Dünyanın qara günü - FOTO
Bundan 3 il öncə yaponiyada baş verən güclü zəlzələ, sunami ölkəni viran günə qoydu.
2011-ci il mart ayının 11-də 9 ballıq zəlzələdən çox ölkəyə güclü sunami zərbə vurdu. Fəlakət nəticəsində 15 884 insan həyatını itirdi, 2 636 adam itkin düşdü.
Sunami Fukusima Atom Elektrik Stansiyası hələ də fəlakətin izlərini üzərində daşıyır.
Miyaqi bölgəsindəki AES-ə dəyən ziyandan sonra bölgədə yaşayan uşaq və gənclərdə xərçəng faktlarının nsayı yüksəlməyə başlayıb.
Tokioda zəlzələnin 3-cü ildönümü münasibətilə yüzlərlə insan nüvə energisinə qarşı etiraz aksiyası keçirib. Nağara çalan və əllərində "Sayonara" (Salamat qal) nüvə" yazılı plakatlar tutan nümayişçilər Çernobıldan sonra dünyanın ən dəhşətli fəlakətlərindən olan Fukusimanı əsla unutmayacaqlarını deyiblər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş