Şeyx Şamilin Rus çarına tarixi cavabı - VİDEO

Şeyx Şamilin Rus çarına tarixi cavabı - VİDEOBiG.AZ movqe.az-a əsasən bildirir ki,İmam Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub.

Onun atası avar Məhəmməd idi. Şeyx Şamil ilk təhsilinə Səid Xərakinin yanında alıb. Daha sonra qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin tələbəsi olub. İmam Şamil özündən əvvəl imamət məqamında olan Qazi Məhəmməd və Həmzət Bəyin müşavirliyini edib. Şamil təvazökar və qənaətcil bir həyat yaşayıb. İmam Şamil 5 dəfə evlənib. Şamilin Fatimat, Cevhərat, Zahidət, Əminə və Şovanət adlı həyat yoldaşlarından Əhməd Cəmaləddin, Məhəmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin və Məhəmməd Kamil adlı 6 oğlu ilə Fatimat, Nəfisat, Nəcabət, Bəhu-Məsadu və Safiyat adlı 5 qızı olub. Şamil imam – yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başlayıb.

Ruslara qarşı güclü müqavimət göstərmək üçün vacib olan əsgəri və mülki təşkilatları yenidən qurdu. Bir tərəfdən hərbi tədbirlər görərək düşmənə qarşı müdafiə üçün müharibəyə girişərkən, digər tərəfdən də müntəzəm olaraq ədliyyə və idarəetmə mexanizmini inkişaf etdirdi. Təhsilə diqqəti artırdı. Onun hakimiyyətdə olduğu zamanlarda top, barıt, digər silah-sursat istehsalı və tədarükünə ciddi fikir verildi. Şamil imam seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. O, ruslara qarşı 35 il vuruşdu. Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. 1839-cu ildə Axulqo Təpəsində 3 min müridi ilə General Qrabbenin komandanlığındakı sayı 10 mindən artıq yüksək səviyyədə silahlanmış rus ordusuna qarşı 80 günlük müdafiəsi hərb tarixinə düşdü.

Şamil bu müharibədə həyat yoldaşı Cevhəratı, oğlu Səidi və bacısı Məsudəyi itirdi, 8 yaşındakı oğlu Cəmaləddini ruslara girov vermək məcburiyyətində qaldı. Bu dəhşətli müharibələrdə sadəcə , insan itkisi olmurdu. Ruslar aylarla davam edən müharibə nəticəsində işğal etdikləri torpaqlarda ağacları, meşələri yandırıb heç bir canlını sağ qoymadan irəliləyirdilər. Dünyaya və əbədi düşməni olan rus hökumətinə mübarizəsini qəbul etdirən, adını dünya tarixinə "gəlmiş-keçmiş ən böyük müqavimət lideri" olaraq yazdıran İmam Şamil 1871-ci ilin bu günü , 74 yaşında Həcc ziyarətindən Mədinəyə döndükdən sonra dünyaya gözlərini yumub.


BiG.Az
Telegramda izləyin
Video   Baxılıb: 3101   Tarix: 19 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

TOP MP3