Xalq artisti: "Oğlumu dünyaya gəldiyi 8-ci gün övladlığa götürmüşəm"

Xalq artisti: "Oğlumu dünyaya gəldiyi 8-ci gün övladlığa götürmüşəm"BiG.AZ publika.az-a istinadən xəbər verir ki, "Müğənni olmağım rəhmətlik atamın arzusu idi. Elə nənəm də bu istəkdə olub. Baxmayaraq ki, biz dağlı ailəsi olmuşuq. Ancaq atamla nənəmin istəyi, sevgisi məni bu yerə qədər gətirdi". Bu sözləri xalq artisti Nisə Qasımova apa TV-nin efirində yayımlanan "Kimsən sən?" verilişində dilə gətirib.

İfaçı oğlu ilə söhbət zamanı uşaqlıq illərini belə xatırlayıb: "Mənim uşaqlığım istədiyim kimi keçməyib. Ağır, maraqsız və rəngsiz uşaqlıq yaşamışam. O dövrlərdən elə bir xatirə yoxdur ki, yadıma salım və sevinim. Mən ən gözəl xatirələri indi yaşayıram. Ən gözəl və maraqlı günüm bu gündür. Kitaba yazılacaq anlarımı indi yaşayıram".

Bəs Allaha itaət edib, namaz qılan Nisə Qasımova bu aləminə müğənnilik fəaliyyətini necə sığdırır? "Hər bir insan öz üzərində sağlam missiya daşımağı bacarmalıdır. İndi mən bir misal çəkəcəyəm. Çöldə fəhləlik edib, çirkabda işləyən və eyni zamanda namaz qılan adamlar var. Onlar evə gələndə namazdan öncə mütləq dəstəmaz alıb, pak olurlar. Mən sənətim ərzində mövzusundan asılı olmayaq nə oxumuşamsa, nümunə üçün etmişəm. Mən şou-biznesdə oxumaq xətrinə etməmişəm. Mən heç qazanc naminə də oxumamışam.

Allahım bu dediklərimə şahiddir. Bəlkə də heç bir tamaşaçının xəbəri yoxdur ki, mən mikrofonu əlimə alıb, mahnını ifa etməzdən öncə qəlbimdən hansı hisslər keçir. Mənim əzəldən bir niyyətim olub. İfamda heç bir dinləyici şəhvət hiss etməsin. Sağlamlıq, qürur, qeyrət, əqidə kimi amillər sezsin. Allah hər an mənə xatırladır ki, nə iş görürsən gör, mərifətində və qabiliyyətində ol. Sənətdə müxtəlif insanlar var. Abrını aşmış, özünü itirmiş, yolunu azmış. Mən də oxuyuram. Ancaq mən yolumu azmadım, özümü itirmədim və abrımı aşmadım".

İfasında sonsuz sevgi aşılayan xalq artisti məhəbbət mahnılarını kim üçün bu cür ürəkdən oxuduğunu da dilə gətirib: "Xalqdan nə gizlim olacaq ki. Mən sevmişəm və bu hissin nə olduğunu bilirəm. Ailə həyatı qurmasam da, buna pərişan deyiləm. İstəyirəm bunu hamı bilsin, əgər mən sevmirəmsə, ona da çox şadam. İndi mənim qəlbimdə elə bir sevgi var ki, onu heç kim və heç nə əvəz edə bilməz. Bu gündən sonra yanımda lap dərdindən öldüyüm bir həyat yoldaşı da olsa, o yenə də mənə heç nə verməyəcək. Mənim ən böyük sevgim ailəm və əzizlərimdir. Onlardan daha önəmli heç nə tapmadım həyatda".

Qeyd edək ki, Nisə Qasımova ilə veriliş ərzində söhbət edən oğlu Fətullanı bir zamanlar himayəsinə götürərək böyüdüb: "Hər kəs bilirdi ki, mən ailə quran deyiləm. Və Fətulla dünyaya gəldiyi 8-ci gündən mənim yanımdadır. Yeganə xanım Fətullanı mənə lütf elədi. Buna çox şükürlüyəm. Ondan çox razıyam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1390   Tarix: 21 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024