Monika Belluççi Ülviyyə Rəhmanovanın saytına müsahibə verib

"Gözəl sima aktrisa üçün hər şey demək deyil. Oynamaq lazımdır".
Monika Belluççi klassik üz cizgiləri, zərifliyi, seksuallığı və şirin italyan ləhcəli ingiliscəsi ilə illər öncə hər kəsi heyran edib.

BiG.AZ xəbər verir ki, Moskvada Dolce & Gabanna kornerinin təqdimatından öncə italiyalı aktrisa və model Buro 24/7 saytına eksklüziv müsahibəsində yeni işləri, moda dünyası və kişilər haqqında danışıb.

Həmin müsahibəni sizə təqdim edirik:

- Siz Dolce & Gabbana şirkətinin ruhunu hamıdan yaxşı anlayırsınız. Sizcə, Dolçe və Qabbana tandeminin digər dizaynerlərdən fərqi nədədir?

- Mən uzun illərdir ki, onlarla həm dostluq edirəm, həm də çalışıram. Məni 1989-cu ildə gənc italyan model kimi ilk dəfə kəşf ediblər. İllər keçsə də bu cütlük hələ də məni reklam kampaniyalarında iştirak etməyə və markanın siması olmağa dəvət edirlər. Bu heyranedicidir. Dolce & Gabanna-nın spesifikliyi də məhz bu münasibətdədir: gözəllik gənclik demək deyil.

- Model sənətindən aktrisalığa keçmək çətin olmadı?

- Mən moda biznesində 20 yaşımda çalışmağa başladım və kinoda özümü sınamaq qərarı verdim. Bir sahədən digərinə keçid məndən səbir və güc tələb edirdi. Modellik gözəlliyi ötürmək sənətidirsə, kinoda aktrisa oynamağı bacarmalıdır. Xarici gözəllik aktrisa üçün hər şey demək deyil.

- Monika Belluççi kişilərdə hansı xüsusiyyətləri qiymətləndirir?

- Şəxsi təcrübəmdən çıxış edərək nə isə demək çətindir, çünki hər bir hal fərdidir. Bəzən sənə dəyər verməyən birinin dərdindən ölürsən. Bir sözlə, mələklər kimi şeytanlar da cəlbedicidir.

- İndi nə üzərində çalışırsınız?

- Emir Kusturitsanın "Sevgi və müharibə" filmində çəkilirəm. Bu, müharibədən keçən və daha sonra rahib olan insanın həyatından bəhs edir. Mən filmdə onun sevdiyi qadın rolundayam. Çəkilişlər Serbiyada aparılır. Oranın təbiətinə və adət-ənənələrinə heyran qalmışam. Hətta serb dilini öyrənmək haqqında da düşünürəm.
Monika Belluççi Ülviyyə Rəhmanovanın saytına müsahibə veribMonika Belluççi Ülviyyə Rəhmanovanın saytına müsahibə veribMonika Belluççi Ülviyyə Rəhmanovanın saytına müsahibə verib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4246   Tarix: 17 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898