Gündə 10 litr kola içən qadın: "Mən bədbəxtəm" - FOTO

Gündə 10 litr kola içən qadın: "Mən bədbəxtəm" - FOTOO, əsl "Diet Coke" düşkünüdür. Özünü "içki narkomanı" adlandıran qadın gündə 50 bankaya yaxın "Diet Coke" içir.
Dediyinə görə, indiyədək bu içkiyə 150 min funt-sterlinqdən artıq pul xərcləyib.

42 yaşlı Cekki Bellan bəzən bir saatda 3 banka "Diet Coke" içir.
Gündə ən azı 10 litr "Diet Coke" içməyəndə özünü çox pis hiss etdiyini deyən Cekkinin sözlərinə görə, həmin gün gözlərinə yuxu getmir. Səhərə yaxın yatanda isə qarabasmalar və xofdan ayılır.

BiG.AZ Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Çeşir qraflığındakı Elsmir Port şəhərində yaşayan evdar qadın "Diet Coke" almağa ildə minimum 6 min funt-sterlinq xərclədiyini söyləyib.
"Hər gün təxminən 50 banka və ya 16 litr "Diet Coke" içirəm. İçməsəm, dayana bilmirəm. Bu içkiyə 14 yaşım olanda dadandım və o vaxtdan bəri beləyəm", - 4 övlad anası Cekki Bellan söyləyib.

30 yaşına çatanda onun asılılığı daha da artıb və ayda 500 funtu "Diet Coke" almağa xərcləməyə başlayıb.
Bu qazlı içkini tapmayanda özünü itirən, əl-ayağı əsən Cekki Bellan bəlalı asılılıqdan qurtulmaq üçün ən müxtəlif müalicə vasitələrinə, hətta hipnoterapiyaya əl atsa da, hələlik bir nəticə hasil olmayıb.

"İş o yerə çatıb ki, çantamda yetərincə "Diet Coke" olduğunu görmədən evdən eşiyə çıxa bilmirəm. Səhhətimə görə qorxuram. Nəvələrimi görmək istəyirəm. Bu içkini içməkdən daxili orqanlarımın vəziyyətini düşünməyə belə, xoflanıram. Nə edəcəyimi bilmirəm, çünki "Diet Coke" içməyəndə sanki başım xarab olur. Üstəlik, bu yaxınlarda sürəkli başağrılarım başlayıb.

Bəzən baxıb görürəm ki, otaqda portağallar uçur. Oturur, nəfəs dərir, bir az özümə gəlirəm. Daim yorğunluq hiss edirəm. Çoxlu "Diet Coke" içdiyimdən orqanizmimdə kofein həddən artıqdır və normal yata bilmirəm. Mən bədbəxtəm. Tanrıya and olsun ki, bu bəladan qurtulmaq üçün hər şeyi edəcəyəm", - Cekki Bellan deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3484   Tarix: 27 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571