Baba Pünhanın anım günüdür – FOTO
Bu gün Müasir Azərbaycan satira ədəbiyyatının görkəmli nümayəndəsi Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) vəfat etdiyi gündür.
BiG.AZ saytı Gün.Az saytına istinadən xəbər verir ki, Baba Pünhan 1948-ci il noyabrın 5-də Bakının Kürdəxanı qəsəbəsində anadan olub.
1955-ci ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib.
Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayından Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25 il müddətində həmin yerdə işləyib.
Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlayıb, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb. Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şeir və qəzəlləri çap olunub.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edir. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar ölkənin bir sıra tirajlı qəzetlərində "Danabaş kəndinin Bakı filialı" rubrikası altında çap olunub.
1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub. 1996-cı ildə eyni zamanda həm "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatla təltif olunub, həm də "Füzuli məclisi"nin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib.
1998-ci il "21-ci gənclik dərgisi", 1999-cu il "Azərbaycan jurnalı", 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və "İRS-nasledie" Beynəlxalq Azərbaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünəməxsus yer tutaraq çap olunub.
2000-ci il noyabrın 3-də B.Pünhanın "Acı həqiqət" kitabı ilk dəfə işıq üzü görüb. Elə həmin ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafat alıb.
2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYB tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. 2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub. 2004-cü il "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004-cü il aprelin 5-də Mərkəzi Kliniki Xəstəxanada ürəyində yenidən kiçik əməliyyat aparılıb. Aprelin 7-də evə buraxılıb, səhəri gün isə halı pisləşib və koma vəziyyətinə düşüb. 9 gün komada süni tənəffüslə saxlanılıb. Aprelin 17-i Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 8516 Tarix: 17 aprel 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
10:10 123 Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
18:20 88 Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy
17:00 111 Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind
17:40 95 Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"
Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy
17:10 101 Zelenski gələn həftə Trampın nümayəndələri ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin nizamlanması ilə bağlı gələn həftə ABŞ və Avropadan olan müttəfiqlərlə bir sıra görüşlərin keçiriləcəyini deyib. "Report" xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında yazıb. "Hazırda ABŞ və avropalı müttəfiqlərlə görüşlərə hazırlı
12:30 118 XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir
19:10 57 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
17:20 115 Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi
Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d
17:50 159