Allahın mərhəməti

Allahın mərhəmətiMənbə: http://zikr.az

      Peyğəmbər demişdir: "Allah mərhəməti yüz hissədən ibarət etdi. Doxsan doqqu­zunu Özündə sax­layıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta, at öz balasını tapdala­masın deyə ayaqlarını yuxarı qaldırır." (əl-Buxari, 6000).
      Həmçinin, Peyğəmbər demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!"
      Ömər ibn Xəttab rəvayət edir ki, (bir dəfə döyüşdə götürülmüş) əsirləri Peyğəmbərin yanına gətirdilər. Əsirlər arasında olan bir qadın döşündən süd sağıb körpələrə içirdirdi. Əsirlər arasında körpə uşaq tapan kimi onu qu­ca­ğı­na alıb əmiz­dirirdi." Onda Peyğəmbər bizdən soruşdu: "Sizcə bu qa­dın körpəsini oda atarmı?" Biz dedik: "Əgər bu ixtiyar onun əlində olsa, xeyr, atmaz." Peyğəmbər dedi: "Allahın Öz qullarına olan mərhəməti bu qa­dının körpəsinə olan mərhəmətindən qat-qat üstündür." (əl-Buxari, 5999).
      Əbu Hureyra deyir ki, bir kişi qucağındakı körpə uşaqla Peyğəm­bə­rin salləllahu aleyhi və səlləm yanına gəldi. O, körpəni bərk-bərk qucaqla­mışdı. Peyğəmbər dedi: "Ona rəhm edirsən?" Kişi: "Bəli"- deyə cavab verdi. Allah Elçisi dedi: "Sənin ona rəhm etdiyindən daha çox Allah ona rəhm edir. O, mərhəmətlilərin ən mərhəmətlisidir". 
      Aişə demişdir: "Bir dəfə bir bədəvi Peyğəmbərin yanına gəlib dedi: "Siz uşaqlarınızı öpürsünüz?! Amma biz onları öp­mü­rük." Peyğəm­bər dedi: "Əgər Allah sənin qəlbindən mərhəmət hissini gö­tür­­müşsə, ona mən nə edə bilərəm?" (əl-Buxari, 5998).
      Əbu Hureyra rəvayət edir ki, Pey­ğəmbə­r demişdir: "Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan ba­yı­ra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: "Mən susadığım kimi, bu it də susamışdır"– dedi və quyuya enib ayaqqabı­sını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub qu­yu­dan çıxdı və itə su verdi. Allah da ona bunun əvəzini verdi və onu ba­ğış­ladı." Əshabələr dedilər: "Ey Allahın elçisi, məgər heyvanlara (et­di­yi­miz yaxşılıq­lara) görə də bizə savab yazılır?" O buyurdu: "Hər bir canlıya (gös­tərdiyin qayğıya) görə savab vardır." (əl-Buxari, 2363)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3655   Tarix: 16 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146