7 körpəsini öldürüb, qutularda gizlədən qadın saxlanıldı

7 körpəsini öldürüb, qutularda gizlədən qadın saxlanıldıAmerikanın Yuta ştatında Plesant-Qrouv şəhər polisi yeddi körpəsini öldürməkdə şübhəli bilinən qadını saxlayıb.

Yerli hakimiyyət polisin körpələrin cəsədini yaşayış evinin zirzəmisində aşkarladığını bildirib.

1996-2006 illərdə doğulduğu ehtimal edilən uşaqların ölümündə şübhəli bilinən 39 yaşlı Meqan Xantsmen, cəsədlərin aşkarladığı evdə əvvəl yaşayıb. İstintaqın versiyasına görə, qadın bu körpələrin anası olub.

Polisin məlumatında deyilir: "Xantsmenin qohumlarından biri qarajı yığışdırarkən şübhəli qutuyla rastlaşıb. Qutunu açdıqda isə onun içində uşaq cəsədi görüb. Hüquq-mühafizə orqanlarının nümayəndələri evdə axtarış keçiriblər və uşaqların cəsədləri olan daha 6 katon qutu aşkarlayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3432   Tarix: 16 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040