Erməni gözəlinin evi soyuldu - FOTO

Erməni gözəlinin evi soyuldu - FOTOErməni sənətçisi və seks simvolu Kim Kardaşyanın bacısının evini qarət ediblər. BiG.AZ-ın məlumatına görə, oğrular evdən küllü miqdarda zinyət əşyaları oğurlayıblar. Bir müddətdir bacısı ilə birlikdə yaşayan Kimin 250 000 dollar dəyərində olan qızıl saat, boyunbağı və digər dəyərli əşyalarını aparıblar.

Kardaşyanın bacısı Xloe bildirir ki, bu cinayəti onların ailələrinə yaxın olan bir insan edib. Evə Kimin otağının və əşyaların harada yerləşdiyini bilən şəxslər oğurluğa giriblər. Xloe vurğulayıb ki, evlərinə gəlib gedən yaxınlarının siyahısını hazırlayıb və polis əməkdaşlarından onların izahatlarının alınmasını tələb edir.

Oğurluq hadisəsi həftənin bazar ertəsi baş verib. Bu zaman Xloe anası Kris Cenner ilə birlikdə təmir etdirdikləri digər mənzildə olublar. Cinayətkarlar evə heç bir zərər vermədən səliqəli şəkildə daxil olaraq əşyaları götürüblər. Xloe bildirib ki, bundan sonra bu evi satışa çıxaracaq.

Qeyd edək ki, əslən erməni olan Kim Kardaşyan 1980-cı il oktyabr ayının 21-i Kaliforniyada anadan olub. 2007-ci ildə Playboy jurnalı üçün çılpaq fotolar çəkdirən Kim 2008-ci ildə Karmen Elektra ilə birlikdə "Əcaib bir film" adlı filmdə rol alıb. Bu film kino tənqidçiləri tərəfindən tənqid atəşinə tutulub. Kardaşyanın porno çəkilişi internetdə yayıldıqdan sonra məşhurluğu daha da artıb. O, əvvəlcə həmin kadrlarda bənzərinin olduğunu söyləsə də, sonradan özünün olduğunu etiraf edib.

Erməni gözəlinin evi soyuldu - FOTOErməni gözəlinin evi soyuldu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4647   Tarix: 07 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040