Xəstəxanadan evə buraxılacaq xalq artistinin qalmağa evi yoxdur

Xəstəxanadan evə buraxılacaq xalq artistinin qalmağa evi yoxdur11 saylı avtobusun sürücüsünün səhlənkarlığı üzündən avtobusun içində yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti orta-ağır olaraq qalır.

BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən aktrisanın vəziyyətində irəliləyiş yoxdur. Onurğa sütununun əziyi və 2, 3, 4-cü bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulan xalq artistinə dünən gibsi əvəz edən karset geyindirilib. Lakin karset geyindikdən sonra Nuriyyə xanımın halı pisləşdiyindən, onu çıxarıblar.

Aktrisanın aşağı ətraflarında hissiyyat və hərəkət olsa da, bel fəqərələrindəki çıxıntılara görə hərəkət edə bilmir. Hərəkətsiz vəziyyətdə qalan aktrisanın vəziyyəti günü-gündən pisləşir. Düşdüyü vəziyyət fəal həyat tərzi keçirməyə adət etmiş Nuriyyə xanıma olduqca pis təsir edir. Tez-tez təzyiqi yüksəlir və üstəlik də normal qidalanmaması səhhətinə birbaşa təsir edir. Bel və aşağı ətraflardakı hər hansı hərəkət etdikdə xalq artistinin güclü ağırıları tutur. Dünən qəbul etdiyi bir bananın ona dəhşətli ağrılar bahasına başa gəldiyindən, xalq artisti yeməkdən imtina edib.

Hazırda xalq artisti Nuriyyə Əhmədovaya növbə ilə bacıları qulluq edirlər. Bir müddətdən sonra xəstəxanadan evə buraxılacaq Nuriyyə Əhmədovanın isə gedəcək evi yoxdur. Zaman-zaman bacılarının, rəfiqələrinin evində yaşayan sevilən aktrisa, bu vəziyyətində xəstəxanadan buraxıldıqdan sonra hara gedəcəyini bilmədiyini deyir:

"Əvvəl canım sağ idi, ordan-ora qaçırdım. Evim olmadığından əşyalarım bacılarımın, rəfiqələrimin evindədi. Bir ayaqqabım birinin evində, bir paltarım birinin. Çəkilişlərə gedəndə hara yaxın olurdusa, o yaxınımın evində əynimi dəyişirdim. İndi vəziyyət dəyişib, mən kimin evində gedib xəstə yatacam? Bacılarım da olsa, heç kimə yük olmaq istəmirəm. Sağ olsunlar, xəstəxanada növbə ilə yanımda qalırlar. Amma gedib onları öz evlərində də narahat edə bilmərəm. Bunları fikirləşdikcə daha da pis oluram..."

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova aldığı xəsarətlərlə yanaşı, uzun illərdi işemiya, qalxanvari vəzi və yüksək təzyiq kimi xəstəliklərdən əziyyət çəkir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3675   Tarix: 09 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424