Dilarə Kazımova: O, yalnız sevgidən deyil

Dilarə Kazımova: O, yalnız sevgidən deyilAzərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil etməkdən qürur duyuram. Ölkəmizi "Eurovision" mahnı müsabiqəsində layiqincə təmsil etmək və mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan bu müsabiqəyə uğurla ev sahibliyi etmiş, xarici qonaqları, sözün həqiqi mənasında, heyrətləndirməyi bacarmışdır.

Bu fikirləri Azərbaycanı "Eurovision-2014" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova AzərTAc-ın Danimarkaya ezam olunmuş müxbirinin suallarını cavablandırarkən demişdir.

- Əvvəla, sizə uğurlar arzu edirik. Artıq iki məşqiniz geridə qaldı. Səhnə sizə necə təsir bağışladı?

- Komandamız səylə məşqlər edir. Səhnə mənim çox xoşuma gəldi. Səhnədə mənimlə bərabər 28 metr hündürlükdə xanım akrobatik hərəkətlər edir. Məşqlərimiz gözlədiyimdən də yüksək səviyyədə davam edir. Artıq yarımfinal mərhələsində çıxış etməyə tam hazıram. Düşünürəm ki, ifa etdiyim mahnı və səhnədə yaratdığım obraz insanları bizə səs verməyə həvəsləndirəcəkdir. Mən münsiflər heyətinin qərarı nəticəsində "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ qazanmışam. Bu, mənim üçün böyük məsuliyyətdir. Düşünürəm ki, bu müsabiqə özümü sübut etmək, gələcək karyeram üçün bir şansdır.

Təbii ki, bu iş yalnız mənim adımla deyil, ölkəmlə bağlı olduğu üçün səhnədə bunun həyəcanını daha çox hiss edirəm. Çünki bu, xalqımın mənə olan ümidlərini doğrultmaqdan irəli gələn həyəcandır.

- Bu möhtəşəm səhnədə Azərbaycanı təmsil edərkən hansı hissləri keçirirsiniz?

- Hər bir müğənni öz üzərində ciddi çalışmalıdır. Bu möhtəşəm səhnədə olmaq unudulmaz hissdir. Səhnə çox gözəldir. Xoreoqrafiya bir-birini tamamlayır. Azərbaycanın nüfuzu bütün dünyada gündən-günə artır. Bu mənada bu il mənim üzərimə belə bir məsuliyyət düşdüyünə görə fəxr edirəm.

- Sizcə, mahnınızı və verəcəyiniz mesajı ən çox hansı ölkələr dəstəkləyəcəkdir? Ən yüksək 12 xalı hansı ölkələrdən gözləyirsiniz?

- Təbii ki, hər bir ölkədən mənə yüksək xalın gəlməsini gözləyirəm. Bildiyiniz kimi, bu müsabiqədə qonşu ölkələr bir-birilərinə səs verirlər. Lakin yarışmadan yaxşı nəticə gözləyirəm. İnanıram ki, ölkəmiz müsabiqədə layiqli yerə sahib olacaqdır.

- Sizin favoritiniz hansı ölkələrdir?

- Builki yarışmada çox güclü mahnılar və səhnə performansları vardır. Favoritlərin adını çəkmək mənim üçün çətindir. Təbii ki, hər bir iştirakçı müsabiqəyə qalib olmaq üçün qatılır. Mənim favoritlərim arasında Litva, Macarıstan, Fransa, Polşa təmsilçiləri vardır.

- "Eurovision" mahnı müsabiqəsi ilə bağlı bir məqam da bu şounun tarixi ənənəsi ilə bağlıdır. Sizcə, builki şou əvvəlkindən nə ilə fərqlənir?

- Artıq müsabiqə həyəcanı başlamışdır. "Eurovision" mahnı müsabiqəsinin özəlliklərindən biri yarışmanın məhz qalib olan ölkədə keçirilməsidir. Bu mötəbər tədbirdə ölkənin mədəniyyəti, ab-havası, məişəti, xalqın milli mənəvi dəyərləri özünü göstərir. İki il öncə ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etmişdir. Bu mənada "Eurovision" müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçildi. Builki müsabiqə isə Avropa ölkəsində təşkil olunmuşdur.

- Ölkəmizin bu il finalda iştirakını necə qiymətləndirirsiniz?

- Jurnalistlərin və "Eurovision" fanatlarının səsverməsinə əsasən, ölkəmiz hazırda beşinci yerdədir. Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm. Hesab edirəm ki, özümü tamaşaçıya daha yaxşı təqdim edə bilsəm, uğur qazanacağam.
Ölkəmizə bu il maraq daha çoxdur. Bu, həm Mətbuat Mərkəzində, həm də ümumiyyətlə, şəhərə gələn qonaqlar arasında hiss edilməkdədir.

- Azərbaycanın "Eurovision-2014" mahnı müsabiqəsində qələbə qazanmaq şansı vardır. Bu qələbəyə hazırsınızmı?

- Qalib gəlsəm, çox şad olardım. "Eurovision" mahnı müsabiqəsinin yenidən ölkəmizdə çox yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Avropa Yayımları Birliyinin uzun illər "Eurovision" mahnı müsabiqəsinə rəhbərlik edən şəxsləri, eyni zamanda, qurumun Məşvərət Qrupu layihənin icrasının bütün mərhələlərində Azərbaycanın bu yarışmaya yüksək səviyyədə ev sahibliyi etməsi ilə bağlı öz fikirlərini bildirmişlər.

- Builki yarışmada romantik balladalar üstünlük təşkil edir. Sizin bu ölkələrdən fərqli cəhətiniz nədir?

- Xoşbəxtlikdən, bizim mahnı yalnız sevgidən bəhs etmir. Bizim musiqinin fərqli cəhəti mahnının insanları güclü sosial çağırışa, birliyə səsləməsidir. Hər bir kəs dəyişiklik etmək üçün ilk növbədə, özündən başlamalıdır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır. Biz bu mesajla çox şeylərə nail ola bilərik. Mahnının mesajı insanların bir-birinə diqqət və qayğı ayırması barədədir. İnsanları yaxşılıq etməyə alışdırmaq lazımdır. İnsan gələcəyə doğru irəliləsə də keçmişdə yaşadıqlarından dərs almağı unutmamalıdır. Mən əminəm ki, yaxşılıq zəncirvari reaksiyadır. Kiməsə yaxşılıq etdiyin təqdirdə həyatın sənə yaxşı davranacağını gözləyə bilərsən. Buna inanmaq lazımdır. Gəlin, dünyamızı özümüz üçün gözəlləşdirək.

- Yarımfinal ərəfəsində dünya azərbaycanlılarına nə demək istərdiniz?

- Bütün dünya azərbaycanlılarından dəstək gözləyirəm. Bilirəm ki, hər kəsin ürəyi mənimlədir. Özümə çox güvənirəm və inanıram ki, biz yenidən qalib olacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1188   Tarix: 04 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467