Həkimlərdən bezib əlini kəsdi - DƏHŞƏT-VİDEO

Həkimlərdən bezib əlini kəsdi - DƏHŞƏT-VİDEO"Sağ əlimdəki ağrılara artıq dözə bilmirdim. Əlim sanki yanırdı, parçalanırdı, balta və çəkic altında əzilirdi. Ağrılar dözülməz idi. Artıq dayana bilmirdim. Bilirəm, ölə bilərdim. Amma başqa çıxış yolum yoxdu".

44 yaşlı Mark Qoddard qəhərlənir. O, həkimlərin laqeydliyinə dözə bilməyərək sağ əlini kəsib. Evinin həyətində, özünün düzəltdiyi "gilyotina" vasitəsilə.

Qoddard ölə bilərdi, amma arvadının zəng vurub çağırdığı təcili yardımın paramedikləri onu xilas ediblər.

İngiltərənin Devonşir qraflığının sakini Mark Qoddard 10 gün əvvəl sağ əlini evində kəsib.

O, əlini kəsəndən sonra qanamanı dayandırmaq üçün kəsik biləyini közlə dolu vedrəyə basıb. Sonra isə kəsilib kənara düşmüş əlini də həmin vedrəyə ataraq yandırıb.

Nyuton Ebbot şəhərində yaşayan Mark Qoddard 28 yaşı olanda motosikletlə qəzaya uğramışdı. Həmin qəzadan sonra onun sağ əlində problemlər başlanıb.

Əlindəki sinir çıxıntılarındakı siqnallarda problemlər olduğundan neyropatik ağrılar keçirən Mark məruz qaldığı bəladan antiepileptik preparatlar və antidepressantlar vasitəsilə qurtulmağa çalışsa da, bir nəticə hasil olmamışdı.

Hər gün 40 ağrıkəsici dərman içən Mark əlindəki ağrıları sakitləşdirməyə çalışır, amma alınmırdı.

Onun ümidsizliyi o səviyyəyə çatmışdı ki, günlərin birində bıçaqla biləyini kəsmişdi. O, sürəkli və bitmək bilməyən ağrı mənbəyinə çevrilmiş əlindən qurtulmaq istəyirdi.

Lakin bıçaqla biləyini kəsən Mark əlini şikəst etsə də, ondan qurtula bilmədi.

"Sonra hospitala getdim, ağrılarımdan danışdım. Mənə çox laqeyd yanaşdılar. Sinirləndim, onlara dedim ki, əgər müalicə etməsələr, sağ əlimi dirsəkdən yuxarı kəsəcəyəm. Güldülər, inanmadılar", - Mark Qoddard deyib.

Bir neçə gün sonra isə Mark Qoddard həyətində balta və taxta parçalarından əldəqayırma gilyotin hazırlayıb. Baltanın ucuna bağladığı kəndiri çəkəndə balta aşağı düşüb və Markın əlini biləkdən kəsib.

"Əlim kəsilən kimi onu içində köz olan vedrəyə soxdum. Sonra kəsilmiş əlimi də vedrəyə atıb yandırdım. Əlimin yenidən biləyimə tikilməsini istəmirdim. Biləyimdən qan fışqırırdı. Təcili yardım məni xəstəxanaya apardı. Elə bilirdilər dəliyəm, ruhi xəstəyəm. Üç ekspertizadan keçdim. Polislə həkimlər əmin oldular ki, rasional insanam. Gilyotini isə arvadımdan xəbərsiz şəkildə, gizlicə, iki həftə ərzində düzəltmişdim. Balta aşağı düşüb biləyimi kəsəndə ilk əvvəl inanmadım. Sonra gördüm ki, əlim kəsilib, qan fışqırır. Amma bəzi damarlar və vətərlər kəsilmədiyindən əlim biləyimdən asılı qalmışdı. Bıçağı götürüb o damarlar və vətərləri də kəsdim", - Mark Qoddard deyib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3475   Tarix: 31 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ən bahalısı 1200 manatdır" - Alıcı tapılmır

Təxminən Yeni İlin gəlməsinə günlər qalıb. Bayram simvollarının qiyməti isə getdikcə artıb. Bəs bahalaşma nə ilə bağlıdır?. xəbər verir ki, Yeni ili yeni yolka və oyuncaqlarla girmək istəyənlər də az deyil. Satıcıların sözlərinə görə, hər məhsulun öz alıcısı var:. "Ən bahalı yolka 1200 manatdır

07.12.2025 448
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 377
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

07.12.2025 661
.

Niyə pəncərə kənarında yatmaq zərərlidir?

Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir. bununla bağlı məlumatları təqdim edir:. Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də

07.12.2025 255
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 182
.

45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib

13.12.2025 229
.

Nə şama ehtiyac var, nə lampaya - 10 gün yanır - VİDEO

İşıqlar sönübsə, evdə də şam yoxdursa, effektiv, ancaq təhlükəli üsul var. bildirir ki, armudu stəkana biraz düyü töküb, üzərinə su, sonra da duru yağ əlavə edib, qulaq çöpü batıraraq yandırmaq mümkündür. Eksperimenti edən şəxsin iddiasına görə bu üsulla alov 10 günə qədər davam edə bilər. Qeyd edə

13.12.2025 512
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 594
.

Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq

NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer xəbərdarlıq edib ki, bir neçə ildən sonra dünya BMT-nin rəhbərlik etdiyi mövcud sistemin səmərəsizliyi səbəbindən iki paralel sistemə bölünə bilər. xəbər verir ki, hərbçi bunu Dohada keçirilən forumda deyib. Yayım tədbirin veb-saytı ilə aparılıb

07.12.2025 270
.

TOP MP3