Ömər ibn Xəttab

Ömər ibn XəttabMənbə: http://zikr.az

Əbu Həfs Ömər ibn Xəttab ibn Nufeyl əl-Qurəşi əl-Faruq fil ilindən on il sonra, yəni Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verilməmişdən otuz il əvvəl dünyaya gəlmişdir. Cənnətlə müjdələnmiş on nəfərdən biridir. O, Peyğəmbərin həm ən yaxın iki dostundan biri, həm də onun qayınatası, möminlərin anası – Həfsənin atasıdır. Ömər ibn Xəttab demək olar ki, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur. Ömər ibn Xəttab Peyğəmbərin ikinci xəlifəsi olmuş və məhz onun xilafəti dövründə o dövrün ən böyük imperiyaları, habelə Peyğəmbərimizin arzuladığı Qüds fəth edilmişdir. Peyğəmbər onu tərifləyib demişdir:
"Əgər məndən sonra peyğəmbər göndərilmiş olsaydı, Ömər olardı" (ət-Tirmizi, 2/293).
Başqa bir hədisdə Peyğəmbər demişdir: "Yuxuda gördüm ki, Cənnətdəyəm. Birdən qarşıma bir qəsr və bu qəsrin həyətində bir cavan qız çıxdı. Soruşdum: "Bu qəsr kimindir?" Dedilər: "Ömərindir!" Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü və mən dönüb oradan uzaqlaşdım". Bunu eşidəndə Ömər dedi: "Atam-anam sənə fəda olsun, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!" (əl-Buxari, 3679).
Abdullah ibn Məsud demişdir: "Ömər İslamı qəbul edənədək müşriklər bizə Kəbənin yanında namaz qılmağa imkan vermirdilər. Ömər müsəlman olduqdan sonra qureyşlilərin müqavimətini sındırıb Kəbənin yanında namaz qıldı, biz də onunla birgə namaz qıldıq" (Səhih Sirə ən-Nəbəviyyə, 1/188).
Ömər ibn Xəttab hicrətin 13-cü ilində xilafətə gəlmiş, 10 il 6 ay möminlərə layiqincə əmirlik etmiş və hicrətin 23-cü ilində, zilhiccə ayının 23-ü, Mədinə şəhərində məcusi Əbu Lulu Firuz tərəfindən vurulmuş və üç gündən sonra 63 yaşında şəhid olmuşdur. Bundan sonra onu əziz iki dostunun: Peyğəmbərin və Əbu Bəkrin yanında dəfn etmişlər. 
Allah ondan və bütün səhabələrdən razı olsun!


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 6928   Tarix: 22 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

TOP MP3