Uşağı öldürüb şaqqalayan manyak edam olundu - FOTO
ABŞ-ın Florida ştatında 18 il əvvəl 9 yaşlı oğlana təcavüz edəndən sonra onu vəhşicəsinə qətlə yetirmiş məhkum edam olunub. Qorxunc olayda qatil zorlayıb öldürdüyü uşağın cəsədini şaqqalayaraq parçalara ayırmış, sonra dibçəklərin içinə basdıraraq gizlətmişdi.
BiG.AZ ABC-yə istinadən bildirir ki, 46 yaşlı Xuan Karlos Çaves ABŞ-ın Florida ştatındakı Makalister şəhərində yerləşən Florida Ştat Həbsxanasında zəhərli inyeksiya vasitəsilə edam olunub. O, inyeksiyadan 15 dəqiqə sonra ölüb.
Çavesin vəkilləri Apellyasiya Məhkəməsinə üz tutaraq edamın ertələnməsinə çalışsalar da, onların vəsatəti rədd olunub.
Çaves 1995-ci ilin sentyabrın 11-də Mayami şəhərində bir məktəb avtobusunu saxlamış, içəri girib 9 yaşlı Cimmi Raysın başına tapança dayararaq onu qaçırmışdı.
Cimmiyə təcavüz edən Çaves qaçmağa çalışan uşağı öldürmüş, sonra da qurbanının cəsədini şaqqayalaraq sement saxladığı dibçəklərə gömmüşdü.
Cimminin məktəb çantası və Çavesin tapançası manyakın kirayədə qaldığı evin sahibi tərəfindən tapılmışdı.
Çaves tutulmuş, suçunu etiraf etmiş, uşağı basdırdığı yeri göstərmişdi.
Cimmi Raysın ailəsi isə sonradan "Cimmi Rays Girovlar və Qaçırılmışlar Mərkəzi" yaradaraq polisə itkin düşmüş uşaqların axtarışlarında yardım üçün xüsusi təlim keçmiş yüzlərlə köpək təhvil verib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş