19 yaşlı qız "leytenant" tərəfindən zorlandı

19 yaşlı qız "leytenant" tərəfindən zorlandıTürkiyədə 19 yaşlı qız 45 yaşlı kişi tərəfindən zorlanıb.

BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, Kocaeli vilayətində yaşayan gənc qız telefonda 45 yaşlı İsmail Ö. ilə tanış olub.

İsmail Ö. qıza leytenant olduğunu və İstanbul şəhərində hərbi xidmət çəkdiyini bildirib. O, özünü Okan Aksu adı ilə qələmə verib. Bir müddət qızla danışaraq, onun inamını qazanan leytenant onu İstanbula çağırıb.

Tanış olduğu şəxslə görüşmək üçün ailəsinə xəbər vermədən evdən qaçan K.Ç. İstanbulda İsmail Ö. ilə tanış olub. O, qızı aldadıb və sənədlərini, mobil telefonunu alıb. Özünü isə kirayə tutduğu evə aparıb. Qızı orada zorlayan İsmail Ö. daha sonra onu qovub. Qız isə polisə şikayət edib.

İlk öncə iddianı qəbul etməyən İsmail Ö. sonradan olanları etiraf edib. Məlum olub ki, o, hərbi xidmətdə qulluq etmir, sadəcə sıravi vətəndaşdır.

Hazırda İsmail Ö. məhkəmə qarşısında cavab verəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3822   Tarix: 27 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040