Bu kostyumu geyən şəxsə zərbə qorxulu deyil

Bu kostyumu geyən şəxsə zərbə qorxulu deyil

Avstraliyanın Sidney şəhərindəki "Chiron Global" şirkəti əlbəyaxa döyüş növlərində inqilab etməyə hazırlaşdığını bəyan edib.

"Üzüklər hökmdarı" və "Hobbit" filmlərinin rekvizitlərinin hazırlanmasında iştirak etmiş şirkətin dizaynerləri "Unified Weapons Master" adlı zirehli kostyum hazırlayıblar.

BiG.AZ saytı türkiyə mətbuata istinadən bildirirki, ən son texnologiyalar əsasında kompozit materiallardan hazırlanmış şlem və vücud zirehlərindən ibarət kostyum ən sürətli, ən ağır zərbələrə tab gətirməyə imkan verir.

Şirkət ekspertlərinin dediklərinə görə, bu yaxınlarda həmin zirehli kostyumları geyinmiş əlbəyaxa döyüş ustaları arasında "Unified Weapons Master" turniri keçiriləcək.

Həmin zirehlərdə dəyən zərbənin sürət və gücünü ölçən avadanlıqlar olacaq, rəqiblərin xalları bu minvalla hesablanacaq.
"UWM genişmiqyaslı idman qarşılaşmalarını reallaşdırmağa imkan verir. Bu qarşılaşmalarda əlbəyaxa döyüşlərin sirlərini yenicə öyrənməyə başlamış adamlar bir-birlərinə qarşı əsl silahlarla döyüşəcəklər. Qarşılaşmalar da real döyüşlərdən çox az fərqlənəcək", - "Unified Weapons Master"i hazırlayan qrupun icraçı direktoru Devid Paysden deyib.

Yeni kostyumu yoxlayanlar arasında muaytay üzrə dünya çempionu, əlbəyaxa döyüş növləri üzrə ekspert Son Vannati də vardı.
"Möhtəşəm zirehdir. Zərbə nə qədər güclü olursa-olsun, hiss etmirsən, zədə almırsan", - S.Vannati deyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1859 Tarix: 01.03.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Sibel
Sibel 01.03.2014
Maraklı xəbər çün ALLAH Razı Olsun Ramal..!!!
Huzurun bir Rəsmi varmı bilməm,
Anca bir İsmi var ALLAH, UCA RƏBBİM,
Şükür Ya'RƏBBİM Şükür,


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər