"Bizi qınayanlar onu anlasın ki..."

"Bizi qınayanlar onu anlasın ki...""Bu şəhərdə" yumor qrupunun prodüseri Müşfiq Abbasov ilə sevilən aktyorları Rafael və Coşqunun qafqazinfo-ya müsahibəsi:

- Coşqun bəy, hazırda səhhətiniz necədir? Müalicəniz davam edirmi?

Coşqun: Səhhətim çox əladır. Baxmayaraq ki, tez-tez həkim nəzarətində oluram, amma hər şey qaydasındadır. Çox sağ olun ki, maraqlanırsınız.

- Həkim nəzarəti nə vaxta kimi davam edəcək?

Coşqun: Müalicəyə hələ ki, ara verilib. Lakin hər il analizlər götürülür. Yəqin ömrümün axırına kimi müayinə olunacam.

Müşfiq: Coşqun, arzu edirəm ki, bundan sonra 50 il də müayinə olunasan.

- Mart ayında illik "Qızılgül" konsertiniz baş tutacaq. Konsert hazırlıqları necə gedir?

Coşqun: Mütamadi məşqlərimizi edirik, hazırlıq gedir. Geyimlər, aksesuarlar, səhnə üçün lazım olan ləvazimatlar hazırdır. Hər şey səhnədə göründüyü kimi asan deyil, çətinliklərimiz çoxdur. Bu çətinlik Rafael, Müşfiq və mənə aiddir və biz bunun öhdəsindən gəlirik.

-Bu dəfə tamaşaçıları hansı sürprizlər gözləyir?

Rafael: Tamaşaçıları yeni maraqlı səhnəciklər, parodiyalar gözləyir. Gündəmdə olan bir veriliş, müğənni Nadir Qafarzadə, "Natiq" ritm qrupu, meyxanaçılar parodiya olunacaq.

- İllər öncəki tamaşaçını, yoxsa indiki tamaşaçını güldürmək asandı?

Rafael: Tamaşaçı zəmanəyə uyğun olaraq dəyişir, Müşfiq də səhnəcikləri zəmanəyə uyğun yazır və biz də aktual hadisələri canlandıraraq tamaşaçının zövqünü oxşaya bilirik.

- Qəbələdə konsert proqramı ilə çıxış edəcəksiniz?

Müşfiq: Bu konsertin baş tutması haqda dünən qərara gəldik. İnşallah, martın 23-ü Qəbələdə, aprelin 5-i Naxçıvanda, aprelin axırı isə Moskvada konsertimiz olacaq. Ural zonasında da konsert verməyi planlaşdırırıq.

- Qadın obrazını canlandırmağınıza görə tənqid edilmişdiniz. Bu tənqidlər sizdə hansısa ruh düşkünlüyü yaratmır?

Rafael: Qadın obrazını canlandırmaq bizim üçün problem olmayıb, bunu tənqid edənlər üçün problem olub. Onlar bu problemlə yaşayıblar və biz işimizi görürük, sənətimizlə məşğuluq. Qadın rolu oynamışıq, oynayırıq, yenə də oynayacağıq. Bizi qınayanlar onu anlasın ki, burada rolları iki aktyor canlandırır. Qadını da, kişini də, uşağı da, nənəni də, babanı da, iti də, pişiyi də özümüz oynayacağıq.

Coşqun: Kişinin qadın obrazını canlandırmasını problem etmək artıq çeynənmiş mövzudur. Cılız insanlar bizi qıcıqlandırmaq üçün belə söhbətlər yaradırlar. Qadından qorxan, qadının hislərini anlamayan, kişi kimi fəaliyyət göstərə bilməyənlər belə cılız müzakirələr aparırlar. Onların qadınlarla problemi var. Əgər bu iki aktyorun teatrıdırsa, qadın obrazını kim canlandırmalıdır? Əgər qadın obrazları görmək istəyirsənsə, başqa teatra get, özünə aid olan mövzulara toxun, evinə bax, ailənə bax, gör orada kişilik edə bilirsən ki, bizim canlandırdığımız qadın obrazlarını qınayırsan. Yəqin onu kişi kimi saymırlar ki, qadın mövzularına toxunur.

Rafael: Bəyənməyən bizə baxmasın, ən asan yol budur. Heç kimi məcbur televizorun qarşısında oturtmurlar, zala güclə gətirmirlər. Bizim öz tamaşaçımız var, gəlib bizi dəstəkləyirlər.

Coşqun: Bizdən əvvəl tamaşaçılarımız bizi tənqid edənlərin cavabını verir, heç bizim belə söhbətlərə qoşulmağımız lazım olmur. "Bu şəhərdə" kimlər yaşayırsa, biz hamısını canlandırırıq. Artıq Söhbətlər yersizdir.

Müşfiq: Könül xanım, sizin saytın rəhbəri Elbrus Ərud konsertimizə özü bilet alıb, gəlib həm jurnalist, həm tamaşaçı kimi izləyib, sonra gedib gördüklərini yazıb. O yazmadı ki, Coşqun Rafael qadın obrazı ilə səhnəyə çıxdı, ümumi pis, yaxşı fikirlərini yazdı. Bəziləri var ki, xahiş edir, dəvətnamə alır, gəlir. Bir-iki dəfə dəvətnamə verirsən, üçüncüdə verməyəndə küsür, tənqid etməyə başlayır.

- Sizə görə aktyor hansı obrazı canlandıra bilməz?

Rafael: Aktyor yaxınına, ailəsinə maneə törədəcək, ziyan verəcək obrazdan imtina edə bilər. Aktyorun obrazı canlandırmaqdan imtina etməyə ixtiyarı var, amma oynaya bilməmək söhbəti ola bilməz. Aktyor aldığı obrazın üzərində işləməlidir, bacardığı qədər tamaşaçıya çatdırmalıdır.

Müşfiq: Həyatda elə mövzular var ki, ona toxunmaq olmaz. Şikəst insanın hansısa qüsurlu cəhətini lağa qoymaq, müqəddəs insanları parodiya etmək, müqəddəs kəlamları lağ-lağı hədəfinə çevirmək olmaz, tamaşaçı bunu qəbul etməz. Hər insanın öz müqəddəs məfhumları var. Biz heç vaxt müqəddəs mövzulara toxunmamışıq və toxunmayacağıq. İyunun 1-i "Beynəlxalq Uşaqların Müdafiə Günü" ilə əlaqədar dövlət tədbirində idik, zalda kimsəsiz uşaqlar əyləşmişdi. Bilirsiniz ki, el arasında atasız-anasız uşaqlar yetim adlandırılır və bir savadsız, təfəkkürsüz müğənni səhnəyə çıxıb uşaqları təbrik etdikdən sonra "Nə baxırsan yetim, yetim" mahnısını ifa etməyə başladı. Atasız-anasız uşaqlara belə mahnı oxumaq hansı şüura sığır? Yəni elə zarafat var ki, onu ofisdə edə bilərik, ailədə edə bilərik amma səhnədə edə bilmərik. Sadəcə hər şeyin yerini bilmək lazımdır.

Coşqun: Mənim fikrimcə isə aktyor öhdəsindən gələ bilməyəcəyi obrazı öhdəsinə götürməməlidir.

- Gələcəkdə "Bu şəhərdə"nin teatrını açmağı düşünürsünüzmü?

Coşqun: Bizdən öncə artıq bu adda məkan, mağaza, kafe açıblar. Allah xeyirlərini versin. İnşallah, belə bir fikrimiz var, təki canımız sağ olsun, bu arzumuz həyata keçsin. Təbii ki, "Bu şəhərdə"nin teatrı olmalıdır. 1993-cü ildən artıq 21 ildir bu səhnədəyik, sağlam tənqidə hər zaman yaxşı münasibətimiz var. Bir-birimizi qınadığımıza, alçaltmağa çalışdığımıza dəstək, kömək olsaq, daha məqsədəuyğun olaraq.

Rafael: Əsas odur insan çörəyə görə gərək mənəviyyatını tapdalamasın.

- Hazırda sənətçilər sənətdən çox qalmaqallarla gündəmə gəlirlər. Sizin münasibətiniz necədir?

Coşqun: Biz sovet məktəbi görmüşük, bu işə başlayanda da qalmaqalın qulpundan tutmamışıq, gündəmə gəlmək məqsədimiz olmayıb, sadəcə sənətimizi nümayiş etdirmək istəmişik və istəyirik.

Rafael: Biz sırf sənətimizlə məşğuluq. İncəsənət Universitetinin Dram aktyoru fakültəsini bitirmişik. Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Şükufə Yusifova, Fuad Poladov kimi müəllimlərdən təhsil almışıq. Sonra çətinliklə efirə çıxmışıq, lakin qalmaqala əl atmamışıq. Atı da hər gün efirdə göstərsələr, tanınar, sevilmək isə başqa şeydir. Hər kəsin öz mövqeyi var.

Müşfiq: Heç vaxt heç kimlə qalmaqala başlamamışıq. Bizə söz deyiblər, daha sonra cavabını alıblar. Bir əhvalat danışım. Gəncədən gələndə üçümüz bir avtomobildə gəlirdik, Elza Seyidcahan da Bakıya bizimlə qayıdası oldu. Yolda ondan soruşduq ki, mahnı oxuyursan və orada ha-ha-ha edirsən, burada sən gülürsən, ağlayırsan? O dedi ki, bu bir tarixi faktdır. Mikayıl Müşfiqi zindandan edam etməyə aparanda o ironiyalı gülüşlə o məsafəni qət edib və Stalinə göstərib ki, ondan güclüdür. Lakin bu faktı Elza xanım efirdə demir, hərə də bu mahnı haqda bir cür fikirləşir.

Coşqun: Biz birdən-birə populyarlaşmamışıq. Tamaşaçılar bizi görəndə konsert tələb edir. Deyirlər, konsertin sayını çox edin, izləməyə maraqlı veriliş yoxdur. Bəziləri də oturub bizim pulları sayırlar. Düşünürlər ki, on günü filan qiymətə vuranda nə qədər qazanırlar. Amma xərclərimizi hesablamırlar.

Müşfiq: Son səkkiz ildə xərclərimiz artsa da, bilet qiymətlərimizi qaldırmırıq. Əgər tamaşaçı bu qiymətə öyrəşibsə, xərclərini buna uyğun hesablayıbsa, qiyməti necə qaldıra bilərik? İnşallah bu dəfə konsertimiz on iki gün olacaq. Allahdan sonra tamaşaçılarımız sağ olsun ki, bizə kömək olur. Bizimlə birlikdə 80 nəfər insan çalışır, onlar konsertin hər gününə görə qonorar alır. Heç kim bunu düşünmür.

Coşqun: On-on iki gün biz konsert veririk, digər sənət dostlarımız on beş gün konsert versin. Tamaşaçı bizimlə onları müqayisə etsin, onlar başqa janra toxunsun, biz başqa janra toxunaq. Evdə kimisə güldürürsənsə, bu o demək deyil ki, səhnəyə çıxmalısan.

Rafael: Paxıllıq hamının genində var. Bəziləri o hissi özündə boğur, kimsə büruzə verir. Bizə paxıllıq edənlərə demək istəyirəm ki, çalışıb uğur qazansınlar.

Müşfiq: Sizin sayt yeni fəaliyyətə başlayanda oxucu sayı çox az idi, lakin indi ölkədə ən çox oxunan saytdır. Daha əvvəl əsasən siyasətdən yazılırdı, lakin getdikcə bölmələr artdı. Bəzən texniki problemlər də olur, sayt açılmır. Bizim işimiz də belədir, əvvəllər 20 tamaşaçımız vardısa, indi yüzlərlədir.

- Parodiya etdiyiniz sənət adamlarından sizdən inciyənlər olub?

Coşqun: Bizdən inciyən olmayıb. Ötən gün verilişdə Könül Kərimova dedi ki, nə yaxşı siz məni parodiya etdiniz, öz minuslarımı düzəltdim. Biz heç kimi təhqir etmirik, onların mənfi cəhətlərini göstəririk. Çoxları deyir bizi parodiya edin, gündəmdə olaq.

Müşfiq: Bəzən isə olub ki, hansısa bozbaş müğənnini parodiya etmişik. Konsertdən sonra yaxınlaşıb deyib ki, halaldı bozbaşları nə yaxşı tənqid elədiniz. Özü bilir onu nəzərdə tuturuq, lakin elə göstərir ki, bu səviyyəli ifaçıdır. Korifeydir, biz bilmirik.

- Aktyorluq sənətinə hazırda bir axın var. Bu sahədə sizi narahat edən nələrdir?

Rafael: Aktyorların sayı getdikcə azalır. Narazı olduğum yeganə məqam tamaşaçıların teatra olan münasibəti idi. Son illər yavaş-yavaş bu narahatlığıma son qoyulur.

Coşqun: Mədəniyyət əsasən evdən başlayır, sonra məktəbdən öyrənilir. Cəmiyyət, danışıq, davranış, sürücülük mədəniyyəti var. Bunlar doğru olsa, hər şey düzələcək. Gənc, istedadlı aktyorlarımız, ssenaristlərimiz var. Deyirlər filan kəs getdi, yeri boş qaldı. Təbii ki, gedənlərin yerini doldurmaq olmur. Biz də gedəcəyik yerimiz boş qalacaq, amma bizdən yaxşı aktyorlar gələcək. Heç kim təkrar olunmur.

- Pedaqoq kimi fəaliyyət göstərirsinizmi?

Coşqun: Aktyorluq verilən istedaddır. Yaxşı aktyor yetişdirmək üçün pedaqoqlarımız var. Bizim müəllimlik etməyimiz doğru deyil.

- Səhnədə başınıza gələn ən yadda qalan , gözlənilməz hadisə hansıdır?

Müşfiq: İki il bundan əvvəl Rafael səhnədə toy tamaşasını oynayırdı, səhnənin arxasında Coşqun huşunu itirdi. Rafaelə başa saldıq ki, mətni uzatsın. O da nə baş verdiyini anlamadı, bir tərəfdən səhnəni uzatdı, bir tərəfdən də gözü bizdə qaldı ki, görən nə baş verib. Coşquna ilk tibbi yardım göstərdik, ayıltdıq və Coşqun səhnəyə çıxdı. Həmin gündən etibarən hər konsert günü sarayın arxa girişində tibbi yardımın nümayəndələri bizi gözləyir. Konsertdən əvvəl Rafael və Coşqun müayinə olunur. Bir dəfə isə sarayın foyesində qadın yıxılıb qolunu qırmışdı. Bizim çağırdığımız həkimlər ilk tibbi yardım göstərilib, xəstəxanaya göndərdilər.

- Tamaşaçılara və oxuculara sözünüz

Müşfiq: Oxuculara demək istəyirəm ki, şərh yazmaq xətrinə şərh yazmasınlar. Məntiqi fakt yazsınlar, sağlam tənqid yazsınlar. Oxucularınızın sayı çox olsun, canları sağ olsun. Tıxaclar bol olsun ki, biz də rahat oturub saytda yerləşdirilən xəbərlərinizi oxuyaq.

Rafael: Oxucuların canı sağ olsun, dincəlməyə də, şərh yazmağa da vaxtları olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3433   Tarix: 22 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704