Ruhi xəstələr cəmiyyətdən təcrid olunmalıdırmı?

Ruhi xəstələr cəmiyyətdən təcrid olunmalıdırmı?Gəray Gəraybəyli: "Təəssüf ki, bir çox insanlar psixi xəstələrin mütləq qapalı bir yerdə saxlanılmalı olduğunu düşünürlər"

İl ərzində paytaxtdakı ruhi-əsəb dispanserlərinə 15 minə yaxın insanın müraciət edir. Hazırda respublika üzrə 9 psixiatriya xəstəxanası, 11 dispanser fəaliyyət göstərir. Bu yaxınlarda Salyan rayonunda 2 mərtəbəli 100 çarpayılıq Rayonlararası Psixiatriya Xəstəxanasının açılışı olub. Kişi və qadın bölmələrindən ibarət xəstəxana Salyan və 8 ətraf rayon (Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Neftçala, Cəlilabad, Beyləqan) sakinlərinə xidmət edəcək. Məlumata görə, digər bölgələrdə də oxşar profilli tibb müəssisələrinə ehtiyac var.

Respublikanın baş psixiatrı Gəray Gəraybəylinin sözlərinə görə, ölkədə son 40 ildə ilk dəfə olaraq həm psixiatriya yardımı, həm də ümumiyyətlə psixi sağlamlıq istiqamətində köklü dəyişikliklər həyata keçirilir: "Plana əsasən, yaxın 3 il ərzində bu müəssisələrin bir qismi əsaslı təmir ediləcək, bir qismi isə tamamilə yenidən qurulacaq. Artıq paytaxtda və bölgələrdə müasir tələblərə cavab verən bir neçə korpus tikilib və müasir avadanlıqlarla təchiz olunub. Təəssüf ki, bir çox insanlar psixi xəstələrin mütləq qapalı bir yerdə saxlanılmalı olduğunu düşünürlər. Onlar hesab edirlər ki, ölkədə psixiatriya müəssisəsi nə qədər çox olsa, bir o qədər yaxşıdır. Məncə, bu, çox yanlış fikirdir. Söhbət xəstəxanaların açılması və ya çarpayı fondunun genişləndirilməsindən yox, məhz alternativ yardım növlərindən gedir. Məsələn, o qədər adam var ki, kiçik problem üçün psixiatrik xəstəxanaya getməkdən utanır, problem qalır və daha da dərinləşir".

Baş psixiatr deyir ki, inkişaf etmiş Avropa ölkələrində çarpayı fondu o qədər də çox deyil: "Məsələn, Amsterdam kimi şəhərdə 12 nəfərlik izolyator var. Ondan yalnız kəskin xəstələr üçün istifadə olunur və burada 3-4 gün saxlanıldıqdan sonra xəstələrin müalicələri həm ev, həm də ambulator şəraitdə davam etdirilir".

Gəray Gəraybəyli hazırda xəstə qəbulunda hər hansı problemin olmadığını deyir. O, psixi problemləri olan insanların dövlət balansında olan mərkəzlərə müraciət etməklə də müalicə olunmalarının mümkünlüyünü bildirdi. Fərdi şəkildə psixoloqa və ya psixiatra müraciət etmək baha başa gəldiyi üçün psixiatrik yardım göstərən, müayinə və müalicə edən dövlət səhiyyə müəssisələrinin olması, əlbəttə, vacib sayılır.

Yəqin ki, psixoloq məsləhəti almağın neçəyə başa gəldiyini bilirsiniz. "Bu qədər vəsaiti necə ödəyəcəm" deyənlər isə Səhiyyə Nazirliyinin balansında olan ruhi-əsəb dispanserlərinə, ixtisaslaşmış psixiatriya xəstəxanalarına müraciət etməklə pulsuz müalicə kursu keçə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1835   Tarix: 25 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695