Siçovulun "dönər keyfi"nə rəsmi reaksiya

Siçovulun "dönər keyfi"nə rəsmi reaksiyaSosial şəbəkələrdə yayımlanan siçovulun dönər yeməsi videosu böyük səs-küyə səbəb olub. Video çox yüksək sürətlə paylaşılmağa başlanılıb. Videodan da aydın şəkildə görmək olur ki, kiçik bir siçovul balası dönərin üstündə gəzişir və arada özünə lazım olan qədər oradan qopardır. Heç kəsin ona mane olmadığını görən bu "kiçik qəhrəman" rahat şəkildə yedikləri həzm olunandan sonra təkrar qidalanır.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov açıqlamasında həmin hadisənin mütləq araşdırılacağını bildirib. Onun sözlərinə görə, həmin dönər obyekti mütləq bağlanmalıdır.

Ziyəddin Kazımov onu da etiraf edib ki, bu dəqiqə Bakıdakı dönər obyektlərinin azı 85 faizi sanitar gigiyenik normalara cavab vermir. Belə dönərxanalar da insan orqanizmi üçün real təhlükə mənbəyidir.

"Biz mütəmadi reydlər keçiririk. Lakin bu problemləri aradan qaldırmaq çox çətindir. Bir də görürsən ki, 1 kv-lik sahədə dönərxana açıblar. Həmin yerin nə su-kanalizasiya xətti normaldır, nə də, orada qida hazırlanması üçün normal şərait var. Məhsulun keyfiyyəti və mənbəyi də şübhəli olur. Belə yerlərdə həm siçan ola bilər, həm də həşərat", - deyə Ziyəddin Kazımov vurğulayıb.

Qurum rəsmisi vətəndaşlara da həmin dönərlərdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir: "Çalışmaq lazımdır ki, dövlət qeydiyyatından keçən dönər satılan obyektlərdən məhsul alsınlar. Dönər satılan yerin təmizliyinə fikir versinlər. Məhsulun keyfiyyəti və mənbəyilə maraqlanmaq lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2111   Tarix: 09 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040