Namiq Hüseyn Dəryanın arzusunu gerçəkləşdirəcək
Prodüser Sayqa Cahidin, ATV telekanalında yayımlanan "Düz üzünə" verilişində Hüseyn Dərya ilə bağlı verdiyi açıqlama hər kəsin diqqətini çəkib.
Prodüserin "Dərya istəyirdi ki, Namiq Qaraçuxurlu ilə duet oxusun. Hətta mahnının sözlərini də yazmışdı. Rep hissəsini özü demişdi, Namiqin oxuyacağı parçanı isə şeir formasında yazdırmışdı. Onun ən böyük arzularından biri bu idi" sözlərinə meyxanaçı N.Qaraçuxurlu "Onlar" verilişində cavab verib:
"Allah Hüseyn Dəryaya rəhmət eləsin. Bu məsələdən xəbərim yox idi. Kaş o vaxt biləydim. Onunla məmnuniyyətlə duet oxuyardım. Bu mənim də sənətimdə fərqli bir yenilik olardı. Əgər mahnı hazırdısa, bunu reallaşdıracam. Mənim ölmüş insanın adı ilə özümü reklam etməyə ehtiyacım yoxdur. Bunu Hüseyn Dəryanın ailəsi üçün, ruhunu sevindirmək üçün edəcəm. Virtual duet hazırlayacam".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş