Keyxanım: "Lazım olanda nişanlım məni səhər saat 5-ə kimi gözləyir"

Keyxanım: "Lazım olanda nişanlım məni səhər saat 5-ə kimi gözləyir""Hərənin öz ulduzu"nda Ceyran, "Səhnədə məhəbbət"də müğənni qız, "Volqalı canan"da İradə, "Talelər qovuşanda"da Gülər kimi rollarla tamaşaçı sevgisi qazanıb. Səhnədə ifa etdiyi bu rollarla sənətə gəlsə də, televiziyadakı "Keyxanım" obrazı ona daha çox şöhrət gətirdi. Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini, bildiniz. BiG.AZ movqe.aza istinadla xəbər verir ki, Movqe.az-ın bu dəfəki qonağı Keyxanım obrazı ilə bu gün də sevilən tanınmış aktrisa Ülviyyə Əliyevadır. Bir illik nişanlısı barədə danışmağa tərəddüd edən aktrisa suallarımızı cavablayıb:

-Teatr aləminə gəlişiniz necə oldu?
- Mən 17 yaşımdan teatrda çalışmışam. Universiteti bitirən kimi Hüseynağa Atakişiyevin rəhbərliyi ilə Dövlət Gənclər Teatrında çalışmışam. Sonradan orada hazırlaşıb universitetə girmişəm. Haradasa, 18 yaşımda Afaq Bəşirqızının dəvəti ilə Musiqili Komediya Teatrında fəaliyyətə başlamışam. Artıq 14 ildir ki, bu teatrda çalışıram. Teatr məktəbdir. Teatrda çalışmayanda aktyor paslanır. Sadəcə olaraq, qismətim televiziyada gətirdi. Tamaşaçılar məni verilişlərdən tanıdılar, sevdilər.

- Tamaşaçılar sizi ən çox televiziyada yaratdığınız "Keyхanım" obrazından tanıyıb sevdi. Ülviyyə Əliyevanı bu obraz məşhurlaşdırdı demək olarmı?
- Bu "SOY Production"un ideyası oldu. Mən "Hərənin öz payı" filminə çəkildim. O filmi görəndən sonra Oqtay müəllim məni "SOY Production"a dəvət etdi. Və Keyхanım obrazı tez bir zamanda populyarlıq qazandı.

- Eşitdiyimə görə sevgiliniz biznesmendi ?
- (gülür) Ay bacı nə olar o barədə soruşma. Narahat olmayın bir irəliləyiş olsa, deyəcəm. Biz qız eviyik. Qız evinin də boynuna gözləmək düşür.

-Toya media nümayəndələrini dəvət edəcəksinizmi ?
- Yox. Sadəcə kifayət qədər məlumat ötürüləcək. Ancaq toyum mediaya qapalı şəkildə keçiriləcək. Həyat yoldaşım özü bu barədə qərar verəcək.

- Deməli bu qərarı o verib...
- Bilirsinizmi, mən istəyirəm ki, sənətimlə gündəmdə qalım. Aktual olum. İnsan nə qədər sirli qalırsa, o qədər maraqlı olur. Mən də elə istəyirəm. Şükür Allaha hələ ki, sənətim var. Yaradıcılıq işlərim var ki, onlarla gündəmdə qala bilim. Nə vaxt ki, Allah etməmiş gündəmdən düşərəm, o zaman ola bilər şəxsi həyatımla bağlı nələrisə açıqlayaram.

- Sizcə indi şəxsi həyatı ilə gündəmi zəbt edənlər sənəti olmayanlardı ?
- Yox, əstəğfullah mən elə demirəm. Demərəm də... Elə şəxsi həyatı ilə gündəmdə olanlar var ki, mən onların sənətini də, özlərini də çox sevib, hörmət edirəm. Bu onların şəxsi işidir. Mənimsə prinsipim belədir ki, şəxsi həyatla gündəmdə olmayım.

- Nişanlınıza kifayət qədər vaxt ayıra bilirsizmi ? Heç olurmu vaxt çatdıra bilmirsiz, dava düşür aranızda ?
- Xeyr, o insan məni şükürlər olsun ki, çox yaxşı başa düşür. Lazım olanda nişanlım məni səhər saat 5-ə kimi gözləyib. Gəlib, aşağıda gözləyib, çəkiliş bitib, çıxıb getmişik. Ay zəng etsin ki, tez ol harda qaldın gəl. Belə şeylər olmayıb. Sakitcə gözləyib və aparıb evə qədər ötürüb məni.

- Xoşbəxt olmaq üçün insana nə lazımdı ?
- Öncə can sağlığı. İnsanın canı sağ olmayanda var-dövlət əhəmiyyətsiz olur.

- Necə evlilik planlaşdırırsınız?
- Hüzurlu, sakit yuva istəyirəm. Kifayət qədər xarici ölkələr də, var– dövlət də görmüşəm. Başqa heç nə lazım deyil.

- Çox kompleksli görünürsünüz. Deyəsən nişanlnız sizə "sus, otur. Çox danışma" kimi qadağalar qoyub?
- (gülür-red) Yox. Qadağa yox, bu sadəcə bizim ortaq məxrəcimizdi. Bizim istəklərimiz, dünya görüşümüz üst-üstə gəlir. O mənə demir ki, yox sən bunu etməyəcəksən, etsə öldürərəm, kəsərəm. Belə şeylər aramızda yoxdu. Mən də öz həddimi bilirəm. Çalışıram onun bir dediyini iki etməyim. Əsl Azərbaycan qadınına məxsus olan kreteriaları bilirəm. Özümü heç zorlamıram. Özümü çərçivələmirəm. O da bilir mən tanınmış adamam. Başa düşür məni.

- Neçə ildir nişanlısınız?
- Bir ildi.

- Özünüzü xoşbəxt hesab edirsinizmi?
- Bəli, çox xoşbəxtəm. Nəhayət ki, həyatımda arzuladığım kişi qarşıma çıxdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4881   Tarix: 15 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1035
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 1641
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1434
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29.04.2024 1144
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 564
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1585
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 897
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1004
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1253