NASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTO

NASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTODünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlı gənc alim Teymur Sadıxov Bakıda seminar verib.

BiG.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, NASA-da yeganə həmyerlimiz olan Teymur Sadıxov mühəndislik təhsili alan tələbələrlə və mühəndislərlə görüşüb. Gənc alim Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin (GMİİB) təşkil etdiyi seminarda o, özü haqqında məlumat verdikdən sonra robot texnologiyaları, robotiksin müxtəlif tərifləri və növləri haqqında danışıb. Təqdimatın digər hissəsində hal-hazırda robot texnologiyalarının vəziyyəti, qarşılaşılan çətinliklər və üzərində işlədiyi layihələr haqqında auditoriyanı məlumatlandırıb.

Teymur Sadıxov Bakı şəhərindəki 211 saylı orta məktəbin məzunudur. O, orta məktəbi 9 ilə başa vurub. Dünyaca tanınmış İstanbul Texniki Universitetin 240 illik tarixi ərzində ilk və yeganə ən yüksək ballı məzunudur. Teymur İstanbul Texniki Universitetində bakalvriat səviyyəsində dövlət xətti ilə təhsil alıb, ABŞ-ın Corciya Texnologiya İnstitutunun magistratura təhsilini dövlət proqramı ilə davam etdirib. Hazırda Corciya Texnologiya İnstitutunda doktorantura (Phd) səviyyəsində təhsil alır.

27 yaşlı soydaşımız hazırda NASA-nın Jet Propulsion laboratoriyasında Robotik Sistemlərin Qiymətləndirilməsi, Qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetində olan Curiosity Rover-in avtonom idarə olunması, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır.

İstanbul Texniki Universitetində Təyyarə və Kosmik Elmlər fakültəsinin Təyyarə Mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıxov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa o, yanacaq hüceyrəsi ilə çalışan yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. İşinin çoxluğuna baxmayaraq, Teymur təhsilini davam etdirmək arzusunu həyata keçirməyə tələsirdi. Belə bir perspektivli gəncin üzünə dünyanın bütün universitetlərinin qapısı açıq idi. O, indiyədək xaricdə təhsil almış yeganə azərbaycanlıdır ki, təhsilin növbəti pilləsi üçün müraciət etdiyi 10 tanınmış ali məktəbin hamısından müsbət cavab alıb və təhsil müddətində ona yüksək təqaüd təklif olunub.

2008-ci ildə Kaliforniya Universitetinin San-Diego Mexanika və Aerokosmik Mühəndislik fakültəsində "Powell" fondu təqaüdçüsü olaraq elmi təhsilə başlayan soydaşımız çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqat aparıb.

2010-cu ildə isə məşhur alim Vassim M.Haddadın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik Mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunda təhsilə başlayıb və hazırda burada doktorantura dərəcəsinə namizəddir. Teymur 2013-cü ildə "United Technologies Corporation" təşkilatının elmi-tədqiqat mərkəzinin Avtonom və Ağıllı Robotik Sistemlər Laboratoriyasında avtonom vertolyotların şəhər mühitində qəzasız optimal trayektoriya planlaması ilə əlaqəli elmi tədqiqatla məşğul olub. Bu layihə vertolyotların avtonomlaşdırılması üçün planlaşdırılıb.

Soydaşımızın uğurlu elmi-tədqiqat layihələri bununla bitmir. Müasir dünyada ən qabaqcıl texnologiyaların cəmləşdiyi aerokosmik sahədə tanınmış alimlərlə çiyin-çiyinə çalışan Teymur Sadıxovun ən böyük arzusu bu sahədə öz sözünü deməkdir. NASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTONASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTONASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTONASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTONASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTONASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7425   Tarix: 17 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068