Tələbələr robot hazırlayacaqlar

Tələbələr robot hazırlayacaqlarMüsabiqə "AzRoboHack" Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır.

Təşkilat Komitəsindən qeyd edilib ki, layihə Azərbaycan universitetləri arasında bir ilkə imza atmaq, tələbələrin potensialını ortaya qoymaq, onların az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır. Universitet bu sahədə əldə etdiyi potensialı göstərərək, digər universitetləri də rəqabətə səsləyir. Qeydiyyat üçün son tarix 27 apreldə tamamlanacaq. Seçim müsabiqəsi (onlayn) 28 -29 aprel tarixlərində baş tutacaq. Qəbul haqqında məlumat isə 30 apreldə veriləcək. Bundan başqa, 3-4 may tarixlərində təlimlərin təşkili nəzərdə tutulur. Müsabiqənin finalı 5-6 may tarixlərində keçiriləcək.

Layihədə iştirak şərtlərinə gəlincə, burada bütün Azərbaycan universitetlərinin bakalavr və ya magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər. Hər komandanın iki üzvü ola bilər. Qeydiyyatdan keçmiş komanda üzvləri eyni universitetdən olmalıdırlar. İştirakçıların minimum riyazi məntiq və proqramlaşdırma bilikləri olmalıdır - bunun yoxlanması üçün bütün qeydiyyatdan keçmiş komandalar 28 - 29 aprel tarixlərində keçiriləcək onlaynseçim müsabiqəsində iştirak etməlidirlər.

Qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final mərhələsində iştirak edə biləcəklər.

Eyni zamanda təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır. Təlimlərdə iştirakçı komandalara müvafiq mövzularda seminarlar veriləcək. Bu mövzulara robot və robototexnika, hakaton və "AzRoboHack" anlayışları, yarışda maddi-texniki baza kimi istifadə edilən "Lego MİNDSTORMS NXT 2.0"kitləri və bundan istifadə imkanları, Lego kitlərinin vizual proqramlaşdırılması, "Java"proqramlaşdırma dilindən istifadə edərək "LegolarınleJOS"-da proqramlaşdırılması, yarış günü, yarışın şərtləri və qiymətləndirmə meyarları daxildir.

Yarış 2 gün - 5 may bütün gün və 6 may günorta saat 10:00-a qədər davam edəcək. Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlayacaqlar.

Əsas məqsəd ölkəmizdə bu ilin "Sənaye ili"olmasını prioritet məsələ kimi dəyərləndirməkdir. Hazırlanmış tətbiqlər müvafiq göstəricilərinə görə qiymətləndiriləcək. Buraya yenilikçilik, sənayeyə olan faydası, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, robotun dizaynı, işin stabilliyi, alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi daxildir.

Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar. Birinci yer üzrə 500 AZN və sertifikatlar, ikinci yer üzrə 300 AZN və sertifikatlar, üçüncü yer üzrə 200 AZN və sertifikatlar nəzərdə tutulur.

Digər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar təqdim ediləcək. Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan robotların sərgisitəşkil ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 944   Tarix: 21 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877