Bu yazıdan sonra çətin ki siqaret çəkəsiniz

Bu yazıdan sonra çətin ki siqaret çəkəsinizBiG.AZ saytı Xezerxeber.com saytına istinadən xəbər verir ki,artıq siqaretdən imtina edən insanların kökəlmək qorxusu olmayacaq.

Araşdırmalar nəticəsində siqareti tərgidənlərin 2-5 kq arasında çəki aldığı ortaya çıxıb.

Gündə 2 qutu siqaret çəkənlər gündə 1 qutu siqaret çəkənlərdən fərqli olaraq, daha çox kökəlirlər və siqareti tərgitdikdən sonra ilk 6 ay ərzində çəkidə xüsusi artım baş verir.

Bəs siqareti tərgidənlər mütləq kökəlirmi? Siqareti tərgitdikdən sonra çəki artımının səbəbləri nələrdir? Ailem.az bununla bağlı bəzi bilgilər təqdim edir.
1. Enerji balanssızlığı
Çəki artımının başlıca səbəbi qazanılan enerji ilə xaric edilən enerji arasındakı disbalansdır. Gündəlik qazanılmalı olan enerji yaş, cinsiyyət, metobolizma, bədən ağırlığı, edilən idman hərəkətləriylə nisbətdə fərqlilik göstərsə də, xaric edilən enerji qazanılan enerjinin miqdarından az olduğu üçün çəkidə artımlar olur. Qazanılan və itirilən enerji arasında balans yaratmaq sizə kömək edəcək.

2. Maddələr mübadiləsinin yavaşlaması
Maddələr mübadiləsi ürək, beyin və qaraciyər kimi önəmli orqanların normal işləməsi üçün enerjiyə ehtiyac duyur və gündəlik qazanılan enerjinin 70 faizi bu funksiyalara sərf edilir. Siqaretin tərkibindəki nikotin metobolizmanın sürətini artırır, nəticədə itirilən kalorinin miqdarı artır. Ancaq siqaret çəkmək kalori yandırmaq üçün ən zərərli yoldur. Siqaret çəkərkən maddələr mübadiləsi sürətlənir və ürəyin ritmi 10-20 dəfə artıq vurur. Siqaret çəkənlərdə rastlanan ürək xəstəliyi də məhz bu səbəbdəndir. Siqaretdən imtina edildiyində maddələr mübadiləsi normal səviyyəsinə düşür. Normal səviyyəyə düşməsi bir neçə ay çəkə bilər və bu zaman itirilən kalorinin miqdarı azaldığından çəki artımı baş verir.

3. Qidalanmada dəyişikliklər
Araşdırmalar nəticəsində siqareti tərgidən insanların daha çox yeməyə başladıqları ortaya çıxıb. Siqaretdən imtina etdikdən sonra dad və qoxu kimi hisslərin bərpası nəticəsində iştaha artır, sevilən və sevilməyən qidalar arasında fərqli düşüncələr yaranır. Xüsusən yüksək kalorili şirniyyat və qidalara maraq daha da artır.

4. Ağızda bir şey olması hissi duyulur
Siqaret tərgidildikdən sonra insan hər zaman ağzında və ya əlində nəyinsə olmasını istəyir. Ağız və əllər yemək yeməklə məşğul olurlar. Tez-tez nəsə yeməklə alınan enerji kalorini artırır.

5. Yeməklər stressin dərmanı hesab edilir
Siqaret stress və sıxıntının qarşısını almaq, yalnızlıq hissini unutmaq, özünü mükafatlandırmaq, zaman keçirmək və sosiallaşmaq kimi müxtəlif məqsədlərlə istifadə edilə bilər. Siqareti tərgitdikdən sonra bütün bunları yemək yeməyin əvəzləməsi çəki artımına səbəb olur.

Ağırlıq çəki artımını əngəlləyə bilərmi?
Artıq çəkidən fərqli olaraq, siqaret ürəyə daha çox ziyandır. Araşdırmalar nəticəsində gündə 1 qutu siqaretin ürəyə vurduğu ziyanın 45 kq çəki artımından sonra yarandığı müəyyənləşib. Siqareti atmaq iflic, infarkt, ağciyər və digər xərçənglərə yoluxma riskini azaldır. Siqaret atanların çəkisindəki artım heç bir zaman ciddi sağlamlıq problemi ola bilməz. Siqareti tərgitdikdən sonra qidalanmanızda etdiyiniz dəyişikliklər sayəsində çəki artımının qarşısını ala bilərsiniz. Kalori və metabolizmanın sürətlənməsi üçün müntəzəm olaraq edilən idman hərəkətləri bu işdə sizə kömək edəcək.

Yağlı qidaların qəbulunu azaltmaq lazımdır. 1 qram yağ 9 kalori qazandırırsa, 1 qram karbohidrat və protein 4 kalori verir. Yağ miqdarı az olan qidaları tez-tez qəbul edə bilərsiniz.

Aldığınız qidaların etiketlərini oxuyub alacağınız kaloriləri hesablayın.

Daha az yağlı qidalara üstünlük verin.

Yemək arası atışdırmalar üçün az kalorili qidalar seçin.

Meyvə, tərəvəzlərlə zəngin, yağsız ət məhsulları, süd və süd məhsullları, qan şəkərini nizamlayacaq taxıl qidalarıyla zəngin bir menyu seçin.

Şəkər və şəkərli qidalardan uzaq durun. Şirin nəsə istəsəniz, təbii dad vericilərlə hazırlanmış olanları alın.

Müntəzəm olaraq idman edin, stressdən uzaq durun, siqaret çəkmək istəyinizin qarşısını alın, iştahanızı nəzarətdə saxlayın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8336   Tarix: 18 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001