əl-Fatihə surəsinin üstünlüyü

əl-Fatihə surəsinin üstünlüyüMənbə: http://zikr.az

Peyğəmbər - salləllahu aleyhi və səlləm - əl-Fatihə surəsinin üstünlüyü haqqıda belə demişdir:
"Uca Allah buyurur: "Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb'ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir." (İbn Hibban, 775).
Həmçinin Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir:
"Allah buyurur: "Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək". Qul: "Həmd olsun aləmlərin Rəbbi Allaha!"- dedikdə, Allah: "Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək"- deyir. O: "Mərhəmətli və Rəhmliyə"- dedikdə, Allah: "Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək"- deyir. O: "Haqq-hesab gününün Hökmdarına!"- dedikdə, Allah: "Qulum Mənim şənimə təriflər soylədi. Bu, Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb"- deyir. O: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik"- dedikdə, Allah buyurur: "Bu, Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur". Qul: "Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox"- dedikdə, Allah buyurur: "Bu, qulumundur, quluma dilədiyi veriləcək!" (Sunən İbn Macə, 3784).

Yer üzərində yaşayan və hər gün namaz qılan bütün müsəlmanlar gün ərzində ən azı on yeddi dəfə əl-Fatihə surəsini oxuyur. Onlar üzlərini bütün müsəlmanların tək qibləsi olan Kəbə evinə "Allahu Əkbər" deyərək yönəlib namaz qılırlar. Allah böyükdür, Ondan daha əzəmətli heç kimsə yoxdur. O, yeddi qat səmanın Rəbbi, əzəmətli Ərşin sahibidir. Ondan başqa imdada çatan varmı? Sonra ayaq üstə əl-Fatihə surəsini Allaha həmd-səna edərək oxumağa başlayırlar. Məgər aləmləri Yaradan bütün təriflərə layiq deyilmi?
Öz mərhəməti sayəsində yaxşı işləri tamamlayan, bəndələrinə saysız-hesabsız nemətlər bəxş edən, "sizə gələn hər nemət Allahdandır" deyə buyuran, heç bir şükürə, tərifə möhtac olmayan, Qiyamət günü şükür edən qullarına daha böyük nemətlər bəxş edən Allah!
Sonra onlar Allahdan götürdükləri öhdəliyi – Tək Allaha ibadət etməyi, Ona heç bir şeyi şərik qoşmamağı təsdiqləyərək: "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik" deyirlər. Axı ibadətə layiq olan yalnız Sənsən! Bizi yaradan, bizə ruzi verən və bizi doğru yola yönəldən yalnız Sənsən! Dar gündə də, xoş gündə də imdadımıza, köməyimizə çatan yalnız Sənsən! "Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır" (Ali İmran, 126). Onlar: "Allahım, bizi doğru yola yönəlt və daima onun üzərində sabitqədəm saxla, peyğəmbərlərin yoluna yönəlt, qəzəbinə gələnlərin və azmışların yoluna yox!
Sonda "Allahım bu duamızı qəbul et! Amin!" deyirlər. Bundan sonra ruku edir və ən dəyərli olan üzlərini yerə qoyaraq səcdəyə qapanır, Allaha tam olaraq təslim olurlar. Bax əsil təslimiyyət budur!
"Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar" (Ali İmran, 83).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5539   Tarix: 13 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882