560   Tarix: 21 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Klinton Trampı məhkəməyə verdi

ABŞ prezidentliyinə keçmiş namizəd və Amerikanın keçmiş dövlət katibi Hillari Klinton keçmiş prezident Donald Trampdan 1,6 milyon dollar təzminat alınması tələbi ilə məhkəməyə müraciət edib. BİG.AZ xəbər verir ki, bu barədə "Boomberg" agentliyi məlumat yayıb. Nəşrin iddiasına görə, məhkəməy

01.11.2022 504
.

Kenquru sahibini öldürdü: Həkimləri yaxına buraxmadı

Avstraliyada kenquru sahibinə hücum edib və həkimlərin ona vaxtında təcili yardım göstərməsinə mane olub. xarici mediaya istinadən xəbər verir ki, bu hadisə Avstraliyada 1936-cı ildən bəri ilkdir. Qərbi Avstraliya polisi bildirib ki, 77 yaşlı kişi vəhşi kenqurunu ev heyvanı kimi saxlayıb. Heyvan kişiy

15.09.2022 989
.

Peskov: "KİV vasitəsilə əlaqə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın mühüm hissəsidir"

"KİV vasitəsilə qarşılıqlı əlaqə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ümumi kompleksinin mühüm hissəsidir". Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. "Media vasitəsilə dialoq so

23.05.2023 704
.

NASA Ayda qəzaya uğrayan Yapon kosmik gəmisini görüb

NASA-nın Ayın Kəşfiyyat Peyki (LRO) "özəl sektorun" maliyyəsi ilə Aya enişi planlaşdırılan, lakin eniş zamanı qəzaya uğradığı aşkar edilən ilk Yapon kosmik gəmisinin mümkün dağıntılarını aşkar edib. xəbər verir ki, NASA komandası eniş cəhdindən əvvəl eyni ərazinin şəkillərini müqayisə edib

25.05.2023 532
.

Yuxuda olan qadın yanında yatan körpəsini öldürdü

ABŞ-da qadın yuxuda olarkən övladını öldürüb. BİG.AZ xəbər verir ki, bu barədə "Insider" nəşri məlumat yayıb. Hadisə Ohayo ştatında baş verib. Bildirilib ki, yuxudan olan qadın bunu bilmədən edib. O, altı həftəlik qızını yanında yatızdırıb və yuxuda olarkən onu öldürüb. Məlumata görə, bu, qadını

22.09.2022 1075
.

8 aylıq uşaq vannada boğulub öldü

Rusiyanın Zabaykal diyarında 8 aylıq uşaq hamamda boğularaq ölüb. BİG.AZ -ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə okytabrın 22-sində Tunqokoçensk rayonunun Verşino-Darasunski qəsəbəsində ba

26.10.2022 760
.

Məşhur aktrisa xəstəxanalıq oldu

Məşhur britanitayalı aktrisa Keyt Uinslet film çəkilişi zamanı qəza keçirib və xəstəxanalıq olub. BİG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Bildirilib ki, hadisə Xorvatiyada "Li" tarixi dramının çəkilişləri zamanı ba

19.09.2022 714
.

Sədaqət Ulduz anasının verdiyi açıqlamanı təkzib etdi

Müğənni Sədaqət Ulduz anası, aşıq Ulduz Sönməzin onunla bağlı verdiyi açıqlamanı təkzib edib. Axşam.az xəbər verir ki, sənətçi anasının bir müddət əvvəl onun İsveçrəyə köçməsi ilə bağlı yaydığı məlumatın yanlış olduğunu deyib. Bu haqda "Günün sədası" verilişində danışan müğənni bildirib ki

26.05.2023 1128
.

"Twitter" məhkəməyə verildi

ABŞ-da işçi hüquqlarını müdafiə edən vəkil, işçilərin kütləvi ixtisara saldığına görə "Twitter"i məhkəməyə verir. BİG.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. İddia məhkəmədən "Twitter"in 60 gün müddətində xəbərdarlıq etmədən kütləvi işdən azad edilməsini

04.11.2022 505