Fərqli istirahət üçün 5 yunan adası

Fərqli istirahət üçün 5 yunan adasıYazın gəlişiylə tətil həyəcanı da özünü göstərməyə başlayıb. İstirahətini yunan adalarında planlaşdıranlar üçün BiG.AZ ölkənin ən gözəl 5 adasını təqdim edir.
Santorini
Dəniz səviyyəsindən 250 metr hündürlükdə yerləşən Santorini adasını tez-tez Yunanıstanın açıqcalarında görmək olar. Xüsusən bal ayı tətilinə yollananlar və ya dünyanın ən gözəl qürubunu seyr etmək istəyən cütlüklər üçün Santorini əla seçimdir. Mavi damlı ağ evlər və Egey dənizinə baxan otelləri ilə məşhurlaşmış ada çoxlarının arzusudur. Tarixi Tira adasında baş vermiş vulkanik partlayış nəticəsində yaranan Santorinin rəsmlərdə görünən hissəsi Oia qəsəbəsidir. Hər il minlərlə cütlüyün axın etdiyi adanın mətbəxi əsasən dəniz məhsullarından ibarətdir. Buraya gəlsəniz, ağ Santorini badımcanıyla hazırlanmış salatları və adaya məxsus ağ Santorini şərabını dadmamış getməyin.
Adanın ən yaxşı otelləri: La Maltese Hotel, Notos Therme and Spa, Vedema Resort, Santorini Collection: 160thea, Hotel Carpe Diem, Aressana Spa Hotel & Suites.
Fərqli istirahət üçün 5 yunan adasıFərqli istirahət üçün 5 yunan adasıFərqli istirahət üçün 5 yunan adasıFərqli istirahət üçün 5 yunan adasıKos adası
"Üzən bağ" adlandırılan Kos adası Egey dənizinin ən gözəl məkanlarından biridir. Bura əsasən holland, skandinav və ingilis turistlər gəlir. Adanın bir tərəfi tarixi abidələr, digər tərəfi isə çimərliklərlə zəngindir. 2400 il əvvəl Hipokrat məhz bu adada yaşayıb. Dünyanın ən qədim xəstəxanası Asklepieion da Kosdadır. Yaşıllıqlarla bol adada ən rahat nəqliyyat vasitəsi velosipeddir. Tigaki və Marmari, eləcə də ağ qumlu Paradise çimərlikləri sizi heyran edəcək. Kos üçün ən gözəl aylardan biri avqustdur. Ada uzun müddət türk istilasında olduğu üçün mətbəxi də türk mətbəxinə yaxındır.

Adanın ən yaxşı otelləri: Mayflower Apartments, Olimpia Mare, Alice Springs Otel, Aqua Blu Boutique Hotel Spa, Michalis Studios & Apartments.
Fərqli istirahət üçün 5 yunan adasıMikonos adası
"Dörd fəsil adası" deyilən Mikonos qədim yunan Allahlarından olan Apollonun oğlunun şərəfinə adlandırılıb. Adanın əhalisi etnik yunanlardır. Əyləncə həyatı və ziyafətləri sevənlər üçün Mikonos əvəzsiz məkandır. Adanın dünyaca məşhur mətbəxi isə təzə balıqlar və dəniz məhsulları, müxtəlif növ zeytun yağlı salatlarla zəngindir. Mikonosun digər adalardan ən üstün fərqlərindən biri adaya birbaşa təyyarə uçuşlarının olmasıdır.

Adanın ən yaxşı otelləri: Villa Del Sol Mykonos Beach Hotel, Mykonos Theoxenia, Grace Mykonos Luxury Hotel, Elia Arte & Mare Mykonos Suites.
Fərqli istirahət üçün 5 yunan adasıSpetses adası
Afinadan dənizlə iki saata gedə biləcəyiniz bu ada Avropanın zəngin ailələrinin sevimli məkanıdır. Burada XVIII və XIV əsrlərdən qalma evlərə rast gəlmək mümkündür. Adaya məxsus yeməklər içərisində ən ləzzətlisi saxsı qabda hazırlanan pomidorlu, bibərli balıqdır.
Adanın ən yaxşı oteli: Poseidonion Grand Hotel.
Fərqli istirahət üçün 5 yunan adasıFərqli istirahət üçün 5 yunan adasıFərqli istirahət üçün 5 yunan adasıKrit adası
Zevsin vətəni Krit avropalıların yay tətillərində ən çox getdikləri yerlərdən biridir. Bura çılğın əyləncə istəyənlərə də, sakitlik, təbiət və çimərliyin dadını çıxarmaq arzusunda olanlara da uyğundur. Mətbəxi ilə məşhur Kritə gedəndə özünüzü ən təzə, təbii və ləzzətli yeməkləri yeməyə hazırlayın. Xörəklərdə əsasən, zeytun yağından istifadə edilir. Yerli içkilər arasında ən populyarları "çikudya" və "mournoraki"dir.
Adanın ən yaxşı otelləri: Paradise Island Villas, Elounda Mare Hotel.
Fərqli istirahət üçün 5 yunan adası


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5159   Tarix: 17 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554