"Belə söhbətlər adamın qol-qanadını sındırır" - Rafael Dadaşov

"Belə söhbətlər adamın qol-qanadını sındırır" - Rafael Dadaşov"Bəzən gücüm çatmayıb ki, uşaqlarımı daha da yüksəkliyə qaldırım. Bunu həm maddi, həm mənəvi tərəfdən edə bilmədim. Elə sirlər var ki, açmamışam. Bəzən döydüyüm qapılar bağlı qalıb. Edə bilmədiklərim üçün gecələrim də yuxusuz keçib. Elə hey düşünmüşəm ki, niyə mən övladlarım üçün istədikləri hər şeyi edə bilmirəm. Uşaqlarıma da çox şeyi danışmamışam ki, deməsinlər atamızın gücü çatmadı. Düzdür, bacardığım nə varsa, etmişəm. Hətta yeri gəlib onlar üçün paltar da yumuşam, yemək də bişirmişəm. Amma elə vacib amillər olub ki, bacarmamışam".

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, bu fikirləri APA TV-də yayımlanan "Kimsən sən" proqramının qonağı olan xalq artisti Rafael Dadaşov deyib.

Aktyor söhbətə öz adının tarixçəsi ilə başlayıb:

"Hər şeyin düşər-düşməzi var. Elə adın da. İnsana ad qoyanda düşünülməlidir ki, o gələcəkdə utanc hissi verməsin. Mən anama sual verərdim ki, adımı niyə Rafael qoyub. Axı o zamanlar biz Avropadan çox uzaqda idik. Anam dedi ki, Rafael adını ona italiyalı rəssam sevdirib. Həmin rəssam Rafael Santi bir rəsm çəkmişdi. O zamandan sevmişdi bu adı və oğlu olunca bu adı ona verəcəyinə əmin idi. Adımı da qoyanda bəlkə də anam hiss etmişdi ki, bu, sənətə yaraşan addır. Özüm ata olanda uşaqlarıma ad qoymaqda çox düşündüm. Gərək adın gözəl mənası olsun. Adam öz adı ilə fəxr edəndə, naxışı da olur".

Rafael Dadaşov özünü kinli adam hesab etmir:

"Mən kinli adam deyiləm. Mənə olunan pisliyi unutmasam da, eyni cavabı vermirəm. Yeri gələndə sadəcə sözlə cavabını verib oturduram yerində. Amma heç vaxt pislik etmərəm. Bir misal da var ki, pisliyə yaxşılıq et. Mən bu atalar sözünü düzgün hesab etmirəm. Hər halda özüm də atayam və hər hansı sözü deyəcək gücdə hiss edirəm özümü. Pisliyə yaxşılıq etmək qeyri-səmimilikdir. Mən amma deyərdim ki, pisliyə qarşı pislik etmə. Yəni düşmə o adamın yanına, onun tayı olma".

Məhəbbətdən söz açan sənətkar sevgini cənnətlə belə müqayisə edib:

"Sevgi naməlum vəziyyətdir. Sevgidə qürur olmamalıdır. Sevgi elə bir vəziyyətdir ki, nə aşağısı, nə də yuxarısı var. Hər iki tərəf eyni yerdədir. Sevgidə tam bərabərlikdir. Burada hər iki nəfər həm qul, həm də ağadır. Küsmək, barışmaq, addım atmaq kimi məsələlər isə məişətə aiddir, sevgiyə yox. Hərdən cənnətə də çevrilir. Ancaq bütün hallarda bilməliyik ki, kişi güclü məxluqdur. Yükün ağır hissəsi də onun çiyninə düşməlidir. Amma bu fiziki cəhətdəndir. Qadınlar o qədər güclüdür ki, onların yükünü hər kişi çəkə bilməz".

Aktyor iddia edir ki, sevmədən obraza girmək mümkün deyil:

"Səhnədə sevməsəm, oynaya bilmərəm. Səhnədə hər tərəf-müqabilimə məhz səhnədə vurulmuşam. Səhnədən enəndən sonra, tamaşa qurtararkən hər şey bitib. Amma obraza o qədər daxil olmuşam ki, rol xətrinə deyil, həqiqətən sevmişəm sanki. Tamaşaçılar da həyatda sevdiyimə inanıblar. O qədər ürəkdən oynamışam. Ümumiyyətlə, mənim saysız obrazlarım olub. Hər biri də bir-birindən dəyərli və üstün idi. Obrazlarımı saysam, görünər ki, bu, bütün aktyorların arzusu ola bilər. Ancaq ürəyimdə qalan rol da olub. Düzdür, azdır, amma var".

Rafael Dadaşov tamaşaçılardan heç kimə şər atmamağı xahiş edib:

"Bəzi tamaşaçılara demək istəyirəm ki, heç kimə heç vaxt şər atmasınlar. Mən demirəm ki, bizi tərifləyin. Amma pisləməyin də. Çalışın, bizi qaralamayın. Belə söhbətlər adamın qol-qanadını sındırır. Biz sənətkarıq və ömrümüzü sizə sərf edirik. Deyirlər ki, almaz ləkə götürməz. Biz almaz deyilik, amma bilin ki, nə qədər qaralasanız da, ləkə götürməyəcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1608   Tarix: 27 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817