Möminin və kafirin ölümü

Möminin və kafirin ölümüMənbə: http://zikr.az

      Bəra ibn Azib rəvayət edir ki, biz Peyğəmbər salləllahu aleyhi və səlləm ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edirdik. Allah Elçisi qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: "Qəbir əzabından Allaha sığının!" O bunu üç dəfə təkrar etdikdən sonra dedi: "Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, onun gözünün gördüyü son məsafədə oturub gözləyirlər.

Möminin ölümü 

      Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: "Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün çıx!" Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağ­zın­dan axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu gö­tür­dükdən sonra onu bir göz qırpımında mələk­lərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxu­suna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: "Görəsən bu gözəl ruh kimin ruhu­dur?"- deyə soruşurlar. Onlar: "Bu, filankəsin oğlu filankəsdir"- deyə bu bəndəni, camaatın onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, Allah buyurur: "Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu yerə qaytarın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və Qiyamət günü bir daha oradan dirildib çıxardacağam". Mələklər onu bədəninə qay­tar­dıqdan sonra iki mələk gəlib onu otuzdurur və: "Rəbbin kimdir?"- deyə soruşurlar.
O: "Rəbbim Allahdır!"- deyə cavab verir.
Onlar: "Dinin nədir?"- deyə soruşurlar.
O: "Dinim İslam­dır!"- deyə cavab verir.
Onlar: "Sizə göndərilmiş o kişi kim idi?"- deyə soruşurlar.
O: "Bu, Allahın Elçisi salləllahu aleyhi və səlləm idi!"- deyə cavab verir.
Onlar: "Həyatda ikən sən nə öyrəndin?"- deyə soruşurlar.
O: "Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum"- deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: "Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!"
Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yara­şıqlı paltarı olan və üst başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: "Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!" Mömin: "Sən kimsən? Sənin üzündən xeyir­xahlıq yağır!"- deyə soruşur. O da: "Mən sənin yaxşı əməlinəm!"- deyə cavab verir. Onda mömin dua edib deyir: "Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum".

Kafirin ölümü

      Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özü ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: "Ey yaramaz nəfs! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx!" Nəhayət onun ruhu bədənindən, tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında mələklərə təhvil verir, onlar da onu gişə bü­kür­lər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçir­lərsə, onlar: "Görəsən bu iyrənc ruh kimin ruhudur?"- deyə soruşurlar. Onlar: "Bu, filankəsin oğlu filankəsdir"- deyə bu bən­dəni, camaatın onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılma­sını xahiş edir, lakin onun qapıları açılmır. Sonra Peyğəm­bər bu ayəni oxudu:
"…Onlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər" (əl-Əraf, 40).
Sonra o (davam edib) dedi: "(Allah buyu­rur): "Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və Qiyamət günü bir daha oradan dirildib çıxardacağam". Mələklər onun ruhunu göydən aşağı atırlar. Sonra Peyğəmbər bu ayəni oxudu:
"Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar" (əl-Həcc, 31).
Sonra o (davam edib) dedi: "Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: "Rəbbin kimdir?"- deyə soruşurlar.
O mızıldanıb deyir: "M-mm… Bilmi­rəm!"
Mələklər: "Dinin nədir?"- deyə soruşurlar.
O deyir: "M-mm… Bilmirəm!" 
Onlar: "Sizə göndərilmiş o kişi kim idi?"- deyə soruşurlar.
O yenə mızıldanıb deyir: "M-mm… Bilmirəm!" Bu vaxt göydən belə bir səda gəlir: "O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın". Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: "Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!" Kafir: "Sən kimsən? Sənin üzündən şər yağır!"- deyə soruşur. O da: "Mən sənin yara­maz əməlləri­nəm!"- deyə cavab verir. Onda kafir yalvarıb deyir: "Allahım! Qoyma Qiyamət qopsun". (Əhməd, 17803).
İlliyyun möminlərin əməllərinin yazıldığı kitab, yeddinci göy, Siccin isə günahkarların əməllərinin yazıldığı kitab, yer kürəsinin ən aşağı təbəqəsidir. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4970   Tarix: 28 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822