Bakıda böyük söküntü başladı

Bakıda böyük söküntü başladıSöküntü işlərinin aparılacağı ərazidə yeni yaşayış evlərinin və ya hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulmur. Ümumilikdə, 50 hektara yaxın ərazidə yaşıllıqlar salınacaq.

Böyük Bakının Regional İnkişaf Planına uyğun olaraq, Bakıda evlərin sökülməsinin növbəti mərhələsinə başlanılır. Açıqlanan rəsmi məlumatlara görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək. Ümumilikdə, 10 min evin sökülməsi planlaşdırılır. Söküntü işləri kifayət qədər böyük bir ərazini əhatə etdiyi üçün bu işlərin 6 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İkinci mərhələdə Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı və Akademik Milli Dram Teatrının arxasından başlayan ərazidə yerləşən evlərin söküntüsünə başlanacaq. Üçüncü, dördüncü mərhələdə Təzə Pir məscidinə yaxın ərazilərdə və beşinci, altıncı mərhələlərdə Əli bəy Hüseynzadə küçəsindən "Nizami" metrosunun arxa hissəsinə kimi ərazilərdə söküntü işləri aparılacaq. El dili ilə desək, söküntü işləri ümumilikdə "Sovetski", "Papanin", "Xutor" və "Kubinka" kimi əraziləri əhatə edəcək.

Söküntü işləri zamanı tarixi abidələrin qorunmasına ciddi əhəmiyyət veriləcək. Məsələn, ilkin məlumatlara görə, Təzə Pir məscidinin ətrafında böyük park salınacaq. Məscidin isə həmin ərazidə yenə də fəaliyyətini davam etdirəcəyi bildirilir. Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. Sevindirici və ürəkaçan məqam odur ki, evlərin yerində park salınacaq, yollar çəkiləcək, sosial obyektlər inşa ediləcək. Yəni ərazidə yenidən yaşayış evlərinin, binaların tikintisi nəzərdə tutulmur. Bu isə o deməkdir ki, paytaxt Bakı, sözün həqiqi mənasında, yaşıllıqlar diyarı olacaq.

Bakı şəhərinin Baş Planına uyğun olaraq, paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov deyib ki, sözügedən ərazi böyük olduğundan söküntü işləri 6 mərhələdə həyata keçiriləcək.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavininin sözlərinə görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək: "Akademik Milli Dram Teatrının arxasından başlayan ərazi, Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı 2-ci mərhələdə, Təzə Pir məscidinə tərəf uzanan ərazilər 3 və 4-cü mərhələlərdə, Əli bəy Hüseynzadə küçəsindən "Nizami" metrosunun arxa hissəsinə kimi ərazilər isə 5-6-cı mərhələdə söküləcək".

Söküntü aparılan ərazilərdə yaşayış binaları tikilməyəcək

Qış bulvarının davamı olaraq, həmin ərazi abad bir parka çevriləcək. Söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyən Səməd İslamov onu da bildirir ki, yeni layihəyə əsasən, ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Söküntü və yeni layihələndirmə işləri Rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi, "Azəryolservis" ASC-nın nəzdində olan "Azərekspert" təşkilatı ilə birgə aparılır. Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib: "Vətəndaşın istifadəsində olan mənzillər var. Uzun illərdir yaşayıb, lakin hələ də sənədləri yoxdur. Amma oranın kommunal xərcləri vaxtında ödənilib. Sənədli evlərlə birlikdə həmin evlərə də indiki bazar qiymətlərinə uyğun olaraq hər kvadratmetri 1500 manatdan pul vəsaiti veriləcək. Eyni zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək". Artıq qarşılıqlı razılaşma əsasında müvafiq vəsaitin 45 ailənin bank hesablarına köçürüldüyünü deyən Səməd İslamov bildirib ki, yaxın 2 ay müddətində söküntü işlərinə başlanacaq. Köçürülən ailələrə ayda 500 manat olmaqla ikiaylıq kirayə pulu da ödənilir.

Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. İlkin olaraq, Hüseyn Cavid bağından Nərimanov prospekti istiqamətində olan 16 mərtəbəli binanın tamamilə sökülməsi, yerində yeni yol salınması nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3699   Tarix: 12 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hava kəskin DƏYİŞİR - Temperatur 7 dərəcə enəcək, qar yağacaq

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

13.12.2025 385
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib

13.12.2025 188
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

Yeni ildə neçə gün İŞ olmayacaq?

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır. Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29

13.12.2025 297
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

Məşhur yazıçı vəfat etdi

Məşhur britaniyalı yazıçı Joanna Trollop 82 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Joanna Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Joanna Trollop romantik və ailə hekayələrinə həsr olunmuş məşhur romanların müəllifidir

13.12.2025 141
.

ABŞ-nin xüsusi elçisi: Lukaşenko ilə münasibətlərimizin nizamlanmasını müzakirə etdik

Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə iki ölkə arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə etdik. "Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Con Koul görüşlərin yekunları ilə bağlı məlumat verərkən verib. Onun sözlərinə görə, A.Lukaşenko ilə danışıqla

13.12.2025 124
.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl

13.12.2025 179
.

TOP MP3